Dadlı kotletlərin hazırlanma qaydaları

Dadlı və ləzzətli kotletləri hazırlamaq üçün sadə qaydalara əməl etmək lazımdır.
Farş hazırladıqda ona süddə isladılmış ağ çörək əlavə etdikdə, kotletlər yumşaq alınacaq.
Kotlet üçün ət nə çox yağlı, nə də çox yağsız olmamalıdır. 
Ət yağsızdırsa, farşa 1 xörək qaşığı bitki yağı əlavə edin. dadlı kotletlərin hazırlanma qaydası
 
Qızartdıqdan əvvəl kotletləri unlamaq lazımdır. Bu məqsədlə həmçinin üyüdülmüş suxarıdan istifadə etmək olar.
Kotletləri qalın tavada qızartmaq lazımdır, çuğun tavalar ən yaxşı seçimdir.
Tavanı əvvəl yaxşı qızdırın, sonra isə dibinə nazik lay bitki yağı tökün.
Kotlet qızartdıqda kərə yağından istifadə olunmur, bu halda kotletlər yanır.
Kotletləri tavaya qoyduqda fikir verin ki, aralarında bir az məsafə olsun.
Kotletləri güclü odun üzərində qızartmaq lazımdır. Bu halda kotletlərin şirəsi çıxmayacaq və onlar yumşaq olacaq.
Kotletlərin hər iki tərəfini qızartdıqdan sonra tavanı qapaqla bağlayın və çox zəif odda tam hazır olana qədər bişirin.


Mənbə: Evdarliq.Az
 

0 şərh