Süjetli əsərlərdə və heykəltəraşlıqda insan obrazı

Süjetli əsərlərdə təsvir olunan əşyalar, onları əhatə edən mühit nə qədər əhəmiyyətli olsa da, burada başlıca rol insana məxsusdur. Kompozisiyada hər şey onun obrazının açılmasına xidmət edir.
Görkəmli rus rəssamı İlya Repinin yaradıcılığında insan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyati xarakterlər realist sənətin ən yüksək zirvəsində təsvir edilmişdir.
Repinin yaratdığı obrazlar qalereyası çox müxtəlif və genişdir.
Süjetli əsərlərdə insan obrazı
Gənc Repinin istedadını üzə çıxaran ilk əsəri “Burlaklar1 Volqada” adlanır. Bu əsər xalqın qul əməyinə qarşı mərhəmət hissi oyatmaqla yanaşı, onun gücünə, əsarətə qarşı mübarizliyinə inam hissi oyadır.
Əsərdə kompozisiya elə qurulub ki, kütlə dərinlikdən tamaşaçıya doğru hərəkət etsə də, fiqurlar bir-birinin qarşısını kəsmir. Kompozisiyanın mərkəzində çox böyük yük gəmisini çəkən burlaklar təsvir olunub. Bu əsərdə hər bir personaj — müstəqil fərdi portretdir. Rəssam əsərdə müxtəlif xarakterləri, temperamentləri, insan tiplərini çox böyük məharətlə qarşılaşdıra bilmişdir.
Burlaklar Volqada, 1870-1873. Rusiya dövlət muzeyi, Sankt-Peterburq
XIX əsr realist rus rəssamlığının ən yüksək nailiyyətləri Repinin yaradıcılığı ilə bağlıdır. Repinin əsərləri nadir tarixi dəyərə malikdir, çünki o, əsərlərində yaşadığı dövrdə baş verən ən kəskin problemləri, hadisələri olduğu kimi əks etdirə bilmişdir.
Heykəltəraşlıqda insan obrazı
Heykəltəraşlar portret yaradarkən obrazı daha yaxşı ifadə etmək üçün materialı xüsusi diqqətlə seçirlər. Belə heykəltəraşlardan biri də Azərbaycanın Xalq rəssamı Mirəli Mirəsədulla oğlu Mirqasımovdur.
M.Mirqasımovun heykəl-portretlərində insan obrazı
 
 
Müəllif: Kəmalə Cəfərzadə, Məhsəti Məmmədova
Mənbə:  Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə Dərslik
 

0 şərh