Maklubenin resepti

Ərəb sözü olan maklube türkçə tərsinə çevrilmiş və ya dönmüş deməkdir.
Bu gün oxucularımıza Türkiyə mətbəxinin müstəsna yeməklərindən maklubenin reseptini təqdim edəcəyik.
Maklube, Anadolu bölgəsinin dəyərli yeməklərindəndir. Maklube ən çox evə gələn dəyərli qonaq üçün hazırlanır. Bundan əlavə bu yemək növünü son zamanlarda ən çox tələbələr və gənclər arasında sevilən yeməklər sırasındadı. Maklube, ərəb sözdür. Türkçə tərsinə çevrilmiş və ya dönmüş mənasını bildirir.
Maklubenin resepti
Ərzaqlar
  • 500 qr. quzu əti
  • 4 stəkan düyü
  • 4 ədəd kartof
  • 1 ədəd soğan
  • 250 qr kərə yağı
  • 100 qr duru yağı
  • su
  • duz
Bəzəmək üçün
  • 3 ədəd yer kökü
  • 1 ədəd bənövşəyi kələm
  • 5 ədəd pamidor salxım pomidor
  • 3 ədəd kahı
  • 5 ədəd yaşıl soğan
  • 1 kq. qatıq
  • 1 dəstə cəfəri
Hazırlanma qaydası
Quzu ətini doğrayırıq. Kiçik bir qazana duru yağ əlavə edib qovururuq. Soğanı doğrayıbqazana əlavə edib qovururuq. Düyünü yaxşıca yuyub süzürük. Kartofları soyaraq diliməyirik. 2 ədəd Kartofları qızardırıq. Qazanın dibini yağlayaraq daha 2 ədəd qızartmadığımız kartof dilimlərini qazanın dibinə düzürük. Üzərinə ətləri əlavə edirik. Ətin də üzərinə süzdüyümüz düyünü əlavə edirik. Daha sonra kərəyağını parçalara bölərək düyünün üzərinə qoyuruq. Qızarmış kartofları da üzərinə düzürük. Suyunu əlavə edib qapağını bağlayaraq bişməyə qoyuruq. Salatı üçün yer köklərini və bənövşəyi kələmi ayrı qablara sürtkəçdən keçiririk. Daha sonra pomidorları, soğanları, kahını, cəfərini incə incə doğrayıb qarışdırırıq. Əvvəlcə pişirdiğimiz plovu sininin ortasına tərs çeviririk.
Qazanı qaldırmadan əvvəl kənarlarına havuçla və kələm ulduz formasında düzürük.
Ulduzun xarici kənarlarına qarışıq salatmızdan əlavə edirik. Ulduzun daxili qisimlərini də qatıqla doldururuq.
Son olaraq qazanı qaldırırıq və xidmət edirik.
 
Nuş olsun !


Mənbə: anspress.com

0 şərh