Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

50 üzv, 157 topik

Hərb tariximiz rənglərin işığında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.
Davamı →

Hayku poeziyasının yaranması

Üç misralıq yapon şeiri ilkin olaraq hokku, sonra haykay və XIX əsrin sonlarından hayku adlanmışdır. Bu janr yaradıcı xarakter daşıyır və bütün mövcud qaydalardan istisnadır. On yeddi hecalı üç misralıq haykular klassik yapon beşmisralıq şeirlərdən – tanka və ya vakadan, yaxud da daha bir janr – renqadan törəmişdir.
Vaka (hərfi mənası – «yapon nəğməsi») – özündə başlıca olaraq beşmisralıq şeir – tankanı (hərfi mənası — «qısa nəğmə») və bir neçə başqa formaları (altı misralıq sedoka və «uzun nəğmə» naqauta) birləşdirən bir anlayışdır. Lakin bir çox hallarda tankanın sinonimi kimi çox dar bir anlamda da istifadə olunur. Vaka poeziyası çox qədim zamanlarda yaranmış və birinci yapon poetik antologiyası — «Saysız yarpaqlar toplusu»nda (Manyosyu, VII əsr) geniş şəkildə öz əksini tapmışdır.

Davamı →