Xvorost

Tərkib:
1 stəkan təzə qatıq
2 stəkan un
2 yumurta
4 x.q. şəkər tozu
1 çimdik duz
bıcağın ucunda soda
bitki yağı (qızartmaq üçün)
pudra (üzərinə səpmək üçün)
Xvorost
Hazırlanması:
1. Yumurta şəkər tozu və duzla yaxşı çalınır.
2. Qatığa soda əlavə olunur, qarışdırılır, yumurtalı kütləyə əlavə olunur, yaxşı qarışdırılır.
3. Un ələnir, hissə-hissə kütləyə əlavə olunur, qarışdırılır. Yumşaq, elastik xəmir alınmalıdır.
4. Xəmiri 40 dəqiqə saxlayın, sonra nazik yayın, istənilən formalarda kəsin — borucuqlar, romb.
5. Xvorost bol yağda qızardılır. Yağı dərin, divarları qalın olan qazanda və ya tavada yaxşı qızdırın, xvorostu qızılı rəng alana qədər qızardın, kəfgirlə çıxardın, kağız dəsmalın üzərinə düzün ki, artıq yağ dəsmala hopulsun.
6. Xvorost soyuyanda üzərinə pudra səpin.

Nuş olsun!
Evdarliq.az
 

0 şərh