Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Pankeyk

Bu zərif pankeyklərin hələ isti ikən üstünə şirin sous töküldüyündə ləziz və doyurucu səhər yeməyi alınır.
16 ədəd pankeyk üçün

Ərzaqlar:
1 stəkan un (150 qram)
3 xörək qaşığı şəkər tozu
Bir çimdik duz
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı çay sodası
3 xörək qaşığı Westgold kərə yağı
1 yumurta
1 stəkan qatıq
Stəkanın dörtdə biri qədər süd
Ardı →

Pendirli borucuqlar

Xəmiri üçün:
2 stəkan yarım un
2 çay qaşığı qabartma tozu
Yarım çay qaşığı duz
1 stəkan süd – otaq hərarətində
Yarım stəkan duru yağ

İçi üçün:
2 stəkan yarım iri-iri ovulmuş ağ pendir
1 yumurtanın ağı
1 xörək qaşığı və ya zövqə görə daha da çox xırda-xırda doğranmış cəfəri (cəfərinin yerinə göy soğan və ya şüyüd də istifadə edə bilərsiniz)
Ardı →

Yerkökü salatı

Ərzaqlar:
4 ədəd yerkökü
2 xörək qaşığə zeytun yağı
1 stəkan qatıq (çox turş olmasın)
3 diş sarımsaq
zövqə görə sarı kişmiş
zövqə görə xırda doğranmış qoz
zövqə görə duz
zövqə görə istiot

Hazırlanması:
1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.
Ardı →

Fransızsayağı sitrus keksi

Ərzaqlar:
4 yumurta – otaq hərarətində olmalıdırlar
1 + 1/4 stəkan (bir stəkan və bir stəkanın dörtdə biri qədər və yaxud 250 qram) narın şəkər tozu (adi şəkər tozunu bir neçə saniyə robotdan keçirsəniz narın olar)
2 stəkan (300 qram) un
Bir çimdik duz
Sürtgəcdən keçirilmiş 1 limonun və 1 portağalın qabığı (hərəsindən 1 xörək qaşığı olmalıdır)
1 çay qaşığı qabartma tozu
225 qram kərə yağı – əridib soyudun
Ardı →

Özbək Çörəyi (Patır Non)

Azərbaycanda olduğu kimi Özbəkistanda da Novruz bayramında ləziz yeməklərlə bol süfrələr açılır. Bu bayramda özbəklər mütləq süfrəyə müxtəlif duzlu bişintilər və şirniyyatlar qoyarlar. Ruzi-bərəkət simvolu olan özbək çörəyinin (patır non) bayram süfrəsində həmişə öz yeri olur. Patır non çörəyini əslində təndirdə bişirərlər, amma təndir olmayan yerdə soba da işə yarayır. Bu çörəyin müxtəlif reseptləri var. Bu gün hazırlayacağımız çörəyin xəmiri su ilə deyil südlə yoğrulur.

1 ədəd çörək üçün

Ərzaqlar:
1 stəkan (250 ml) ilıq süd
2 çay qaşığı toz-maya
1 çay qaşığı şəkər tozu
2 stəkan (300 qram) un
1 çay qaşığı duz
60 qram Westgold kərə yağı, əridilib soyudulmuş
1 yumurta
Güncüt və yaxud çörəkotu (qara zirə)

Hazırlama Qaydası:
Toz-mayanı və şəkər tozunu südə əlavə edib əriyənə qədər əlinizlə həll edin. 5 dəqiqəlik kənara qoyun.
Unu və duzu iri qaba qoyun. Üzərinə mayalı qarışığı, kərə yağını əlavə edib xəmir yoğurun.


Ardı →

Kabak şorbası

Tərkibi:
Kabak – 1 əd.
Kök – 1 əd.
Soğan – 1 baş
Qarğıdalı unu – 1 yemək qaşığı
Kərə yağı – 2 yemək qaşığı
Duz, Qaynar su

Hazırlanması:
Soğan, kök və kabakları doğrayıb kərə yağında bir az pörtlədin. Digər ərzaqları əlavə edərək qaynadın. Hazır olduqdan sonra blenderlə çəkin. Vitaminlə zəngin şorbanız hazırdır.


Davamı →

Evdə Hamburger çörəyi

Tərkibi:

2 stəkan ağ un

3/4 çay qaşığı duz

2 dolu çay qaşığı şəkər

3/4 çay qaşığı quru maya

1 yumurta (çəngəllə çırılmış)

2 xörək qaşığı zeytun yağı

2 dolu çay qaşığı qatıq

1/4 stəkan su

üzəri üçün: 1 xörək qaşığı küncüt


Ardı →

"Bomba" kökələri

"Bomba" kökələrinin hazırlanma qaydası

Tərkibi:
xəmir: 3-3,5 st. un
1 st. qaynar su
4 x.q. bitki yağı
1 ç.q. şəkər tozu
1 ç.q. duz

iç: 5 pomidor
200 q pendir və ya kəsmik
2 diş sarımsaq göyərti duz

Pomidorları fal-fal doğrayın.
Pendiri çəngəllə əzin (əgər kəsmikdən istifadə edirsinizsə, duz vurun), əzilmiş sarımsaq, doğranmış göyərti əlavə edib qarışdırın.
Ardı →

Qəlyanaltı bulkalar

Qəlyanaltı bulkalar Dadlı qəlyanaltı və sürətli doyumlu səhər yeməyi.

İnqrediyentlər:
Bulkalar 6 əd
Yumurta (bildirçindən daha yaxşı) 6 ədəd
toyuq Vetçinası 120 q
Duzlu xiyarlar 1 ədədQaymaq 90 q
Süd 3 x.q.
Mayonez 3 x.q.
Xardal hazır 1 ç.q.
Qara üyüdülmüş istiot zövqünə görə
Göyərti (şüyüd, cəfəri) zövqə görə
Ardı →

Kəsmikli peçenye

Tərkibi:
250 qr şirin kəsmik
100 qr kərə yağı və ya marqarin (otaq istiliyində)
1 Yumurta (otaq istiliyində)
1 Yarım su stəkanı şəkər
1 Ədəd portağal qabığı
1 pk qabartma tozu
Üzəri üçün 1 yumurta sarısı
3 və ya 3 yarım su stəkanı un

Hazırlanması:
1. Şəkər, yumurta, yağ və kəsmik şəkər əriyənə qədər qarışdırılır.

2. Qabartma tozu, rəndələnmiş portağal qabığı və az az un əlavəsiylə yumşaq bir xəmir yoğrulur.
Ardı →