Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Qağayı salatı

Tərkibi:
2 yumurta
100 q pendir (həm bərk «Qauda», həm də əridilmiş pendir istifadə edə bilərsiniz)
4 x.q. göy noxud konservi
duz
qara istiot
mayonez
göyərti

Hazırlanması:
Yumurtaları suda bişirib soyun. Noxudun suyunu süzün. Pendiri və yumurtanı noxud boyda doğrayın. Göyərtini xırdalayın. Şüyüd və göy soğandan, yaxud başqa sevdiyiniz göyərtidən istifadə edə bilərsiniz. Hamısını bir qaba yığıb duz, istiot, mayonez qatıb qarışdırın. Nuş olsun!
Davamı →

İtalyansayağı qəlyanaltı - Bruschetta

Tərkibi:
2-3 ədəd pomidor
1 ədəd soğan
təzə reyhan zövqə görə
qızardılmış badımcan
mozzarella pendiri
1 diş sarımsaq (keçirilmiş)
5-6 yemək qaşığı duru yağ və ya zeytun yağı
duz zövqə görə
hisə verilmiş qızıl balıq (balıq üçün təzə çüyüd)
italyan üsulu çörək

Davamı →

Qəhvəli piroq

Tərkibi:
0,5 st. qatıq
3 ç.q. qəhvə (tezəriyən)
2 yumurta
1 st. şəkər tozu
100 q yumşaq yağ
1 st. un
1 qabartma tozu

Krem:
4 x.q. şəkər tozu
4 x.q. xama
4 ç.q. qəhvə
Davamı →

Tatar salatı

Tərkibi:
1 st. buğda yarması
2 pomidor
2 alma
2 şirin bibər
1 diş sarımsaq
3 x.q. zeytun yağı
göyərti
duz
2 x.q. limon şirəsi

Hazırlanması:
Yarmanı 1 saat soyuq suda isladın, sonra isə dərin qaba yığın. Almanı, bibəri və pomidorları yuyub doğrayın, yarma ilə qarışdırın. Sarımsaqla göyərtini xırdalayıb bitki yağı və limon şirəsi ilə qarışdırın, duz-istiot vurun. Salatın üzərinə gəzdirib 50 dəqiqə soyuducuda saxlayın. Nuş olsun!
Davamı →

Pendirli pide

Ərzaqlar:
— Yarım stəkanı duru yağ
— 3 çörək qaşığı qatıq
— 150 ml ilıq su
— 40 qram duru maya
— 4 stəkan un
— 1 çay qaşığı duz
— 1 çay qaşığı şəkər tozu
— Ağ pendir
— 4 orta boy baş soğan

Hazırlanması:
Əvvəlcə pendirli pidenin xəmiri hazırlanır. Dərin bir qaba un, qatıq və duru yağ tökün.
Davamı →

Boqraç şorbası

Tərkibi:
1 kq mal əti
4 qabığı soyulmuş pomidor
3 bolqar bibəri
kartof
1 acı istiot
4 baş soğan
2-3 yerkökü
tomat sousunda lobya
yağ
bulyon və ya su
paprika
duz
qara istiot
Davamı →

Pendirli gül kələmi

Tərkibi:
Gül kələm,
Pendir,
Süd,
Yumurta,
Uun,
Zeytun yağı,
Duz
İstiot

Hazırlanması:
İlk öncə gül kələm kiçik parçalara ayrılır, duzlu suda yumşalana qədər qaynadılır. Qaynadılan gül kələminin suyu süzülür, soyudulur. Kələm soyuyana qədər pendirli bulamaç hazırlanır; çuxur bir qabın içinə rəndə pendir, süd, yumurta, un, istiot, duz və 1 şorba qaşığı duru yağ qoyulur, yaxşıca çırpılır.

Soyumuş gül kələmlərini hazırlanan bilməcə batırılır, öncədən qızmış yağlı tavada qızardılır. İki üzü də qızaran gül kələmlər kağız dəsmala çıxarılır. Nuş olsun!
Davamı →

Mini alman tortu

Lazım olan ərzaqlar:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan su
10 qram maya
1 desert qaşığı mahlep
5 stəkan un
1 paket vanil

Krem üçün:
4 stəkan süd
5 xörək qaşığı un
Davamı →

Xarço

Tərkibi:
Mal əti (və ya qoyun əti): 600 q.
Baş soğan: 2 ədəd.
Orta ölçülü kök: 1 ədəd
Pomidor: 4 ədəd
Yaşıl bibər (şirin): 2 ədəd
Acı bibər: 1 ədəd
Sarımsaq: 3 və ya 5 diş
Yumru düyü: 4 qaşıq
Təmizlənmiş qoz ləpəsi: 1/2 stəkan
İstiot (əzilməmiş): 5-10 ədəd dənəcik
Davamı →

Holland mətbəxi

Holland mətbəxi əsasən müxtəlif növ pendir və şokoladlarla məşhurdur. Baxmayaraq ki, Holland mətbəxi İtalyan və ya Fransız mətbəxi kimi məşhur deyil, onun populyar və asan hazırlanan xörəkləri var.

Yaşıl siyənəklər
Hollandlılar siyənək, skumbriya, durnabalığı və həmçinin dəniz məhsullardan istifadə edirlər. Çox vaxtı onlar soğanla çiy yeyilən yaşıl siyənək – maatjes haring, bulkaya qoyulan skumbriya -broodje makreel, və həmçinin hisə verilmiş durnabalığından – gerookte paling istifadə edir.Balıq həmçinindaha mürəkkəb əsas yeməklərinin əsasını təşkil edir.

Şimal sadəliyi
Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Bu mətbəxin sadəliyi öz başlanğıcını 20-ci əsrin əvvəlində Hollandiyada qızlar üçün evdarlıq məktəbləri (Huishoudschool adlanan) açılandan götürür. Bu məktəblərdə hazırlanan xörəklər sadə idi. İndi onlar Holland mətbəxinin əsasını təşkil edir.
Davamı →