Ev üsulu Kumpir

İnqrediyentlər
  • böyük kartof-4 ədəd
  • kərə yağı-2 x.q.
  • keçirilmiş holland pendiri-1 st
  • orta ölçülü kök-2 ədəd
  • konservləşdirilmiş qarğıdalı-1 st
  • doğranmış qara zeytun-½ st
  • doğranmış yaşıl zeytun-½ st
  • balaca xiyar turşusu-8 ədəd
  • amerikan salatı-4 x.q.
  • mayonez-2 x.q.
  • ketçap-2 x.q.
Ev üsulu Kumpir
Hazırlanma mərhələsi
Kartoflar yuyulur, qurulanır. Bıçaqla bir neçə yerindən deşiklər açılır.
Kumpirlik kartoflar alüminium folyo ilə tam bükülür. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 90 dəqiqə bişirilir.
Sobadan çıxan və qabıqları sərtləşən kartofların orta hissələri iti bıçaqla çərtilir.
Supersun yağı və holland pendiri ilə kartofların orta hissəsi əzilir. Sonra servis boşqablarına yığılır.
Qabıqları soyulmuş köklər sürtgəcdən keçirilir. Xiyar turşuları xırda-xırda doğranılır.
Qaynadılmış qarnitür (yaşıl noxud, kök, kartof) qarışımının suyu süzülür, mayonezlə qarışdırılaraq Amerikan salatı hazırlanır.
Kumpirlərə sıra ilə Amerikan salatı, sürtgəcdən keçirilmiş kök, doğranmış xiyar turşusu, konservləşdirilmiş qarğıdalı, yaşıl və qara zeytun, ketçap əlavə olunduqdan sonra servis edilir.
 
Nuş olsun!

Mənbə:neyeyek.az

Oxşar məqalələr

 

0 şərh