Stounhencin sirri

Əvvəlcədən qeyd etmək istəyirəm ki, mən heç vaxt İngiltərədə olmamışam. Oranın təbii şəraitini, tarixi abidələrini öz gözümlə görməmişəm. Biologiya-coğrafiya müəllimi olduğum üçün Böyük Britaniyanın coğrafi mövqeyi, geoloji quruluşu, relyefi, ölkənin tarixi-coğrafi inkişafı haqqında məlumatları öyrənməyə çalışmışam. Bu yaxınlarda elmi kitabların birində Stounhenc (daş hasar) haqqında qısa olaraq yazılmış bir məlumat diqqətimi cəlb etdi. Orada yazılmışdır ki, abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olmuşdur. Yazını oxuyan zaman belə bi sual məni düşünməyə vadar etdi. Doğrudanmı, dünyanın ən möhtəşəm və sirli abidəsi xalqları birləşdirmək məqsədi ilə tikilmişdir? Sualın cavabı ilə əlaqədar olaraq fikirlərimi dağıtmağa çalışdım. Lakin, xeyli vaxt keçsə də, sual başımdan çıxmadı. Əksinə, təsadüfən başqa bir yazıda mənə rast gəldi ki, abidənin tikintisində istifadə olunan daşlar başqa ərazilərdən, daha çox Avropadan gətirilmişdir.
Əslində isə bütün bunlar reallıqdan uzaq, yanlış fikirlərdir. Abidə haqqında yanlış fikir və yazıların həddən artlq çox olduğunu nəzərə alaraq, tədqiqatçıların müxtəlif məlumatlarını toplamağa başladım. Həmin məlumatların bir neçəsini qeyd etməklə yanaşı, abidə haqqında özümün fikir və düşüncələrimi qeyd etməyə çalışacağam. Elmi düşüncələrimdə səhv etməməyim mənə tamamilə aydındır.
Stounhencin sirri
Verilən məlumatlara görə abidə Birləşmiş Krallıqda Uiitleonun, Solsberinin 8 mil şimalında yerləşir. 1986-cı ildə UNESCO tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilmiş Stounhenç eramızdan əvvəl tikilmişdir.Arxeoloqlar bu abidənin e.ə 3000-e.ə 2000-ci illər aralığında tikildiyini qeyd edirlər.
İngilis dilindən tərcümədə “Stounhenc”“daş hasar” mənasını verir. Abidənin tikintisində çəkisi 5 tondan 50 tona qədər olan nəhəng daş parçalarından istifadə edilmişdir. Daş parçaları bir neçə tağ şəklində qurulmuşdur. Tağların hər biri dünyanın müəyyən tərəfinə baxır. Bunları elmi kitablarda və jurnallarda abidənin şəkillərinə baxdıqda görmək mümkündür. Şəklə əsasən müəyyən etmişəm ki, tağlar 4 əsas və 4 aralıq cəhətlərə tərəf baxır. Əsas cəhətlər: şimal, cənub, şərq və qərbdir. Aralıq cəhətlər: şimal-şərq, cənub-şərq, cənub-qərb və şimal-qərbdir. Tağların istiqamətlənməsində tam dəqiqlik mümkün deyildir. Çünki, həmin vaxtlarda Yer üzərində adada yaşayan insanlar istiqaməti səhvsiz müəyyən edə bilməzdilər. Bu isə bir sıra çətinliklərlə əlaqədar idi və onların izahı ayrı mövzudur.
 
