Göbələklə kələm dolması

Çox dadlı və qeyri-adi dolma.
Tərkibi:

  • ağ kələm
  • 2 x.q. bitki yağı
  • 500 q göbələk
  • 2 x.q. tomat pastası
  • 0,5 st. bişmiş düyü
  • duz
  • istiot.
Göbələklə kələm dolması
Hazırlanması:
1. Kələm yarpaqlarını qaynayan suda 2-3 dəqiqə bişirin, sudan çıxarıb aşsüzənə yığın.
2. Düyünü bişirin (xəşil olmasın). Göbələyi təmizləyib bir buğum qaynadın,  doğrayın, düyü, duz-istiot, tomat pastası, bitki yağı əlavə edib qarışdırın.
3. Kələmlərin içini doldurub dolma kimi bükün. Əvvəlcə yağda qızardın. Sonra dərin divarları qalın olan qaba yığın. Tomat pastasını su və bitki yağı ilə qarışdırıb üzərinə gəzdirin və hazır olana qədər bişirin. (Su əvəzinə bulyon da götürə bilərsiniz).
 
 
Mənbə: azfood.az
 

0 şərh