Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Ermitaj

Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib.


Ardı →

Qədim Misir mədəniyyəti

Misirdə yazı e.ə. IV minilliyin sonlarında  meydana çıxmışdır.Müxtəlif dövrləri əks  etdirən Misir  yazı  abidələri  indiyə  qədər qalmaqdadır. Misirdə  də ilk yazı növü şumerlərdə  olduğu kimi piktoqrafiya, yəni şəkli yazı olmuşdur.
Burada yazılar əsasən  papirus üzərində cızılırdı ki, bu da onlar üçün  kağızı əvəz  edirdi.  Yazı  «lövhəsi»  düzəltmək  məqsədilə misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra onları sıra ilə bir-birinə yapışdırırdılar.


Ardı →

Cənub-Şərqi Asiya dövlətlərinin mədəniyyəti

İndoneziya bir neçə xırda adaları əhatə edir. Adada yaşayan xalqların, etnik qrupların öz dili, mədəniyyəti, incəsənəti, adət – ənənələri mövcuddur. Onun ərazisinə Kalimantan, Sumatra, Sulavesi, Yava, Madura daxil olan Böyük Zond adaları və Kiçik Zond adaları – Bali, Lombok, Sumbava, Sumba, Flores, Timor adaları, Molukka adaları, Yeni Qvineya adalarının qərb hissəsi daxildir. İndoneziya inzibati cəhətdən 20 əyalətə bölünmüşdür. İndoneziyanın ərazisində 150-dən çox xalq yaşayır. Onun ərazisində ibtidai – icma adət – ənənələrini saxlayan xalqlar və tayfalar da yaşayır.

İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II – V əsrdən başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə Tarum, Kalinq, Malayya, Şirvicayya kimi erkən dövlətlər formalaşmağa başladı.


Ardı →

Yaponiya mədəniyyəti

Yapon ənənəvi incəsənəti özünəməxsus mahiyyət kəsb edir. Onun fəlsəfi prinsip və estetik dəyərləri digər ölkə və xalqların fəlsəfi görüşlərindən fərqlənir. Bu fərqin izahına ehtiyac var. Yapon incəsənətinin estetik prinsiplərinin formalaşması bu xalqın doğma təbiətə olan ilahi münasibəti təbiət gözəlliyinə səcdə etməsi ilə izah edilir.
Dağlıq ölkə olan Yaponiyada torpaq təsərrüfatı üçün məkan çox yararsız olduğuna görə insanlar tərəkəmə halında yaşayırdılar. Ona görə də, bu ölkənin hər qarış torpağına yapon əcdadları böyük səy və əmək sərf etmişlər. Bütün bu çətinliklərə baxmayaraq xalq öz həyatını bəzəməyi, zənginləşdirməyi də yaddan çıxarmamışdır, bu isə həm ciddi nizam-intizama, həm də mədəniyyətin təşəkkülünə geniş imkanlar açmışdır.
Yapon incəsənətinin estetik prinsipləri üç mühüm dini-fəlsəfi doktrina üzərində formalaşmışdı: bunlar Gündoğar ölkənin məskunları olmaq şərtilə sintoizm, konfutsiçilik və budduzmdir.


Ardı →

Şərqin bəşəri mədəniyyət sistemi

Qədim Şərq mədəniyyətinin ən böyük sirlərindən biri meditasiyadır. Şərqlilər uzun əsrlər bunu ilahi bir hal saydıqlarından onunla bağlı sirləri başqalarına verməkdən çəkiniblər. “Meditasiya” latınca “düşüncəyə dalma” mənasını verir. Ruh və bədənlə birbaşa bağlı olan meditasiyanın əsas məqsədi insanı əsl mahiyyətinə çatdırmaqla kamil bir duruma gətirməkdən ibarətdir.

