Balqabaq kotleti

Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium, fosfor və C, A, E, K vitaminlərini, folat və riboflavin kimi minerallarını ehtiva edir. Körpələr üçün hazırlanan balqabaq yeməkləri, daha böyük uşaqlarınıza da asanlıqla verə bilərsinis. Yalnız daha böyük uşaqlar üçün bu cür yeməyi təqdimatlı hazırlasaz, uşağın yeməsini asanlaşdıracaq, çünki onlar artıq ferqli dadlar dadıblar və maraqlı təqdimatlı balqabaq yeməyi onları yeməyə sövq edə bilər. Balqabaq kotleti
Balqabağın uşaqlara faydaları:
  • Anemiyanın qarşısını alır.
  • Balqabaq çox güclü bir antioksidandır.
  • Allergik reaksiyaların qarşısını almağa kömək edir.
  • Həzmə kömək edir.
  • Bağırsağın işini asanlaşdırdığı üçün qəbizliyi aradan qaldırır.
  • Sümükləri və dişləri gücləndirir.
  • Balqabaq göz sağlamlığını qoruyur.
  • · Xərçəng xəstəliklərindən qoruyur.
  • · İltihabı sağaltmağa kömək edir.
Qısacası, balqabağın körpələr üçün faydaları saymaqla bitmir. Əlavə qidalara keçərkən körpənizə verə biləcəyiniz ilk qidalardan biridir. Üstəlik balqabaqdan şorba, püre və desert də edə bilərsiniz.
Baqlqabaq kotleti üçün lazım olan inqrediyentlər;
  • 200 qr balqabaq,
  • 1 orta ölçülü kartof,yarım yerkökü,
  • bir qədər şüyüt,
  • 2 xörək qaşığı un,
  • 1 ədəd kiçik boy soğan,
  • 1 yumurta sarısı,
  • iki xörək qaşığı «Zeytun Bağları» zeytun yağı,
  • İstəyə görə çox az duz.
Baqaqabaq kotletinin hazırlanması;
Rendelenmiş balqabaq, kortof, yerkökü, çox xırda doğranmış soğan şüyüt, un, duz və yumurta qarışdırılır. Kotlet formasında hazırlanıb, tavada qızmış zeytun yağında evvəl qabağı açıq şəkildə, sonra qapağı bağlı halda az odda qızardılır. Yanında kartof və ya düyü ilə verilə bilər.
 
Mənbə: xanim.az
 

0 şərh