Toyuqlu, pesto souslu pasta

İnqrediyentlər
  • Hər hansı bir makaron növü
  • Toyuğun döş əti
  • Hazır pesto sousu(marketlərdə satılır)
  • Yağ
  • 20-30 % yağlılıqda olan qaymaq
  • Parmesan pendiri
  • Duz, istiot
 
Toyuqlu, pesto souslu pasta
Hazırlanma mərhələsi
Tavaya 2-3 x.q. yağ tökülür, əridilir və xırda doğranmış toyuq tikələri əlavə edilir, hər tərəfi qızardılır. Sonda qapağı örtülür və 15 dəqiqə ən zəif odda saxlanılır ki, ət bişsin.
İri qazanda duzlu suda pasta bişirilir. Bişəndən sonra suyu süzülür və pasta tavaya toyuğun üstünə əlavə edilir.
Bura 4/3 stəkan qaymaq tökülür, qarışdırılır və 2-3 dolu x.q. pesto sousu əlavə edilir. Qarışdırılır ki, bütün ərzaqlar bir-birinə qarışsın və pasta həm qaymağı, həm sousu canına çəksin.
Pastanı isti-isti süfrəyə vermək lazımdır. Üstünə parmesan səpməyi də unutmayın.


Mənbə: neyeyek.az

Oxşar məqalələr

 

0 şərh