Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Südlü göbələk şorbası

İnqridientlər:
Təzə göbələk – 250 qr.
Un – 4 x.q.
Süd – 1 stəkan
Duz

Hazırlanması:
Göbələkləri yaxşıca təmizləyib, yuyun. Sonra xırda-xırda doğrayın. Un və su blenderdən keçirilib qazana əlavə edilir. Daha sonra da göbələklər əlavə olunur. Duz töküb 20 dəqiqə bişirilir.

Ən sonda süd əlavə edilir, 5 dəqiqə də bişirilir, sobadan götürülür. Nuş olsun!
Davamı →

Kofelər

Espresso, kappuçino, latte...Kofenin müxtəlif növləri var, və hər birimizin sevdiyi növ vardır. Bəziləri üçün, ən yaxşısı əlavəsiz tünd qara kofedir, digərləri isə eksperimentləri xoşlayır və kofeni süd, krem, darçın, şokolad və ya vanil ilə içir. Müxtəlif növ kofelər barədə daha ətraflı.

Espresso
İtalyan kulinariyasına bağlı olan ən klassik kofedir. Espresso bir çox kofelər üçün baza rolunu oynayır. Keyfiyyəti səthində olan kremli köpüklərdən bəlli olur. Klassik İtalyan espressosu silindr şəkilli kiçik fincanlarda süfrəyə verilir.
Davamı →

Gül kələmi şorbası

İnqridientlər:
Gül kələmi – 250 qram
Yaşıl bibər (başqa rəngli bibərlər də ola bilər) – 2 ədəd
Kök – 2 ədəd
Soğan (qırmızı soğan da ola bilər) – 2 ədəd
Kartof – 4-5 ədəd
Sarımsaq – 3-4 diş
Orta ölçüdə pomidor – 5-6 ədəd
Duz
Qırmızı istiot
Cəfəri (olmasa hazır göyərtili ədbiyyatdan və ya başqa göyərtilərdən istifadə etmək olar)
Zeytun yağı
Davamı →

Nanə mürəbbəsi

İnqridientlər:
Təzə nanə — 250 qr.
Limon — 2 ədəd
Şəkər tozu -1 kq.
Su — 0,5 litr

Hazırlanması:
Nanələr yuyulur, sıxılmadan dəsmalın üzərində suyu süzülür. Sonra yarpaqları ayrılır. Limon qabığı ilə birgə xırda doğranılır. Qazana su alıb, limon və nanəni bura əlavə edin. 15 dəqiqə qaynadıb, oddan götürün.

1 sutka saxlayın. Sonra içindəki nanə limonu götürün, suyu süzün. Nanə limon qarışığının üzərinə şəkər tozu səpib, 10 dəqiqə saxlayın. Sonra süzülmüş suyuna əlavə edib, 2 saat vam odda bişirin. Hazır olanda sterilizə olunmuş bankaya yığıb, qapağı kip bağlayın.
Davamı →

Zeytun salatı

Tərkibi:
· 500 qr. yaşıl zeytun
· 1 ədəd nar
· 3 ədəd göy soğan
· Cəfəri
· Qoz
· 1 ədəd limon
· Nar şirəsi
· Duz

Hazırlanması:
Dənələri çıxardılmış, evdə düzəldilmiş yaşıl zeytunlar çox əzilmədən doğranılır. Sonra digər ərzaqlar doğranılır. Zeytunla qarışdırılıb duz, limon şirəsi və nar şirəsi əlavə edilir. Çox ləzzətlidir.
Davamı →

Dietik ispanaq salatı

Ərzaqlar:
Yarım kilo ispanaq
Yarım çay stəkanı küftəlik bulqur
Yarım çay stəkanı isti su
Yarım dəstə şüyüd
1-2 ədəd təzə soğan
Yarım çay stəkanı doğranmış qoz

Sous üçün:
Yarım xörək qaşığı soya sousu
1 xörək qaşığı sirkə
2-3 xörək qaşığı nar şərab
Davamı →

Roma salatı

Tərkibi:
1 dəstə kahı yarpağı
100 qram qırmızı kələm
1 ədəd kök
½ xiyar
40 ml üzüm sirkəsi
2 ml limon suyu
1 xörək qaşığı xardal əzməsi
2 xörək qaşığı krem
8 xörək qaşığı zeytun yağı
400 qram toyuğun döş əti
2 ədəd yumurta
Un, duz, istiot
Davamı →

Ponçik

Tərkibi:
530 qr un
5 qr duz
16 qr quru maya
60 qr şəkər tozu
310 qr su
1 yumurta
30 qr yumşaldılmış kərə yağı

Hazırlanma qaydası:
İlk öncə suda mayanı həll edin,yumurta əlavə edib qarışdırın. Un,duz və şəkər tozu töküb taxta qaşıqla qarışdırın. Kərə yağını da əlavə edib yumşaq xəmir olanadək yoğurun. Xəmiri qapağı bağlanan bir qaba qoyun və mayalanması üşün kənara qoyun. 20 dəqiqə fasilə ilə 1 saat ərzində xəmiri yoğurun və yenidən mayalanmağa qoyun. Otaq temperaturunda xəmirin ümumi mayalanma müddəti 2 saatdır.
Davamı →