Tərəvəz qarnitürlü Somon

İnqrediyentlər
  • Qarnitür üçün soğan-1 ədəd
  • badımcan-1 ədəd
  • sarımsaq-2 diş
  • qırmızı bibər-1 ədəd
  • yaşıl bibər-1 ədəd
  • yaşıl noxud-15 ədəd
  • duz-1 ç.q.
  • Super Sun yağı-1 x.q.
  • Somon üçün
  • somon filesi-3 ədəd
Tərəvəz qarnitürlü Somon
Hazırlanma mərhələsi
Sarımsağın qabıqları soyulur, əzilir.
Limon suyu sıxılır. Duz, limon və sarımsaqla qarışdırılır. Bu qarışıma əridilib soyudulmuş Super Sun yağı da əlavə olunur.
Qarışım somonların üzərinə fırça ilə çəkilir.
Soba qabına yağlı kağız sərilir, somonlar bura düzülür. 180 dərəcəli sobada 20 dəqiqə bişirilir.
Somonlar bişərkən qarnitürlər hazırlanır.
Əvvəlcə badımcanların qabıqları soyulur, kub-kub doğranılır. Bir az duzlu suda saxlanılır, suyu süzülür.
Soğanın qabıqları soyulur, nazik-nazik doğranılır.
Yaşıl noxud yuyulur, suyu süzülür.
Bibərlərin tumları çıxarılır, nazik-nazik doğranılır.
Bir tavaya supersun yağı tökülür, soğan və sarımsaq azca sotelənir.
Sonra bibərlər də bura əlavə olunaraq qarışdırılır.
Sonda isə yaşıl noxud və badımcan əlavə olunur, duz tökülür və sotelənir.
Somonlar sobadan çıxarılır. Sotelənmiş tərəvəzlərlər birlikdə servis edilir.
 
 
Mənbə: neyeyek.az
 

0 şərh