İslam mədəniyyətinə baxış

Çiçəklənmə dövrü olan X əsrdə İslam mədəniyyəti, Himalayalardan Pirənələrə, Qaradənizdən Aden körfəzinə kimi uzanan bütün İslam dünyasına nüfuz etmişdi. Qədim şərq, Bağdad, Suriya və Iraq torpaqları üzərində, dünya dövlətlərinin ənənələrini təcəssüm etdirirdi. Kiçik Asiyada bütün ticarət yollarının düyün nöqtəsi olan bu şəhərlər, millətlər arasındakı hərəkətlərin bir toplanma mərkəzinə çevrilmişdi. İslam dinini kultrologiya kontekstində öyrəndikdə ilk öncə onun yarandığı ərazidə mədəniyyətin və digər elmlərin inkişafının şəhrini vermək lazımdır.

Təmtəraqlı saraylarıyla gözləri qamaşdıran, bu regionu təsiri altında saxlayan, dünyanın hər yerindəki xəzinələri özündə cəm edən, Harun Rəşidin şəhəri Bağdad, dövlətin ən böyük və möhtəşəm şəhəri olaraq böyüdü. Təbii sərvətlərin əldə edilib dəyərləndirilməsinə aid ilhamlar bu mənbədən axmağa başlamışdı. Bütün elm sahələrini ehtiva edən  tərcümə fəaliyyəti sistematik bir şəkildə və tədricən inkişaf etməyə başladı. Qeyri-milli əsərlərin toplanması fəaliyyətləri, Abbasilər tərəfindən zəngin vasitələlərlə irəli aparıldı. Saysız pullar sərf etməklə və ya əksər hallarda diplomatik yollarla, orijinal əlyazmalarını bir yerə topladılar. Ən çox dəyər verdikləri yunan əsərləri idi. Fars və Hind ədəbiyyatına da əhəmiyyət verilirdi.

Tibb, riyaziyyat, astronomiya, coğrafiya və elmin bütün sahələrinə aid olan əsərləri, onların müəlliflərini tapıb Bağdad şəhərinə toplayırdılar. Daha sonra da fəlsəfə və təbii elmlər inkişaf etdi. İslam elmi, qədim yunan elm xəzinəsinin yox olmağının qarşısını aldı. Müsəlmanlar, əsrlər boyu müxtəlif elmləri toplayıb muhafizə edirdilər. Ərəblərin etdikləri tərcümələr bügün belə, qismən tənqidi mətinləri, qismən də antik ədəbiyyatdakı bəzi mühüm nöqsanlıqları araşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Müsəlman müəlliflər, yad bilgini sadəcə tərcümə etməklə kifayətlənmədilər, əksinə onlar, özlərinə məxsus yeni bir bilgi meydana gətirdilər. Bu dövrdə, demək olar ki, üç qitəyə yayılan İslam mədəniyyətinin, bircə qüdrətini təşkil edən böyük İslam dövlətində mövcud insani idrak qabiliyyətinin, müqayisə qəbul etməz dəlillərini üzə  çıxardılar. 

Bağdada əlavə olaraq, Cundişabur, Qahirə, Qayravan və Fəz, İslam elminin o dövrdəki məşhur mərkəzləriydilər. Həmin dövrdə, Bağdadda elm baxımından əldə edilən nailiyyətlərə 711-ci ildə Ərəblər tərəfindən fəthedilən müxtəlif millətlərin yaşadığı İspanyada da müvəffəq olmuşdular. Atalarını nümunə götürən əzmkar Əməvi hökmdarları (755-1031), uzun müdddət təsirlərini davam etdirib məmləkətin maddi rifahını qoruyub saxladıqları kimi, fikri çalışmaları ilə xüsusən üçüncü Abdurrahmanın (912-961) idarəsində, həqiqi bir Altun (qızıl) dövrü də açdılar.

