Balqabaq və alma ilə çox dadlı piroq

Tərkib:

  • 300 qr təmizlənmiş balqabaq
  • 1 alma
  • 100 qr şəkər tozu
  • 3 yumurta1 stəkan un
  • 1 stəkan şəkər tozu
  • 1 ç.q. qabartma tozu
  • 1 çimdik darçın.
Balqabaq Piroqu
Hazırlanması:
1. Şəkər tozunu yumşaq yağla mikserlə çalın.
2. Bir-bir yumurta əlavə edin, çalın.
3. Unu qabartma tozu ilə qarışdırın, ələyin və kütləyə əlavə edin.
4. Almanı və balqabağı sürtgəcin orta gözündən keçirin, xəmirə əlavə edin, darçın əlavə edin, qarışdırın.
5. Formaya perqament sərin, xəmir tökün.
6. Piroquq qabaqcadan 180 C qədər qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Hazır olub-olmadığını quru diş çöpü ilə yoxlayın.
 
Resept 2.
Balqabaq Piroqu
Tərkibi:
  • tart və pay xəmiri

içlik üçün:
  • balqabaq — 500 q
  • qatılaşdırılmış süd — 400 q
  • qarğıdalı nişastası — 1 x. q.
  • yumurta — 2 dənə
  • darçın — 1 ç.q.
  • zəncəfil və ya muskat — 1/2 ç.q.

Hazırlanması:
1. Bu reseptə əsasən xəmiri hazırlayın.
2. Balqabağı kəsib 15 dəqiqə ərzində (və ya yumşaq olduğuna qədər) suda bişirin. Soyudun.
3. Soyuducuda qalandan sonra xəmiri formaya əsasən yayın, oxlova dolandırıb formaya köçürdün və onun içində xəmiri açın.
4. Xəmirin kənarlarını formaya yapışdırın və artığını kəsin.
5. İçliyin hazırlanması ərzinə dondurucuya qoyun.

Mənbə: azfood.az, dadli.az
 

0 şərh