Fincanda keks

Müxtəlif formalarda və rənglərdə hazırlayacağınız bu kekslər uşaqlarınızın çox xoşuna gələcək.
Təəccübləndirməyi sevənlər hər zaman bunun üçün nələrsə axtarıb, tapır. Yenilik hər zaman belə insanların həyat tərzidir. Geyimdən tutmuş yeməklərə qədər fərqliliyi sevən insanlar gözəl nəticə əldə edənə qədər sakitləşmirlər.
Fincanda keks
Əgər siz də bu tip insanlardansınızsa, sevdiklərinizi bişirdiyiniz şirniyyatlarla təəccübləndirməyi sevirsinizsə “fincan keks”i sınayın. Müxtəlif formalarda və rənglərdə hazırlayacağınız bu kekslər uşaqlarınızında çox xoşuna gələcək.
Lazım olan ərzaqlar:
  • 1 ədəd yumurta,
  • 5 xörək qaşığı süd,
  • 3 xörək qaşığı bitki yağı,
  • 4 xörək qaşığı şəkər tozu,
  • 2 xörək qaşığı kakao tozu,
  • 4 xörək qaşığı un,
  • 0.5 çay qaşığı soda.
Hazırlanma qaydası:
Yumurta ilə şəkər tozunu mikserlə yaxşıca qarışdırın. Üzərinə un və kakaonu əlavə etdikdən sonra yaxşıca qarışdırıb, bitki yağını və südü əlavə edin.
Fincanda keks
Xəmir alınana qədər yaxşıca həll edin. Hazırladığınız xəmiri 2 fincana əlavə edin.Yadda saxlayın ki, bu xəmir 250 ml tutumu olan fincanlara aiddir. Yüksək temperatura qədər qızmış sobaya 4 dəqiqəliyinə bişməyə qoyun. Bişib-bişmədiyini diş çöpü vasitəsilə tez-tez yoxlayın. Əgər diş çöpünə xəmir yapışmırsa, qurudursa deməli keks hazırdır. Sevdiklərinizlə birlikdə sizə nuş olsun.
 
 
 
Mənbə: anspress.com

0 şərh