Qaymaqlı keks

Lazım olanlar:
1 su stəkanı duru süd qaymağı (kremdə ola bilər)
3 yumurta
1 çay stəkanı su
1 su stəkanı şəkər
2 su stəkanı un (un az gəlirsə 3 şorba qaşığı daha əlavə edin)
1 paket qabartma tozu
1 çay qaşığı vanil
Yarım su stəkanı çəkilmiş fındıq və ya fıstıq vs.
2 şorba qaşığı hindqozu rəndəsi

Hazirlama qaydası:
Yumurta ilə şəkəri çırpın köpük köpük olub şəkər əriyincə su və qaymağı əlavə edin qarışdırmağa davam edin qaymaq qarışığın içində həll edilincə un üstünə qabartma tozu və onun üstünə vanil tozunu əlavə edib qarışdırın, çəkilmiş fındıq parçalarını və hindqozunu əlavə edib bir neçə səfər yoğurun və son olaraq listin içini yağlayıb bu qarışığı boşaldın və 175 dərəcədə gözlə görünər qabarma olana qədər bişirin.

0 şərh