Sucuqlu yumurta

İnqrediyentlər
  • sucuq-100 qr
  • yumurta-1 ədəd
  • duz-¼ ç.q.
  • Super Sun yağı-1 x.q.
sucuqlu yumurta
Hazırlanması:
Sucuqlar xırda-xırda doğranılır.
Yapışmayan tavada yağ əridilir, sucuq dilimləri bura əlavə olunur.
Arada çevirərək hər iki üzü qızılı rəng alana qədər orta odda bişirilir.
Yumurtanın sarısının dağılmamasına diqqət etmək şərtilə sucuqların üzərinə əlavə olunur və orta odda bişirilir.
Yumurtanın ağı şəffaf bir rəngdən ağ rəngə dönəndə artıq yumurtalı sucuq hazırdır demək.

Nuş olsun!

Mənəb: neyeyek.az

0 şərh