Əriklə kəsmikli keks

Tərkibi:
  • 400 qr kəsmik
  • 4 yumurta
  • 1 st. şəkər tozu
  • 100 qr kərə yağı
  • 1 paket qabartma tozu
  • 1,5 stəkan un
  • 1 ç.q. vanilin
  • 1 çimdik duz
  • 300 qr ərik
ərikli kəsmikli keks
Hazırlanması:
1. Yumşalmış kərə yağı şəkər tozu və vanilinlə yaxşı çalınır.
2. Kəsmik ələkdən sıxılır və yağlı kütləyə əlavə olunur, yaxşı qarışdırılır.
3. Bir-bir yumurta, duz əlavə olunur, qarışdırılır.
4. Un qabartma tozu ilə birlikdə ələnir, kütləyə əlavə olunur.
5. Ərik yuyulur, çəyirdəkləri çıxarılır, tikələrə kəsilir.
6. Formaya yağ çəkin, un səpin, xəmirin bir hissəsini qoyun, üzərinə ərik, yenə xəmir və yenə ərik qoyun. Sonuncu qat xəmir olmaldır. Formanın yuxarısı boş qalmalıdır, ona görə ki, kesk yaxşı qalxır.
7. Sobanı 170 C qədər qızdırın  və təxminən 1 saat ərzində bişirin. Keksin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
8. Keks soyuyanda üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

Mənbə: Evdarliq.az

0 şərh