Salat reseptləri

“Delikates” salatı
Lazım olan ərzaqlar

Mal dili - 150 q
Təzə xiyar - 1 ədəd
Duzlu xiyar - 1 ədəd
Sarımsaq - 2 diş
Qaymaq - 20 q
Mayonez
Şüyüd - ½ dəstə
Duz, istiot
Delikates salatı

Hazırlanma qaydası
Mal dili bişirilir və samanvari doğranılır.
Duzlu və təzə xiyar samanvari, sarımsaq və şüyüd xırda doğranılır.
Ərzaqlara mayonez, qaymaq, duz və istiot əlavə edilib qarışdırılır.

Hazırladı: Abbas Xəlilov

Yunan salatı

İnqrediyentlər

Feta pendiri - 100 q
Kahı - 250 q
Xiyar - 2 ədəd
Qara zeytun - 30 q
Pomidor - 3 ədəd
Sous üçün:
Duru yağ - 100 q
Sirkə - 20 q
Limon suyu - 20 q
Duz, istiot

salat reseptləri

Hazırlanma qaydası

Kahı əllə qırıqlanır, pomidor dilimlənir.
Feta pendiri kub formasında doğranılır, üstünə zeytun yağı və kəklikotu əlavə edilib astaca qarışdırılır.
Sousu hazırlamaq üçün duru yağ, sirkə, limon suyu, duz, istiot qarışdırılır. Bütün inqrediyentlər qarışdırılır (ən sonda feta pendiri əlavə edilir), sous salatın üzərinə tökülür.

"Diplomat" salatı

İnqrediyentlər

Toyuq filesi - 200q
Təzə xiyar - 2 ədəd
Yaşıl lobya - 200 q
Pomidorun qalın hissəsi - 2 ədəd
Ağ çörək - 2 dilim
Cəfəri
Limon şirəsi - 2 ç.q.
Duru yağ
Duz, istiot
Diplomat salatı
Hazırlanma qaydası

1. Toyuq əti, çörək, xiyar, pomidor, pörtlədilmiş yaşıl lobya doğranılır.
2. Tavaya duru yağ əlavə olunur, toyuq əti, daha sonra çörək qızardılır.
3. Ərzaqlara limon şirəsi, xırda doğranmış cəfəri, duz və istiot əlavə edilib qarışdırılır.

Lobya salatı

İnqrediyentlər

Konservləşdirilmiş ağ lobya - 200 q
Çerri pomidoru - 5 ədəd
Qırmızı bibər - 1 ədəd
Göyərti (keşniş, şüyüd)
Duru yağ
Duz, istiot
Lobya salatı
Hazırlanma qaydası

1. Çerri pomidoru iki hissəyə bölünür, bibər kubvarı, göyərti xırda doğranılır.
2. Doğranmış ərzaqların üzərinə lobya, duru yağ, duz və istiot əlavə edilib qarışdırılır.

“Ekzotik” salat

İnqrediyentlər

Kartof - 2 ədəd
Yumurta - 3 ədəd
Holland pendiri - 150 q
Mayonez - 150 q
Qoz ləpəsi - 150 q
Qara zeytun
Duz, istiot

salat hazırlanma resepti

Hazırlanma qaydası

Kartof, yumurta suda bişirilir.
100 q qoz ləpəsi, holland pendiri, yumurta və kartof ayrılıqda qablara sürtgəcdən keçirilir.
Salat boşqabının dibinə mayonez çəkilir və sürtgəcdən keçirilmiş kartof, yumurta, pendir, qoz ləpəsi aralarına duz, istiot, mayonez çəkilərək ananas şəklində düzülür.
Hazır salatın üzəri 50 q bütöv qoz ləpəsi ilə bəzədilir.

Mənbə: "Bizim Mətbəx" jurnalı-"Fatiyev company"nin müəllif layihəsi

2 şərh

Ferbara
Bir ara yunan salatı dəbdə idi. :) Reseptlərə görə təşəkkür. :)
Salatda mayonez, toyuq filesi olanda xoşum gəlir. :) 
seyidova
vayyy ac vaxtımda men haralara düşmüşem :((