Qədim sütunlarda təbiət formaları

Qədim Misirdə incəsənətin inkişafına çox böyük əhəmiyyət verilərdi. Misir sənətkarları saraylar, məbədlər, məqbərələr tikir və onların divarlarını təsvirlərlə bəzəyirdilər.
Qədim Misir memarlığında gövdəsi qamış dəstəsini, kapiteli* isə çiçəyi və ya papirus qönçəsini xatırladan sütunlardan geniş istifadə olunurdu. Qədim Misir sütunlarının əsas tiplərinin öndən və yuxarıdan görünüşü

Qədim Misir memarlığında dörd sütun və kapitel tipləri mövcuddur: a) palmayabənzər kapitel; b) papirusabənzər kapitel; c) lotosabənzər kapitel; d) novşəkilli yarımsütun.
Qədim amfiteatrın səhnəsi. Fraqment
Qədim yunan memarlığında tikililərin əsas bəzək elementi sütun sayılırdı və onların üç növü mövcud idi: dorik sütun, ionik sütun və korinf sütun. Onların gövdəsi kannelürlə — şaquli novçalarla bəzədilirdi.
Korinf sütunu ionik sütundan daha təmtəraqlıdır və onun novçaları daha dərin oyulur. Onun kapiteli dörd bir tərəfdən eyni görünüşə malikdir və yuxarıya doğru genişlənən qönçəni xatırladır.
 
 
 
 
 


Müəllif: Kəmalə Cəfərzadə, Yeganə Cəlilova, Məhsəti Məmmədova, Taleh Məlikov
Mənbə: Təsviri İncəsənət — 6 Ümumtəhsil məktəblərinin 6- cı sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK

0 şərh