Nutellalı pizza

Ərzaqlar:
1,5 stəkan un
1/2 stəkan ilıq su
1/2 çay qaşığı quru maya
1 xörək qaşığı süd
1 yemək qaşığı zeytun yağı
1/4 çay qaşığı duz
 
nutellalı pizza

Üstü üçün:
200 qram nutella
200 qram ağ şokolad
Hazırlanması:
Pizza xəmirini hazırlamaq üçün quru mayanı ilıq su ilə qarışdırdıqdan sonra köpməsi üçün 10 dəqiqə gözləyin. Ələnmiş un və duzu qarışdırın. Zeytun yağı, süd və mayanı unun orta hissəsinə əlavə etdikdən sonra bütün ərzaqları qarışdırıb xəmir yoğurun. Daha sonra pizza xəmirinin özünə gəlməsi üçün üzərini yüngül nəmli bir pambıq dəsmalla örtüb otaq temperaturunda 30 dəqiqə saxlayın.
Gəlmiş xəmirin daha asan açılması üçün onu streç sellofanla büküb soyuducuda ən az 30 dəqiqə saxlayın.
Növbəti mərhələdə xəmiri yağlı kağız və ya unlanmış mətbəx stolu üzərində bir oxlov köməyi ilə açın. Xəmirin alt və üst hissəsinin eyni dərəcədə bişməsi üçün açdığınız xəmiri yağlı kağıza qoyub sonra kağızla birlikdə birbaşa sobanın dəmir tor simi üzərinə yerləşdirin. Bu şəkildə pizzanın altı və üstü bərabər temperaturda bişəcək. Xəmirin çox qalxmaması üçün bir-iki yerdən çəngəllə deşin. Nazik pizza xəmirini  əvvəlcədən isidilmiş 250 dərəcə sobada 10-12 dəqiqə bişirin.
Sobadan çıxan pizza soyuduqdan sonra üzərinə əridilmiş qara şokolad töküb yayın. Daha sonra ərinmiş ağ şokoladı da töküb diş çöpünün köməyilə zolaq şəklində düzəldin. Zövqə görə, pizzanın üstünə meyvə dilimləri də düzə bilərsiniz.

Nuş olsun!


Mənbə: evdarliq.az
 

0 şərh