Bulkada julyen

Tərkibi:
2 ədəd bulka (hamburger bulkası)
5 ədəd göbələk
1 ədəd toyuq filesi
100 qr Holland pendiri
400 ml süd
4 xörək qaşığı un
30 qr kərə yağı
duz
istiot

Hazırlanma qaydası:Bulkada Julyen
Öncə toyuq filesini xırda kub şəklində doğrayın. Göbələyi də xırda doğrayın. Pendiri rəndələyin. Tavada az yağda fileni qovurun. Göbələkləri də ayrıca yağda qovurun.
Beşamel sousu hazırlayın. Südü qızdırın, üzərinə qaşıq-qaşıq un əlavə edin və tel çırpıcıyla qarışdırın. Sonda kərə yağı, duz və istiot əlavə edib yaxşıca qarışdın. Sous hazırdır.
Bulkaların üstünü qapaq kimi çıxarın və içini çıxarın. Bulkaların içərisinə sous yaxın və toyuq filesi ilə doldurun. Duz, istiot vurun və sous tökün. Üzərinə göbələk və yenə sous tökün. Ən üstə pendir töküb 190 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
 
Nuş olsun!
 
Mənbə: recept.az
 

0 şərh