Abidə haqqında tədqiqatçıların bir neçəsinin fikirlərini qeyd etməklə yanaşı öz münasibətimi də bildirmək istəyirəm.
Professorlar – Cefri, Timoti Darvil və başqalarının fikrinə görə Stounxedji şəfanın yeri idi. Onlar israr edirlər ki, bu ərazidə çoxlu sayda insan dəfn edilmişdir. Qəbirlərin bəzilərində travmalar vardır. Onların fikrinə görə abidə çoxfunksiyalı məqsədlər üçün tikilmişdir.
2012-ci ildə başqa bir nəzəriyyə irəli sürülmüşdür. Həmin nəzəriyyəyə görə abidənin tikilməsində məqsəd Britaniyanın müxtəlif xalqlarını birləşdirmək olmuşdur. Həmin ərazidə yaşayan insanlar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün abidənin tikilməsi zəruri imiş.
Sirli daş tikili olan Stounhenc İngiltərənin Ultşir qraflığında yerləşir. Bu abidə dövrümüzə gəlib çatan digər abidələrə nisbətən daha çox sirlərlə doludur. Abidə haqqında çoxlu mülahizələr də mövcuddur. Mülahizələrin birinə görə qədim nelt kahinləri burada ibadət etmişlər. Digər mülahizəyə görə Stounhenc bütpərəst kraliça Boadiseyanın məqbərəsidir. Yerli əfsanələr isə abidəni kral Arturun sarayında cadugərlik edən sehrbaz Merlinin adı ilə bağlayır.
Bir çox tədqiqatçılar bu ərazini qəbirstanlıq, abidənin isə qəbirstanlığın mərkəzi olması fərziyyəsini irəli sürmüşlər. Bu fərziyyə bir çox araşdırmaçılar tərəfindən qəbul edilmişdir. Mayk Pirson və Ramilissoninanın fikrinə görə burada yaşayan qədim inanlar ağaca həyat, daşa isə ölüm rəmzi kimi baxırlarmış. Stounhenç (Stonehenge – əski ingiliscədən “asılı daşlar”) də ölüləri yola salmaq üçün uzun dini mərasimin adı idi. Belə ki, bu mərasim şərqdə Vudhençdə (“Woodhenge” – əski, ingiliscədə “asılı ağaclar”) başlayıb, Avon çayı ilə hərəkət edib Stounhencdə bitirdi. Ağacdan su vasitəsilə daşa səyahət həyatdan ölümə səyahətin simvolik rəmzi idi. Din tarixçisi Mirsea Lieydin fikrinə görə Stounhenç ölülər dəfn olunmuş ərazinin mərkəzində əcdadlar ilə əlaqəni təmin etmək üçün tikilmiş müqəddəs bir abidə olub. Dünyanın bir çox yerində məhz bu məqsədlə tikilmiş binalara, məbədlərə rast gəlinir. Stounhenç abidəsi də həmin dövr Britaniya insanının özünəməxsus məbədi idi.
Əlbəttə, bütün bunlar abidə haqqında tamamilə yanlış fikirlərdir.
Abidə bütün yazılan rekordları arxada qoymuş bir mədəniyyət nümunəsidir. Onun inşasında istifadə olunmuş texnika haqqında heç bir dəqiq sübut və
nəzəriyyə yoxdur. Uzun illər ərzində belə bir fikir yayılmışdır ki, abidənin tikintisində fövqəltəbii metodlardan istifadə edilmişdir. Həmin nəzəriyyənin müəllifləri sübut etməyə çalışmışlar ki, həmin dövrlərdə texnikanın olmadığı vaxtlarda abidəni yaratmaq mümkün olmazdı.
Abidənin tikintisində fövqəltəbii qüvvələrdə axtarmağın özü də həqiqətdən uzaqlaşmaq deməkdir.
Elə isə dünyanın ən qədim, möhtəşəm, sirrli və əhəmiyyətli abidəsi olan Stounxedj haqqında hansı doğru, düzgün fikirləri söyləmək mümkündür? Bunun üçün aşağıdakı sualların cavabı tapılmalıdır:

  1. Stounxedj hansı məqsədlə tikilmişdir?
  2. Abidəni hansı xalqlar tikmişdir?
  3. Tikinti üçün məhz həmin ərazi nə üçün seçilmişdir?
  4. Ağır daşlar haradan gətirilmişdir?
  5. Ağır daşlar hansı qüvvələrin köməyi ilə birləşdirilmişdir?
  6. Dünyanın başqa ərazilərində nə üçün Stounhxencə oxşar olan abidəyə rast gəlinmir?
  7. Qədim insanların istifadə etdiyi kimi müasir dövrdə də istifadə etmək mümkündürmü?

