Bananlı, şokoladlı tost

İnqrediyentlər
Tost çörəyi-4 dilim
Ərinmiş yağ-1 x.q.
bitter şokolad-80 qr
banan-1 ədəd
şəkər kirşanı
Bananlı, şokaladlı tost
Hazırlanma mərhələsi
Tost çörəyi dilimlərinin bir tərəfi Super Sun yağı ilə yağlanılır.
Yağlanmış çörək dilimləri tefal və qaynar tavada, orta odda qızılı rəng alana qədər qızardılır.
Banan qalın dilimlər halında kəsilir. Çörək dilimləri bir taxtanın üzərinə qoyulur.
İki ədəd qızarmış çörək dilimlərinin üzərinə əvvəlcə şokolad parçaları, sonra bananlar qoyulur. Digər çörək dilimləri ilə üzərləri bağlanır.
Hazır olan tostlar şokoladın tam əriməsi üçün tost maşınında saxlanılır. İlıqlaşdıqdan sonra üzərinə şəkər kirşanı ələnir və servis edilir.


Mənbə: neyeyek.az

0 şərh