Qədim Misir mədəniyyəti

Misirdə yazı e.ə. IV minilliyin sonlarında  meydana çıxmışdır.Müxtəlif dövrləri əks  etdirən Misir  yazı  abidələri  indiyə  qədər qalmaqdadır. Misirdə  də ilk yazı növü şumerlərdə  olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur.
Burada yazılar əsasən  papirus üzərində cızılırdı ki, bu da onlar üçün  kağızı əvəz  edirdi.  Yazı  "lövhəsi"  düzəltmək  məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar.
papirus (papyrus) üzərində e.ə. 1200-ci ildə Ölülər Kitabı bir parçaPapirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış papirusu burur və iplə bağlayırdılar.
Misir yazısı qarışıq yazı hesab olunur. Bu  yazıda 700 işarə ilə yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər.Misir yazılarını ilk  dəfə 1822-ci ildə fransız  alimi Şampolon oxumuşdur.
Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan şagirdlər sərbəst  və asan yazmağı  5-6 il müddətinə öyrənirdilər. Təlim prosesində  şagirdləri  müxtəlif  şəkildə  cəzalandırırdılar.
Baxmayaraq ki, məktəblərdə oxuyanlar var­lıların və adlı-sanlı adamların övladları  idi, mirzəlik  çox hörmətli sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının mirzələr   tərəfindən   cəzalandırılmasına)    pis   yanaşmırdılar.Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir atalar sözü yazılırdı: "Uşağın qulaqları  belindədir,  ancaq döyüldüyü zaman qulaq asır".
Misir yazı  sistemi təkmilləşdikcə,   onun  dil  quruluşu  da minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti  dilindən istifadə olunurdu.
Bildiyimiz  kimi, VII əsrdən başlayaraq  ərəb  dili yayılmağa başlanmışdır (İslamla bağlı).  Hazırda Misir ərazisində dörd milyon yerli  çipti  yaşayır. Onlar xristian olsalar da,  ərəb dilində danışır,ancaq öz ibadətlərini çipti dilində edirlər.
Qədim  Misirdə bədii  ədəbiyyatın   əsasında   şifahi  xalq yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim misirlilər üç min  il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar əsasən  əkinçi  həyat  tərzini,  dünyagörüşünü  əks  etdirırdi.  Belə nağıllarla yanaşı  fironlar  və  əyanlara həsr edilmiş nağıllar da geniş yayılmışdı. Fironlar üçün onların sevdiyi  nağıllar yazılırdı və adətən mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl vasitəsilə  müdrikliyi,  humanistliyi tərənnüm edir, sadə  insanların əqlini,  mübarizliyini,  dönməzliyini göstərməyə  çalışırdılar.  Belə nağıllardan "Gəmi qəzasına uğrayan adam", "Düz və əyri haqqında nağıl", "Firon Xufu və cadugərlər", "İki qardaş haqqında nağıl" və s. göstərmək olar.
Əbu Simbəl (Abu Simbel) sərdabəsi,qədim Misir memearlığının şedevri

