Alma ilə ətirli oladi

Alma ilə oladi çox dadlı alınır. Xəmirə darçın əlavə etmək olar. Bu halda oladi daha da ətirli olur. Darçın xoşlamırsınızsa, vanil əlavə edə bilərsiniz.
Tərkib:
  • 1 stəkan qatıq
  • 1,5 stəkan (1 stəkan + yarım stəkan) un1 çimdik duz
  • yarım ç.q. darçın
  • yarım ç.q. soda
  • 1 orta ölçüdə alma
  • 4 x.q. şəkər tozu
Alma ilə oladi
Hazırlanması:
1. Qatığı şəkər tozu ilə çalın, soda əlavə edin, qarışdırın.
2. Hissə-hissə ələnmiş un əlavə edin, mikserlə yaxşı qarışdırın.
3. Almanı soyun, kiçik tikələrə doğrayın (sürtgəcdən keçirmək olmaz), xəmirə əlavə edin.
4. Darçın əlavə edin, xəmiri yaxşı qarışdırın.
5. Tavanı yaxşı qızdırın, bitki yağı tökün, qızdırın, xəmirdən qaşıqla götürüb tavaya qoyun, oladiləri hər iki tərəfdən qızardın.

Nuş olsun!


Mənbə: Evdarliq.Az

Oxşar məqalələr

 

0 şərh