 

Kordova, qərbin Bağdadı, bir xəlifələr şəhəri, ən yüksək səviyyədə təlim və incəsənətlərə ən çox etimad  göstərilən bir bölgə, zəngin kitab xəzinələrinin toplandığı elmi təşəbbüs mərkəzi, öyrənmə həvəskarı minlərlə insan üçün yüksək bir məktəb oldu. Kordovadan başqa Sevil, Qırnata, Tuletula, Valansiya və Murcia, İslam elminin və mədəniyyətinin örnək mərkəzlərinə çevrildi. İspaniyada, istisnasız gəlib-keçmiş bütün xəlifələrin hökmranlığı altında, bir daha çata bilmədiyi bir tərəqqi və inkişaf dövrü keçdi. Bu dövrün elm göstəriciləri müəzzəmdir. Mədəniyyətin heç bir sahəsi, o cümlədən  Kordova, Sevilla və Toledodadakı məşhur Ərəb elm  və akademiya ocaqları, hətta bir çox qərbli belə bu fəaliyyətdən nəsibsiz qalmamışdır. Yüksək səviyyədəki mədəniyyət bütün elm və sənət sahəsini əhatə etmişdir. Ona görə də həmin elm ocaqları, qərbli bir çox tələbəni özünə cəlb etdi. Ərəb elminin mərkəzi və eyni zamanda Avropanın ən böyük kitabxanası olan Toledoda, 1130-cu ildə bir tərcümə mərkəzi təsis edilmişdi.   

Orada Raymondun başçılığı altında beş baş papaz,  ən məşhur müsəlman alimlərinin əsərlərini, əvvəlcə Yunancadan Ərəbcəyə  sonra isə Ərəbcədən Latıncaya tərcümə etməyə başlamışdılar. Bu işlər XII, XIII və XIV əsrlərdə də davam etdirildi. Həmin dövrdə qərbin bütün mütəfəkkirləri, o cümlədən Papa II Silvestr adını alan Aurillaclı Herbert, Qərbli Adelard, qərbdə riyaziyyatın qurucusu Pisalı Leonard, Böyük Albert, Roqer Bakon, Mişel Skot, Daniel Morley, X Alfons, Saint Tomas, Germann der Dutç, Duns Skot, Okkamlı Vilhelm və Villeneuvlu Arnold, bu elm və mədəniyyət  mərkəzlərinde təlim və tərbiyə almışdırlar. Kremonalı Herhard, təkbaşına, Toledo şəhərində 71 elmi əsəri tərcümə etmişdi. Dəyərli mədəniyyət tarixçisi Sigrid Hunke belə deyir: "Kremonalı Herhardın burada qaldığı 20 il ərzində 80-dən çox mühüm elmi əsərləri tərcümə etmişdir.

Beləliklə Avropa millətləri, İslam elm və mədəniyyəti  ilə təmas nəticəsində böyük uğurlar qazandılar.Ərəb təbabəti qərbdə  böyük etibar qazanmışdı. Böyük İslam həkimləri və alimlərinin tibbi əsərləri, Avropanın bir çox üniversitetlərində tibb təhsilinin əsasını təşkil edirdi. XI əsrə kimi qərb təbabətində boş yerə hansısa bir uğur axtarılırdı. İlk tibbi bilik  İspaniya Ərəblərindən  öyrənildikdən sonra ancaq XII əsrdə bir elm adını ala bilmişdir. Bu yeni üniversitetlərin ilk müəllimləri, Ərəb alimlərinin sabiq tələbələri idilər. Henrix Fransada tibbin inkişafını asanlaşdırmaq üçün 1587-ci ildə Parisdəki Royal Kollecində Ərəb kursusununu təsis etdi. Orta əsrlər boyunca İtaliyada tibb təhsilinin mərkəzi olan Salermoda, böyük Ərəb məktəbləri kimi elm ocaqları təsis edilmişdir. İslam kulturologiya tarixi  konteksində yarandığı dövrdən aktual məsələlərindən olmuşdur. 

Müəllif:Camal Rzayev

0 şərh