Рейтинг
+26.86

Kulinariya

27 üzv, 997 topik

Toyuq kababı

Tərkibi:
toyuq – 285q
xama – 10q
baş soğan – 30q
keşniş və cəfəri  — 25q
limon 1/2 ədəd
və ya narşərab – 25q
duz, istiot.

Hazırlanması:
Toyuq iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır.
Xama ilə isladılıb manqalda qızardılır.

Hazır kababın yanında halqavari doğranmış başsoğan verilir və üstünə limon dilimi qoyulur.


Davamı →

Yumurta ruleti

İnqredientlər:
6 yumurta
300 q mayonez (omlet üçün)
150 q mayonez (iç üçün)
3 qutu yumşaq pendir 
2 diş sarımsaq
xırdalanmış qoz

Hazırlanması:
Yumurta və mayonezi mikserlə çalın.
Tavanın içinə perqament qoyun, yumurtanı onun üzərinə boşaldıb omlet alınana qədər bişirin.
Ərinmiş pendiri əzib, mayonez, əzilmiş sarımsaq və qoz qatıb qarışdırın.
Omleti kağızdan aralayın. İçi onun üzərinə bərabər yayın. sonra perqamentin köməyilə rulet kimi bükün. Qida sellofanına büküb 2 saat soyuducuda saxlayın.  Nuş olsun!
Davamı →

Qatığın hazırlanması

Tərkibi:qatıq
1 litr təzə süd
1 xörək qaşığı qatıq

Hazırlanması:
Süd qazana tökülüb qaynadılır. Qaynadarkən 5-10 dəqiqə sovura-sovura qarışdırılır. Bişdikdən sonra südü soyumağa qoyun. Süd ilıq olarkən başqa bir qabda maya kimi götürdüyünüz qatığı qarışdırıb südün üzərinə əlavə edilir və qarışdırılır. Südü mayalanmağa qoyarkən üzəri süzgəclə örtülür. Süzgəc südün hava görməsini təmin edir və qatığın turşuyub sulanmasının qarşısını alır. Süzgəcin üzərini dəsmal ya da salfet ilə örtmək lazımdır. Mayalanmış südün istiliyini qoruması üçün qalın parça ilə ətrafı və üzəri yaxşıca bağlanılır. 5-6 saatdan sonra açılaraq soyuducuya yerləşdirilır. Qatıq soyuducuda nə qədər çox qalsa, bir o qədər bərk və dadlı olar.

Qeyd: mayalı süd olan qabı qalın parçanın üzərinə qoyub kənarları ilə ətrafını və üzərini örtün. Qatığı axşamüstü hazırlayın ki, bütün gecəni soyuducuda saxlaya biləsiniz.


Ardı →

Ətli, tərəvəzli xörək

Tərkibi:

500 qr təzə yaşıl noxud (Qarox)
300 qr quşbaşı mal əti
1 ədəd böyük boy soğan
1 ədəd orta boy pomidor
2 ədəd orta boy kök
2 ədəd orta boy kartof
2 yemək qaşığı duru yağ
1 şirin qaşığı tamat
Kifayət qədər isti su
kifayət qədər qara bibər
kifayət qədər duz


Ardı →

Kişmişli keks

Tərkibi:kişmişli keks
Yumurta -2 ədəd
Duru yağ -2 xörək qaşığı
Soda — 1 çay qaşığı
Qatıq — 1 stəkan
Şəkər — 1 stəkan
Un — 2 stəkan
Vanil — 1 paçka
Kişmiş — yarım kasa(balaca kasa)

Ardı →

Xurmalı peçenye

Tərkibi:
6 xörək qaşığı kərə yağı
1.5 su stəkanı un
1 çay qaşığı gül suyu
1 çay qaşığı portağal suyu
3 xörək qaşığı su

İçi üçün:
20 qr xurma 1/4 çay qaşığı portağal suyu

Üstü üçün…
Pudra şəkəri


Ardı →

Lvov sırniki

Tərkibi: 
600 q yağlı kəsmik
150 q şəkər tozu
100 q kərə yağı
3 yumurta
2 bişmiş kartof
100 q kişmiş 
1 x.q. limon sedrası

qlazur üçün: 
70 ml su
0,5 ç.q. 9%-li sirkə
50 q şəkər tozu
50 q tünd şokolad 
ağ şokolad (bəzək üçün, gözəyarı, olmasa da olar)
Ardı →

Yumurtalı çörək qızartması

Ərzaqlar: 

1 ədəd boyat çörək 
4 yumurta
duz, nanə, bibər 

Hazırlanması: 

Çörəkləri qalın dilimləyin.
Yumurtaları duz və ədviyyatlarla birlikdə qarışdırıb çörəyin üstünə yayın.
Tavada qızmış yağın üstünə qoyun və qızardın.
Qızarmış çörəyin yanında pomidor, pendir də servis edə bilərsiniz. 
Davamı →

Ağ gilas mürəbbəsi

Tərkibi:

1 kq ağ gilas
1 kq şəkər
0,5 stəkan su

Hazırlanması:
Gilası suyun altında yuyun və içindəki tumlarını çıxardın.
Şəkəri bir qazana tökün və üstünə suyu əlavə edin. Qazanı alov üzərinə qoyun. Şəkərli su qaynayandan sonra gilası siropun içinə atın və alovu orta gucə qoyun. Gilas siropun içində 10-15 dəqiqə qalmalıdır. Sonra isə alovu söndürün.


Ardı →

Biskvitli kremli çiyələk tortu

Tərkibi:
2 paket biskvit
2 su stəkanı süd
1 çay stəkanı toz şəkər
Kifayət qədər çiyələk

Kremi üçün:
2 yemək qaşığı nişasta
2 yemək qaşığı düyü unu
1 ədəd yumurta sarısı
1 su stəkanı toz şəkər
2 su stəkanı su


Ardı →