Toyuq kotleti

Toyuq filesi - 500 q
Çörək - 200 q
Süd - 200 q
Yumru düyü - 300 q
Kərə yağı - 100 q
Çerri pomidoru - 2 ədəd
Xiyar - 1 ədəd
Suxarı
Duz

Hazırlanma qaydası

1. Toyuq filesi iri-iri doğranılır. Çörək süddə isladılır. Çörəyin südü sıxılıb toyuq əti ilə birlikdə ətçəkən maşınından keçirilir.
2. Farşın içinə bir az süd əlavə edilib əllə qarışdırılır.
3. Kotlet formasında düzəldilib suxarıya batırılır. 10-15 dəqiqə soyuducuda saxladıqdan sonra yağ tökülmüş tavada qızardılır.
4. Düyü qaynayan duzlu suda bişirilib süzülür.
5. Bişmiş düyü formayla boşqaba qoyulur, yanına kotletlər düzülür.
6. Çerri pomidoru və fal-fal doğranmış xiyarla bəzək verilir.
toyuq kotleti
Mənbə: Bizim mətbəx jurnalı

Toyuq kotletini bişirmək üçün ərzaqlar:
1 ədəd toyuğun döş əti ( file)
100 qram pendir
Zeytun
Duz, istiot

Hazırlanma qaydası:
Toyuğun döş ətini yuyub, qurulayaraq, uzunsov şəkildə 2-3 hissəyə bölün. Kəsilmiş toyuq dilimlərini bir az döyəcləyəndən sonra üstünə duz və istiot səpin.
Pendiri nazik şəklində doğrayın. Zeytunları iki hissəyə bölün.
Tavaya yağ töküb, istilədin. Sonra qızdırılmış tavaya toyuq fileni qoyub, üzərinə pendir dilimləri əlavə edərək, zeytunla bəzəyin.
Daha sonra kotletləri 25-30 dəqiqə ərzində orta odda bişirin (tava qapaqsız olmalıdır).
Bişməyinə 5 dəqiqə qalmış tavanın qapağını örtüb, vam odda bişirməyə davam edin.
Süfrəyə verərkən, qarnir kimi ya kartof qızartması, ya da düyüdən istifadə edə bilərsiz

Mənbə: İctimai Televiziya
loading...

0 şərh