Tədqiqatçılar sübut etmişlər ki, abidə 1500 il ərzində tikilmişdir. Bu isə sübut edir ki, həmin dövrlərdə insanların zəruri ehtiyacı var imiş. Bu da qida, ərzaq ola bilərdi. 1500 il ərzində nəsillər bir-birini əvəz etmiş, lakin abidənin tikintisi saxlanılmamışdır. Uzun illər ərzində çox böyük çətinliklə, ağır zəhmət hesabına tikinti başa çatdırılmışdır. Çünki, insanların salamat qalması, yaşaması abidədən asılı olmuşdur. Dünyanın heç bir tarixi abidəsi belə uzun vaxt ərzində tikilməmişdir. Eyni zamanda insanların yaşaması üçün Stounhenç qədər əhəmiyyət olan ikinci bir abidə mövcud olmamışdır.
Böyük Britaniyanın coğrafi mövqeyi, təbii şəraiti həmişə belə olmuşdur ki, orada yaşayan insanların həyatı canlı təbiətdən asılı olmuşdur. Ona görə də canlı təbiəti öyrənmək və qorumaq, orada yaşayan insanların həmişə məqsədi olmuşdur. Həmin dövrlərdə başqa materiklərə, Avropaya gedib-gəlmək asanlıqla başa gəlmirdi. Yerli ehtiyyatlarından bacarıqla istifadə etmək nəticəsində insanların salamat qalması mümkün idi. Vaxtı bilmək, fəsilləri müəyyən etmək ən vacib məsələ olmuşdur. Müxtəlif bitkiləri əkmək, başqa təsərrüfat işləri ilə məşğul olmaq üçün mütləq fəsillərin yeri dəqiq müəyyən edilməli idi. Heç bir texnologiyanın, müxtəlif cihazların olmadığı bir vaxta bunu necə etmək olardı?
Coğrafiyaçılara yaxşı məlumdur ki, hamar yer səthinə şaquli olaraq sancılmış cisimdən düşən kölgənin uzunluğuna və istiqamətinə görə vaxtı və fəsilləri müəyyən etmək mümkündür. Beləliklə, ən sadə üsullarda Yerin fırlanma oxunun meylli olmasını, öz oxu və Günəş ətrafında hərəkəti haqqında məlumat toplamaq mümkündür. Stounhenç məhz bu məqsədlə tikilmişdir. Hazırda mövcud olan
başqa fikirlər reallıqdan tamamilə uzaqdır. Burada sual oluna bilər. Nə üçün başqa materiallardan deyil, ağır daşlardan istifadə olunmuşdur?
Ona görə ki, başqa materiallar suyun, havanın və küləyin təsiri ilə dəyişikliyə məruz qalır. Ağır daşlar isə əsrlər ərzində heç bir dəyişikliyə məruz qalmır. Digər tərəfdən hər hansı cisimdən düşən kölgənin uzunluğunda səhv etdikdə alınan nəticə dəqiq olmur. Eyni zamanda düzgün nəticəyə nail olmaq üçün uzun müddətli təcrübə və müşahidə tələb olunur.