Qədim misirlilər təbiətdə və insan həyatında  olan  hadisələri dini ideologiya ilə izah edirdilər.  Misirlilərin ölən və yenidən dirilən təbiət  allahı  hesab etdikləri  Osiris haqqında əfsanə bu  baxımdan səciyyəvidir.
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və ictimai  quruluşu müdafiə  edən nəsihətlərə təsadüf olunur. Belə nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti,xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır.  Bu nəsihətlərə misal  olaraq,  "Heraklopol hökmdarı  Axtoyun oğlu Merikaya nəsihəti", "I Amenemxetin nəsihəti", "Duauf oğlu Axtoyun nəsihəti", "İpuserin  kəlamı",  "Nefertifm  nəsihəti" və  s.  göstərə bilərik.
Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı  incəsənət firon hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı.
Qədim  Misir  memarlağlında  dinin təsiri  aydın hiss olunur.Ehramların   klassik   nümunəsi   Sakkarada  təmsil  olunmuşdur.Buradakı pilləli ehram firon  Coserə həsr  olunmuşdur. IV sülalə fironlarmdan  Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 m.),  Xafra   (hündürlüyü  140  m.)  gözəl ehramlar tikdirmişlər.Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə insanların,  məsələn,  dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn mərasimləri və s. təsvirlər həkk olunmuşdur.
Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn sərdabələri yaradılır.  Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən çox otaq vardır.  Ən əzəmətli memarlıq nümunəsi Fivadakı (Karnak və Luksor)  Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 16 cərgədə ucaldılmış  134 sütundan ibarət imiş. Həmin salonun 12 mərkəz sütununun hündürlüyü 21  metr  imiş.  Salonun sahəsi isə 5 min kv/m-dən çox imiş.
Misir memarlığının əsas sahəsini heykəltəraşlıq təşkil  edirdi. Bütün  məbəd və saraylar  heykəllərlə dolu olmuşdur. Əsasən misir allahlarından  və  fironlardan ibarət olan  bu heykəllər içərisində sadə insanlara həsr olunmuş heykəllər də var idi.
Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-fetişizm  (əşyalara sitayiş) və  totemizm  (heyvanlara sitayiş) qədim Misir tarixində  mövcud  olmuşdur. Misirdə  dini  sistem getdikcə inkişaf  edərək Yeni  səltənət dövründə  daha da mükəmməlləşdi.Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai
hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin əsasında yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi.
Misirin ən  qədim dövründə əcdadlara və mərhumlara ibadət mövcud olmuşdur. İbadətdə də təbəqələşmə  özünü göstərirdi. Zaman keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir.
Kleopatra (cleopatra) qədim rəsmiMisir çariçası Nefertiti (Misir fironu Exnatonun xanımı)

Qədim  misirlilər   fironun   şəxsiyyətini   ilahiləşdirmişdilər.Əvvəlcə  onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona kainatın  allahı kimi  sitayiş  və  ibadət  olunurdu. İncəsənətdə də hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara  "böyük ev" adı verilmişdi. XVIII  sülalə  zamanı  "firon"  sözü  artıq hökmdar mənasında işlənirdi.
Dinin bu şəkildə  təsirinə baxmayaraq,  bu  dövrdə insanlarda "bilik" haqqında təsəvvürlər  də mövcud idi. Məktəblər fəaliyyət göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab və  həndəsə  sahəsində  sadə  biliklərə  malik  idilər.  Biliklər zəruri təlabatdan  yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq say  sisteminin yaradılması  idi. Yazıda  1,  10, 100,  1000,  10000,1000000 kimi işarələrdən istifadə olunurdu.
Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə  ki, artıq misirlilər planeti  ulduzdan  fərqləndirirdilər.  Bu, onların  ulduzlar haqda tərtib etdikləri ilkin xəritədən də görünür. Onlar xüsusi təqvim yaradaraq ili  hər bir ayı 30 gündən ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya bərabər olurdu.
Su və günəş  saatlarının ixtirası  da  misirlilərin nailiyyətləri sırasına daxil idi.Təbabət də digər  elm sahələrindən  geridə qalmırdı.  Bəzi xəstəliklərin   müalicəsi   müəyyənləşdirilmişdi.Həkimlər   insan anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar.
Misir Qədim  Şərqin inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri   hesab  olunurdu.   Sivilizasiyaya  uyğun   dövlət  sistemi,iqtisadiyyat,  mədəniyyətin müxtəlif sahələri üç min il ərzində  öz mövcudluğunu qorumuş və digər ölkələrə də  təsirini göstərmişdir. Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur.

Misir sənətkarları:
►Daşdan müxtəlif aşyalar hazırlayırdılar
►Mis və tuncdan müxtəlif bəzək asyaları və silahlar düzəldirdilər
►Kətandan müxtəlif növ parçalar toxuyurdular
►Qamıs və papirusdan həsir və səbət hörürdülər
►Süsə istehsal edirdilər.
Misirlilər Mesopotamiya və Nubiya ilə geniş ticarət əlaqələri saxlayırdılar. Şərq ölkələrindən Misirə sidr ağacə, gümüş, qalay və qullar gətirilirdi.

