İspanaqdan fisincan

İnqrediyentlər
  • ispanaq-7 dəstə
  • baş soğan-2
  • təmizlənmiş qoz-100 qr
  • ərinmiş yağ-50 qr
  • duz və istiot-zövqə görə
  • göyərti-zövqə görə
İspanaqdan fisincan
Hazırlanma mərhələsi
İspanaq təmizlənir, duzlu suda bişirilərək sıxılır. Daha sonra zövqə görə duz və istiot səpilir. Yağda qovrulur.
Soğan halqavari doğranılır.
Qovrulmuş ispanaq qəlyanaltı qabına qoyulur, üstünə halqavari doğranmış soğan, qoz ləpəsi qoyulur və göyərti səpilir.
Servis edərkən yanında 1 st qatıq da vermək olar.

Nuş olsun!
 
Mənbə: neyeyek.az
 

0 şərh