Tərəvəzli toyuqlu tart

İnqrediyentlər
  • toyuq filesi-4 ədəd
  • kartof-2 ədəd
  • noxud-1 st yaşıl
  • duz-1 ç.q.
  • istiot-1 ç.q.
  • cirə-1 ç.q.
  • Ərinmiş yağ-1 x.q.
  • yumurta-1 ədəd
Tərəvəzli toyuqlu tat
Hazırlanma mərhələsi
Xəmiri hazırlamaq üçün un bir qaba ələnir. Ərinmiş yağı unun içərisində barmaq ucu ilə əzilir və bir-birinə yerdilir.
Duz və yumurta sarısı da əlavə olunaraq yüngül xəmir yoğrulur. Üzəri örtülərək soyuducuya dincə qoyulur.
Toyuqlar və kartoflar kub-kub doğranılır, kartoflar qaynadılır.
Yağ bir tavada əridilir və toyuqlar bişirilir. Qaynadılmış yaşıl noxud və kartoflar bişən, qızaran toyuqların üzərinə əlavə edilir, ədviyyatlar səpilir. Sotelənir.
İstəyə görə ya tək-tək muffin qablarına, ya da istiyə davamlı şüşə soba qabına toyuq və tərəvəz qarışımı tökülür.
Xəmir soyuducudan çıxarılır, iki yağlı kağız arasında yayılır. Toyuq-tərəvəz qarışımının üzərinə sərilir, yumurta sarısı çəkilir. 180 dərəcə isidilmiş sobada 15 dəqiqə, üzəri yaxşı qızarana qədər bişirilir.
 
Mənbə: neyeyek.az

0 şərh