Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Fransız salatı

Ərzaqlar:
400 q toyuq ciyəri
1 soğan
3 yumurta
1-2 turş alma
150-200 q bərk pendir
mayonez

Hazırlanması:
Toyuq ciyərini bir qədər bitki yağı əlavə etməklə tam bişənəcən qovurun. Sonra isə nazik saman kimi doğrayın.
Soğanı ayrıca qovurun.
Pendiri sürtgəcin iri gözündən keçirin.
Almanı nazik saman kimi doğrayın.
Yumurtanı xırdalayın.
Lay-lay, arasına mayonez çəkməklə boşqaba düzün. Zövqünüzə görə bəzəyin.
Nuş olsun!
Davamı →

Tort

şokoladlı tortTort bütün dünya xalqlarının mətbəxində geniş yayılan un məmulatı və şirniyyat növüdür. Böyük əksəriyyət tərəfindən bu şirniyyat növü çox sevilir və ailələrdə mühüm əlamətdar günlərdə tort süfrəmizin əsas bəzəyidir. Azərbaycanda da çox çeşidli tortlara rast gəlmək mümkündür Hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyəti ilə seçilir.

Tortlar təsdiq olunan qaydalara uyğun olaraq qüvvədə olan sanitar qaydaları gözləməklə reseptlərə və texnoloji qaydalara, standartların tələblərinə uyğun olaraq hazırlanmalıdır. Hazırlanma tərkibindən asılı olaraq tortları şəkərli, biskvitli, qatlı, fındıqlı, vaflili, havalı, qırıntılı və müxtəlif yarımfabrikatlardan kombinə olunmuş kimi növlərə bölürlər.

Orqanoleptiki göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir.
Ardı →

Portağallı Ərik Cemi

1.5 litrlik cem üçün

Çox yumşaq və yetişmiş əriklərdən istifadə olunmalıdır. Ərikləri doğramağa ehtiyac yoxdur,cem bişən zaman onlar yumşalacaq. Cemə əlavə etmək üçün seçilən portağal dasulu olmalıdır.Daha yaxşı olar ki,nazik qabıqlı və ətirli olsun. Şəkər tozunun miqdarı əriklərin şirinliyinə görə müəyyən edilir,zövqə görə şəkərin miqdarını artıra və ya azalda bilərsiz. Bizim əriklər şirin olduğundan reseptdəki ölçü cemə hazırlamaq üçün tam uyğungəlir.

Ərzaqlar:

1.5 kq çəyirdəyi çıxarılmış ərik (yarıya ayırıb çəyirdəyi çıxarılmalıdır)
1 kq şəkər tozu
1 ədəd portağal – təxminən 1 fincan – qabığıyla birgə xırda doğranmış portağal (tumları çıxarılmalıdır)

Hazırlanması:

Çəyirdəyi çıxarılmış,yuyulmuş əriklər böyük tavaya tökülür. Meyvələrin üzərinə şəkər tozu əlavə edilir və 2-3 saat kənara qoyulur. Şəkər tozu tamamilə əriyəndə,əriklərin suyuçıxanda üzərinə doğranmış portağal əlavə olunur.

Tava sobanın üzərinə qoyulur. Orta dərəcəli odda, təxminən 2 saat qaynadılır. Qaynayan zaman mütəmadi olaraq tavaya yapışmasın və yanmasın deyə mürəbbə yavaş-yavaş qarışdırılır. Cemin üzərində köpük əmələ gəldikcə kəfgir qaşıqla yığılır. Bişməsinə az qalmış cemin üzərindəki qabarcıqlar daha da qatılaşır,suyu mətləşir. Bu zaman tava ocağın üzərindən götürülür. Otaq tempraturuna gətirildikdən, soyuduqdan sonra cem qaşıqla bankalara yığılır,ağzı bağlanır və sərin yerdə saxlanır.

Mənbə: azcookbook


Davamı →

Yaşıl noxudlu şorba

Tərkibi:
yaşıl noxud — 1 banka (qaynadılmış olsa daha yaxşı olar, ancaq konservə edilmiş də istifadə etmək olar) 
buğda unu — 2 x.q. 
kərə yağı — 3 x.q. 
süd — 4 stəkan 
duz — zövqə görə 

Hazırlanma qaydası: 
1.
Yaşıl noxudu aşsüzəndən keçirib südlü sousla qarışdırın.


Ardı →

Fındıqlı keks

Tərkibi:fındıqlı keks
7 ədəd yumurta
1 su stəkanı pudra şəkəri
1 paket marqarin
1 çay stəkanı süd
4 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
1 su stəkanı döyülmüş fındıq


Ardı →

Küftəli düyü şorbası

Tərkibi:
uzun düyü — 100 qr.
sarımsaq — 1 diş
bitki yağı — 1 x.q.
göy soğan — 1 ədəd
pomidor — 150 qr.
çəkilmiş ət — 250 qr.
bulyon — 1,5 l
soya sousu — 2 x.q.
doğranmış cəfəri — 2 x.q.


Ardı →

Plovun yaranma tarixindən

Plovun yaranma tarixindən danışarkən, ilk-öncə düyüdən başlamaq lazımdır. Çünki plovun hazırlanmasında düyü əsas yer tutur.

 Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır. Orta Asiyada 2,5 min il bundan əvvəl düyüdən istifadə olunmuşdur.

Düyü nəmişlik sevən bitkidir. Qədim zamanlarda kəndlilər düyünü  ancaq sulu torpaqlarda, bataqlıqlarda becərirdilər. Sonralar çox suvarılan yumşaq torpaqlarda da düyü becərməyə başladılar. Orta Asiyada isə bü cür torpaqlar əvvəllər çox idi.


Ardı →

Vafli

Ərzaqlar (16-18 ədəd):vafli

375 ml isti süd
125 q şəkər tozu
10 q quru maya (və ya 25 q yaş maya)
150 q ərinmiş kərə yağı
1/2 ç.q. duz
1 ç.q. vanil esensiyası (və ya 1 x.q. vanilli şəkər)
2 yumurta
400 q un
1,5 ç.q. qabartma tozu


Ardı →

Hazır peceniya tortu

Peceniyaları südə batırıb qaba düzün. Üç qat düzülmüş peceniyaların hər qatına şanti kremindən çəkin. Üzərinə halqa şəkilində doğranılmış bananları düzün sonra kremlə örtün və zövqə görə hazır satılan qarğıdalı yarması (кукурузные хлопья) səpə bilərsiniz. Sonra şokolad hazırlayın.

Hazırlanması:

1 paket kako.

2 stəkan süd.

1 x.q duru yağ.

Şokoladı qazın üsütündə qarışdırın, tam da qatı olmasın. Sonra  bir az soyudun və hazırladıqınız peceniyanın üstünə şəkildə göstərilən formada düzün və soyunduyca qoyun.


Ardı →

Fındıqlı peçenye

fındıqlı pecenyeTərkibi:
1 su stəkanı toz şəkər
1 paket marqarin
2 ədəd yumurta
1 su stəkanı döyülmüş fındıq
Apardığı qədər un
1 paket vanil
1 paket qabartma tozu


Ardı →