Müasir memarlıqda ekstrim məkanlar

Qütb parıltıları altında xəyal qura bilərsiniz?
Müştərilərinə reallıqdan tamamilə uzaqlaşmaq fürsəti yaradan bu lüks otel İslandiyanın əsrarəngiz torpaqlarında yerləşir. Otelin ərazisi memarlar tərəfindən həssaslıqla seçilib. Yerli adətlərə görə, mağaralarda yaşayan elfləri narahat etmək olmaz. Memarlar ətraf mühiti qorumaq məqsədilə təkrar emal edilən materiallardan istifadə ediblər. Mərkəzin suyu yaxın ərazilərdə yerləşən vulkan dağ tərəfindən qızdırılan bulaqdan gəlir. Su, demək olar ki, limitsiz olsa da, təkrar emal edilərək istifadə olunur. Otelin gecələri isə, əlbəttə ki, möhtəşəm mənzərəsi ilə insanı valeh edir.
Memarlıq kosmik boşluğu bizə şou kimi təqdim edir.
ION Macəra oteli, Thingvellir Milli Parkı, İslandiya. MINARC layihəsi
Bir bina barmaq ucunda dura bilər?
Bu kimsəsiz istirahət yerindəki kabinalar müştərilərin çöldən təcrid olunaraq dincəlmələrini təmin edir. Memarlar 20 kvm EcoLoft otel otaqlarını ənənəvi şəkildə zəminə yerləşdirmək əvəzinə dəmirdən emal edilmiş incə dəstəklər üzərində dayanmış formada dizayn ediblər. Kabinalar pitoresk bir kompozisiya ilə ətrafa səpələnmiş qaya parçaları kimi düzülüb.
Ekoturizm üçün ekomemarlıq lazımdır.
Encuentro Guadalupe, Baka California, Meksika. GRACIA STUDIO layihəsi
Ofis üzə bilər?
Üzən bir ofis binası olan “Arctia Shipping” şirkətinin əsas mərkəzi, Katajanokka sahilinə dəmirlənmiş qonşularının dizaynından ilham alınaraq inşa edilib. Ərazinin olduqca sərt soyuğu ilə mübarizə aparmaq üçün inşa edilən buzqıranlar düşünün. Obyektin horizontal kütləsi və xüsusi olaraq dizayn edilmiş qara dəmir fasad sistemi gəmilərin qara gövdələrinə bənzədilib. Cilalanmış taxtadan emal edilmiş interyer isə köhnə gəmi inşalarına göndərmə təsiri bağışlayır.

Binalar üzə bilirsə, nəhəng şəhərlər də üzə bilər.
Arctia Shipping Əsas Mərkəzi, Helsinki, Finlandiya. K2S ARCHITECTS layihəsi
Horizontal “göydələn” ulduzlara çatmağımıza kömək edə bilər?
Bu çox nəhəng teleskop (VLT) Çilinin Atakama çölündə yerləşir. Teleskop, Yer Kürəsinin ən böyük və ən inkişaf etmiş optik avadanlığından biridir. Avropa Cənub Müşahidə Mərkəzi (ESO) tərəfindən idarə olunan bu mərkəzdə çətin iqlim şəraitində (qızmar günəş, quraqlıq, zəlzələlər) çalışan elm adamlarının istirahəti və iş vaxtları arasında asudə vaxt keçirməsi üçün daxili modullar da var. Əraziyə horizontal olaraq inşa edilən otel bu gözəl və çətin təbiət şərtlərində uzun müddət qalan ziyarətçilər üçün həm də istirahət mərkəzinə çevrilib.
Elmi inkişaf sağlam elm adamlarına ehtiyac duyur.
vropa Cənub Müşahidə Mərkəzi (ESO) Oteli, Cerro Paranal, Çili. Auer Veber layihəsi
vropa Cənub Müşahidə Mərkəzi (ESO) Oteli, Cerro Paranal, Çili. Auer Veber layihəsi
Ayda yaşaya bilərik?
Sonunda hamımız ayda yaşamağa başlayanda ordakı qamma şüalarından qorunmaq lazım gələcək. Meteoridlərə və şiddətli istilik dalğalanmalarına qarşı qoruma təmin edən bu dörd nəfərlik məkanlar məhz bu işə yarayacaq. Obyektlər maraqlı görünüşlərini şişirilə bilən damına borcludur. Günəş enerjisi ilə işləyən robotlar ay tozunu (reqolit) 3D printerlərlə məkanların üzərinə səpələyəcək, bunu edərkən də heç bir yapışdırıcı maddədən istifadə etməyəcək. Yəni parçalar bir-birinə təbii olaraq bağlanacaq və ultra yüngül qablama yaratmış olacaq.
Memarlar bu obyektlərin 1.5 tonluq modelini inşa edərək kiçik modulları bir vakuum otağında test ediblər. Ayın cənub qütbündə inşa ediləcək ilk mərkəzi görməyə hazır olun.
Memari yaradıcılıq Yer Kürəsi ilə məhdudlaşmır.
3D print məkanlar (Real olmayan) Avropa Kosmik Agentliyi ilə birlikdə Foster+Partners layihəsi
 
 
Müəllif: Sahil Qənbərli
Mənbə: azlogos.eu
 

0 şərh