Misirlilərin dini təsəvvürlərinə görə təbiət hadisələrini allahlar idarə edirlər. Onlar öz al-lahlarını insan bədənli, heyvan və quş başlı təsvir edirdilər. Misir allahlarına aiddir:
►Amon – Baş allah (Amon fironun havadarı hesab olunurdu)
►Qor – Səma və isıq allahı
►Tot –Müdriklik və hesab allahı
►Ra (Xekri) - Günas allahı
►Anubis – Ölüm allahı
►Osiris – Ölən və dirilən təbiət allahı

Misir mədəniyyətinə aiddir:
►e.ə. IV minillikdə heroqliflərin meydana gəlməsi ("müqəddəs işarələr")
►Əfsanələr (Əfsanələrdə əhalinin məişətindən, tanrı və fironların qüd-rətindən bəhs edilir)
►"Osiris haqqında əfsanə"
►Onluq hesablama sistemindən istifadə
►Duzbucaqlı, üçbucaqlı, trapesiya və dairənin sahəsinin müəyyənləşdirilməsi.
►Planetlərin ulduzlardan fərqləndirilməsi
►Ulduzların xəritəsinin çəkilməsi
►Ilin 12 aya bölünməsi (bir il 365 gündən ibarət idi)
►Har ayın 30 günə bölünməsi
►Gecə və gündüzün 24 saata bölünməsi
►Günəş və su saatının ixtira edilməsi
►Heykəltaraşlıq
►Sarqofaqın düzəldilməsi (qızıl maska)
►Təbabətin inkişafı

Misir dövlətinin süqutu
Daxili çakişmələr, yoxsullar və qulların üsyanları Misir dövlətini zəiflətdi. e.ə. 525-ci ildə Iran sahı II Kambiz Pelusiya döyüşündə Fanesin xəyanətindən istifadə edərək qələbə qazandı və Misir dövlətinə son qoydu.

Müəllif Sədaqət Məmmədova
Mədəniyyətşünaslıq

 

6 şərh

2ral
Çipti dili işlətmisən. Məncə elə kopt dili işlənsə yaxşıdır.
Ко́пты
Ко́птский язы́к, Coptic or Coptic Egyptian
Ümumiyyətlə koptlar çox maraqlı və araşdırılası bir mövzudur.Kimi soruşsan piramidaları tanıyır,Luksorla İsgəndəriyyəni fərqləndirir,amma çox insan kpotlar haqda eşitməyib.
fidan
Mən heç bilmirdim ki,ən böyük müsəlman dövlətlərindən biri olan Misirdə bu qədər xristian yaşayır. Koptlar sən demə çox maraqlı insanlardır. Özü də kafirlərə daha yaxın olan katoliklərdən fərqli olaraq onlar islama daha yaxındırlar.Sayları isə postda yazıldığı kimi 4 milyon yox,çoxdur. Vikipediya deyir ki,Misirdə azı 12 milyon kopt var,Amerikada da 1 milyona yaxın.
Maraqlı bir fakt.Dünyada cəmi 300 nəfər kopt dilindən gündəlik danışıqda istifadə edir.cəmi 4 ailə kopt dilində danışır ki,Misirin özündə cəmi bir ailə(titti Mouris). Yalnız İsgəndəriyyədə yaşayan bu ailədə kopt dilində danışılır.dil gözümüzün önündə ölür (((
IDEAL
Nədənsə qədim dövlətlərdan Misir tarixi və mədəniyyəti məni daha çox özünə çəkməyi bacarıb. Hətda pramidalar haqqında oxuyanda orada qazıntı işləri aparmaq üçün arxeoloq olmaq istəyirdim. Bu səbəbdən 3-cü qurupa yönəldim yoxsa tarixi 11-ci sinifə kimi oxumamışdım. Hamı düşünürdü ki, riyaziyyatçı olacam. Ancaq 0-dan başlayıb humanitar elmləri öyrənmək üçün əlimdən gələni etsəm də arxeoloq olmaq qismət olmadı ((( Buna ailəmdə heç kəs razı olmadı həvəsimi söndürdülər.((( Hər Misir haqqında oxuyanda nostalji hisslər yaşayıram. Çox maraqlı məqalədi təbii ki, davamını gözləyirik.
Kaka
Bu nədie. Şəkil yazının üstünə düşüb. heçnə oxuya bilmədim
lesyA
Nefertiti sözünün mənası gəlmə gözəl,gəlmiş gözəl deməkdir(The beautiful one has arrived).Kleopatra və o qdim Şərqin ən məşhur qadın personajlarıdır.Azərbaycanda bu adı eşitməmişəm,amma gözəl addır.
Sufi
Misir haqqında ayrıca bloq açaq bəlkə? Egyptology adında? Şəkillər,videolar,yazılar qoyaq içinə. Kim razıdırsa bildirsin. Saytda ən yaxşı postlardan biridir bu,hamının marağına səbəb olub.