Şirniyyat yemək hissinizi bu sağlam reseptlərlə yatışdırın

Bir çoxlarının  qidalanma proqramında qırılma nöqtələrindən biri də şirniyyat yemə krizinə girməkdir.
Şirniyyat yemə krizlərini asanlıqla yatışdıra biləcək, eyni zamanda sağlamlıq üçün faydalı olan bir neçə resepti təqdim edir:
Bu şirniyyatlar həm az kalorilidir, həm də fit qalmağınıza kömək edir,  maddələr mübadiləsini sürətləndirir, həm lif baxımından zəngindir, həm də uzun müddət insanı tox tutur. 
Bananlı yulaf topları
Bananlı yulaf
Ərzaqlar:
* 1 ədəd banan * 3 ədəd qoz * 10 ədəd badam * 1 ədəd yumurta ağı * 1 su stəkanı yulaf əzməsi və ya yulaf kəpəyi ( qarışıq da istifadə edə bilərsiniz) * 1 çay qaşığı darçın * 3 ədəd qaysı qurusu * 1 çay qaşığı hindqozu
Hazırlanması: Bütün ərzaqları  yoğurun. Kiçik toplar şəklində yağlı kağıza qoyun (10-12 ədəd alınacaq). 180 dərəcə sobada 15 dəqiqə bişirin. Ara paylarda çay və ya qəhvənizlə 2-3 ədəd yeyə bilərsiniz.
Fit xurma şirnisi
Fit xurma şirnisi
Ərzaqlar:
* 5 xurma * Yarım çay stəkanı çiy badam * Yarım çay stəkanı qoz * Yarım çay stəkanı kakao * 1 yemək qaşığı bal * 1 çay stəkanı yulaf əzməsi * 1 paket vanil
Hazırlanması: Xurmaların çəyirdəklərini çıxartdıqdan sonra mətbəx robotundan keçirin. Qalan ərzaqları  içinə əlavə edib bir dəfə də robotdan keçirərək püre halına gətirin.  Əldə edilən püreni soyuducunda gözlətdikdən sonra 10 bərabər parçaya bölün. Ara payınızda çay və ya qəhvənizin yanında 2 ədəd istehlak edə bilərsiniz.

Müəllif: Vüsalə Əlövsətqızı,
Mənbə: TurpKimi.com

0 şərh