Yenə başqa bir sual meydana çıxır. Nə üçün daşlar tağ şəklində quraşdırılmışdır?
Bir tağın kölgəsinin digər tağa nəzərən hərəkət və istiqamətini izləmək üçün daşlar belə quraşdırılmışdır. Eyni zamanda dəqiq nəticəyə nail olmaq üçün belə üsuldan istifadə olunmuşdur. Lakin qeyd etməliyəm ki, qədim insanlar müasir insanlara məlum olmayan üsullardan da istifadə etmişlər.
Beləliklə, Stounhençin yaxılığında yaşayan insanlar müxtəlif üsullardan istifadə etməklə fəsillərin vaxtını dəqiq müəyyən edə bilmişlər.
Yaz və payızın yerini dəyişik salmamaq üçün onlar abidəyə belə mürəkkəb quruluş vermişlər. Abaidə Böyük Britaniyada yaşayan insanlar üçün illər ərzində həyat mənbəyi funksiyasını yerinə yetirmişdir. Müxtəlif bitki toxumalarını toplamaq, qorumaq və əkmək üçün vaxt dəqiq müəyyən edilməli idi. Insanların həyatı bundan asılı idi. Məhz buna görə də Stounhenç uzun illər ərzində çox böyük zəhmət hesabına, çətinliklə tikilmişdir və dövrümüzə qədər qorunub saxlanılmışdır.
Abidənin kimlər tərəfindən tikilməsi haqqında mövcud olan bütün nəzəriyyə və fikirlər reallıqdan uzaqdır. Atlantidanın mövcud olduğu vaxtda Atlantlar buraya gəlib çıxa bilmişlər. Onlar Böyük Britaniyanın qərb sahillərinə okean cərəyanlarının köməyi ilə gəlib çata bilirdilər. Geri qayıtmaq isə mümkün deyildi. Burada onlar uzun müddət yaşayacaqlarını artıq dərk edirdilər. Atlantida adası mövcud olduğu vaxtlarda hər cür bitkilərlə, ərzaq ehtiyyatı ilə təmin olunmuşdur. Orada yaşayan insanlar qida çatışmazlığının nə olduğunu bilmirdilər. Böyük Britaniyaya gəlib çatan Atlantlar burada yaşamağın yalnız təbiətdən asılı olduğunu başa düşürdülər. Ona görə də abidəni yerli xalqlarla birlikdə Atlantlar tikmişlər. Onu da qeyd etməliyəm ki, Atlantlar burada uzun müddət yaşamaqla yanaşı yerli xalqlarla qaynayıb-qarışmışlar. Dəniz gəmiçiliyinin inkişafı nəticəsində Böyük Britaniya ilə Avropa arasında əlaqə güclənmişdir. Bunun nəticəsində Atlantlar Avropaya keçmişlər. Daha çox Almaniya ərazisinə gəlib çataraq burada məskunlaşmışlar və yerli xalqlarla qaynayıb-qarışmışlar. Atlantların zehni qabiliyyəti çox güclü inkişaf etmişdir. Bunların izahı isə ayrı mövzudur.
Abidənin tikintisinin məhz həmin ərazinin seçilməsinin səbəbi relyef və Atlantların burada daha çox məskunlaşması ilə əlaqədardır. Dəqiq müşahidə və təcrübələr aparmaq üçün relyef, coğrafi mövqe, ərazinin strukturunun necə olmasının əhəmiyyəti böyükdür.
Stounhençin tikintisində istifadə olunan daşların haradan gətirilməsi haqqında çox müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar həmin daşların Avropadan gətirildiyini bildirirlər. Hətta fövqəltəbii qüvvələrin köməyi ilə daşların buraya düşdüyünü bildirən fikirlərə də rast gəlmək mümkündür. Bütün bunlar isə həqiqəti əks etdirmir. Əslində isə abidənin tikintisində istifadə olunmuş daşlar Böyük Britaniya ərazisinin məhsuludur. Bu fikirlərin doğru olub-olmadığını gələcəkdə elmi tədqiqatlar sübut edəcəkdir.
Ən ciddi müzakirrələr ağır daşların necə hərəkət etdirilməsi, hansı metodları köməyi ilə yuxarı qaldırılması və birləşdirilməsi haqqındadır. Doğrudan da heç bir inşaat texnikasının olmadığı bir vaxtda 50 ton ağırlığında daşların necə hərəkət etdirilməsi insanda heyrət doğurur. Uzun illər ərzində müxtəlif müəlliflər təklif etmişlər ki, abidənin tikintisində fövqəltəbii metodlardan istifadə edilib.
Bəzi fikirlərə görə isə, nə vaxtsa Yer üzərində insanlar yüksək səviyyədə texnikaya sahib olmuşlar. Əlbəttə, bütün bunlar da qeyri-elmi fikirlərdir. Sadəcə olaraq həmin dövrlərdə insanlar mexanikanın elə qanunlarını bilirdilər ki, bu gün onlar bizə məlum deyildir. Eyni zamanda yeriyən ayaqlar və dirəklərin köməyi ilə daşları hərəkət etdirmək mümkün olmuşdur. Nəzərə almalıyıq ki, abidə birdən-birə deyil, tədricən qurulmuşdur. Özü də çox böyük bacarıq, zəhmət və çətinlik hesabına. İnsan öz qarşısına məqsəd qoyarsa, bacarığından tədricən istifadə edərsə onda hər şeyə nail ola bilər.
Məlumdur ki, dünyanın heç bir yerində Stounhencin tamamilə təkrarı olan ikinci bir abidə yoxdur. Əslində bu özü də sübut edir ki, abidənin tikintisində yerli xalqlarla yanaşı, başqa yerdən gəlmiş insanlar da iştirak etmişlər. Atlantlar isə heç bir ərazidə Böyük Britaniyadakı qədər uzun müddət yaşamamaış və yerli xalqlarla qaynayıb-qarışmamışlar. Digər tərəfdən İngiltərədə yaşayan insanlar həm keçmişdə, həm də müasir dövrdə təbiətə diqqət yetirmiş, qayğı göstərmiş və onu həmişə qorumuşdur. Bütün bunlar onu göstərir ki, Stounhencdən insanlar əsrlər boyu istifadə etməklə yanaşı həm də onu qoruyub saxlamışlar.

Abidə haqqında qeyd etdiklərimlə yekunlaşmır. Stounhenc sirlərlə dolu, dünyada bənzəri olmayan elmi mərkəzdir. Əgər onun sirlərini açmaq mümkün olarsa bu gün də istifadə edilə bilər.
Fikrimcə, Stounhenci yaxından görsəydim, onun sirləri haqqında daha geniş və dəqiq məlumatlar qeyd edə bilərdim. Qeyd etdiklərimə uyğun olaraq elmi-tədqiqat işləri aprılarsa, bəzi sirlərin üstü açılmış olar. Güman edirəm ki, abidə ilə əlaqədar olaraq bundan sonra yeni-yeni elmi faktlar üzə çıxacaqdır.
Nəhayət, Stounhenclə əlaqədar qeyd etdiklərimlə əlaqədar olaraq mənimlə fikir mübadiləsi aparmaq istəyənlərin hamısına öz minnətdarlığımı bildirirəm. Bilirəm ki, onun sirlərinin açılmasında iştirak edənlər elmin inkişafına kömək etmiş olur. Belə insanlara Allah da həmişə kömək etmiş olur.
 
 

Müəllif: İbrahimov Tahə Lətif oğlu. Biologiya-coğrafiya müəllimi
Mənbə: adekvat.az

0 şərh