Ev şəraitində baunti şokaladlarının hazırlanması

İnqrediyentlər:
  • 200 ml qaymaq 
  • 200 qr kokos yonqarı
  • 300 qr südlü şokolad
  •  85 qr şəkər tozu
  • 50 qr kərə yağı
Ev şəraitində baunti
Hazırlanması:
1. Vam odda kərə yağı, qaymaq və şəkər tozu əridilir, oddan götürülür, kokos yonqarı əlavə olunur, yaxşı qarışdırılır.
2. Kütləni kağız sərilmiş formaya qoyuruq və 1 saat soyuducuda saxlayırıq.
3. Kütləni soyuducudan çıxardırıq, Baunti konfetləri formasında doğrayırıq, 8 saat soyuducuda saxlayırıq.
4. Şokoladı su hamamında əridirik.
5. Batonçikləri şokolada batırırıq və kağıza düzürük ki, şokolad donsun.

Nuş olsun!


Mənbə: Evdarliq.Az

0 şərh