Misir musiqisi

Misir Qədim Afrikanın şimalında, Nil çayının aşağı axarında qədim dövlətdir.
Misir musiqisi dünyanın ən qədim musiqi mədəniyyətlərindəndir. Dövrümüzə qədər gəlib çatmış ilk musqi mədəniyyəti abidələri təqribən e.ə 5-ci minilliyə aiddir.Qədim divar rəsmləri və sərdabələrin divarlarındakı barelyeflərlə müğənni və musiqiçilərin təsvir olunması musiqini məişətdə geniş yayıldığına sübutdur.Kütləvi bayram və təntənələr,din mərasimləri,əmək prosesləri daim musiqi ilə müşayət olunmuşdur.Bir sıra məlumatlara görə tədqiqatçılar Misir musiqisinin bir səslıi olduğunu ehtimal edirlər. Musiqi, rəqs, pantomima, dram tamaşaları və ədəbiyyatla sıx bağlı idi.Tədricən musiqi dini, saray və xalq musiqisinə ayrılmış xeyromiya sənəti ( erkən ibtidai dirijorluq forması ) təşəkkül tapmışdır. Çoxsəsli musiqinin ibtidai formaları Qədim padşahlıq dövründə ( e.ə təqribən 2800- e.ə təqribən 2250 ) yayılmışdır.
Əksər Şərq xalqlarında olduğu kimi Misrdə də pentatonikanın geniş alətləri ( arfa, sitra, fleyta, qoboy, pnevinatik və hidrovlik orqan və s. dünyanın bir çox muzeylərində saxlanılmışdır.
Misirdə musiqi etikasının əsası qoyulmuş, Misir mənbələrində musiqinin " xeyirli " və " zərərli «musiqiyə bölünməsi qeyd olunmuşdur.Roma hökmranlığı dövründən sonra Misir musiqisinin inkişafında Ərəb,Türk və başqa xalqların musiqisi ilə sıx bağlı olan yeni dövr başlanmışdır.
Misir musiqisi
Müasir Misir musiqisi bir sıra Yaxın şərq qarışıqlı təsirinin nəticəsində yaranmışdır və bir çox əlamətlərinə ( musiqi alərləri və s ) görə Qədim Misirlə bağlıdır.Ərəb istilalarından sonar ¼ tonlu musiqi kökü olan havalar geniş yayılmış ,professional xalq musiqisi ən-ənələrinə əsaslanan məqamlar ( muğam )- vokal instrumental suitalar, xüsusi əhəmiyyət kəsb etmişdir.Orta əsrlərdə Misirdə görkəmli musiqi nəzəriyyəçiləri və ifaçıları ( İbu əl -Xaytan,əl- Müsəbbihi və b ) fealiyyət göstərmişdilər. 16 -cı əsrdən Ərəb musiqisinin inkişafı ləngimişdir.
18 -ci əsrin sonu 19 — əsrin əvvələrində Misirə Avropa musiqisinin təsiri keçmiş ,musiqi həyatında canlanma başlamış ,milli sənətdə dirçəliş əmələ gəlmişdir.
19 əsrin məşhur musiqi xadimləri bəstəkar Məhəmməd əl-Kəbbani, lyutnya çalan Əhməd əl-Layti,musiqi tarixçisi Məhəmməd Şihab əl-Mülk və başqaları.
1869 -cu ildə Qahirədə opera teatrı ( Afrika qitəsində ilk opera teatrı ) açılmasına baxmayaraq burada tamaşalar,xarici artistlərin qüvvəsi ilə göstərildi.
1920 — ci illərdə ,eləcədə əsrin 1 -ci yarısında yeni Misir musiqisinin banisi Seyid Dərvişin və müğənni Ümum Gülsümün yaradıcılığı geniş şöhrət qazanmışdır. 1952 -ci il inqilabdan sonar milli mədəniyyətin inkişafı üçün şərait yaranmışdır.1959 cu ildə Qahirədə balet məktəbi yaradıldı.
1966 cı ildə Ali Xoreoqrafiya Məktəbi təşkilində Sovet mütəxəsislərinin böyük köməyi olmuşdur).Bir çox Misir bəstəkarları, musiqiçi ,müğənni və balet artisti S.S.R.İ- də Avropa ölkələrində təhsil almışdır.Məhəmməd Əbdul Vahab, Fərid əl-Ətraş, Əhməd Səadətin, Əbdulhəlim Hafiz, İbrahim Həqqaq, Əzir Əş-Sayan və başqaları Misirin tanınmış bəstəkarlarındandır.Qahirədə Ali musiqi komitəsi, peşəkar musiqiçilər ittifaqı, xalq sənəti ansambılları, musiqi akademiyası və s fealiyyət göstərir.Azərbaycan musiqiçiləri ( Rəşid Behbudov, Ş. Ələkbərova və b ).Qahirə koservatoriyasında Azərbaycan mütəxəsisləri də fealiyyət göstərirlər.
 
 
Mənbə: respublica-news.az
 

0 şərh