Qədim Şərq dünyabaxışı insana ruh və bədənin birliyi kimi baxır, ancaq bütün hallarda ruhu birinci sayırdı. Deməli, gerçək təkmilləşmənin əsasında əslində mənəvi, idraki, ruhi təkmilləşmə durur. Bunları bir-birindən ayırmaq olmaz. Əgər insan öz sənətinin incəliklərinə yiyələnmək istəyirsə, hökmən ruhunu aşkarlamalı, onu eşitməlidir. Şərq meditasiya sistemi öyrədir ki, insanın gücü, onun fiziki təkmilləşməsindən az asılıdır, o, əsas ruhsal hala bağlıdır.
Davamı →

Bisütun kitabəsi

Müstəbidlər tarixi qələbələri ilə daim öyünüblər. Qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq üçün bəzən özləri də bilmədən möcüzə yaradıblar. Belə möcüzələrdən biri üç dildə yazılmış Bisütun kitabəsidir. 1306 sətirlik kitabənin 515 sətri qədim fars, 141 sətri akkad (babil), 650 sətri isə elam dilində olub. 
   
   Hakimiyyət uğrunda mübarizədə o, doqquz rəqibini məğlub edir. Eradan əvvəl 521-ci ildə taxta çıxır. Hörmüzdən sonra dünyanın ikinci qüdrətli şəxsiyyəti sayılır. Adı Darayavuş olsa da, düşmənləri onu Dara çağırır. Dara bir çox ölkələri fəth edir. Möhtəşəm bir imperatorluq qurur.
Ardı →

Pantomima

pantomimaPantomima necə yarandı?
XIX əsrin sonunda mədəniyyətin bütün sahələrində inqilabi dəyişikliklər baş verdi. İyirmi beş əsrlik teatr tarixi yeni bir keyfiyyət kəsb etdi – rejissor teatrı.

XX əsrsə bir neçə böyük rejissor isimləri ilə başladı ki, bunların hər biri ayrıca bir teatr sistemi idi. Teatr məkanında Fransa teatrı öz islahat və meylləri ilə prosesə xüsusi təsir göstərdi. Andre Antuanın “Azad teatr”ı 1880-ci illərin teatr həyatına həvəskar dərnəklərdən mübariz şüarlarla atıldı. Onlar Komedii Fransezin ənənəvi şərtlərindən imtina edərək “Azad teatr” yaratdılar. Bu teatr elan etdi ki, onlar gənc dramaturqların, həmçinin Parisin başqa teatrlarının rədd etdiyi məşhur dramaturqların pyeslərini oynamağa hazırdır. Elə ikinci tamaşada Antuanın teatrında Parisin ədəbiyyat və teatr dünyasının adamlarını görmək olardı. Yarandığı gündən teatra kübar təbəqədən başqa adi tamaşaçılar, hətta kəndlilər tamaşa etməyə gəlirdi. Azad teatrın əməkdaşları teatr sənətini müşahidələr və təcrübələr əsasında qurmağa meyllənirdilər, onlar bu sənətin «sirli», yalnız «ziyalıların» əli çatan təsəvvürlərini dağıtmağa çalışırdılar. Onlar rəsmi təsdiq olunmuş əxlaq kodekslərini saf çürük edirdilər. Məsələn Tolstoyun «Zülmətin hökmü» əsərinin tamaşası Paris ədəbi dairələrini heyrətdə qoymuşdu. Bunu sadəlik və həqiqilik uğrunda çalışma da adlandırmaq olardı.


Ardı →

Klassisizm

Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.

Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.


Ardı →

Şimali Amerika xalqlarının mədəniyyəti

Amerika mədəniyyəti haqqında ilkin təsəvvürlər adətən müasir mədəni nailiyyətlərlə əlaqədar olsa da bu ölkənin qədim və orta əsrlərini əhatə edən bir sivilizasiya mövcud olmuşdur.
28-30 min il əvvəl ilk dəfə olaraq müasir tipli insanlar Alyaska və Çukotka arasındakı Beringiya adlanan quru körpüdə məskunlaşmışlar. Məhz bu dövrdən Amerika mədəniyyətinin tarixi başlayır.
Müasir elm hesab edir ki, bu qitənin ilk sakinləri genetik cəhətlərinə görə protomonqoloid, yaxud protoasiya qrupuna mənsub olmuş Altay, finuqor, Tibet xalqlarına daha yaxındırlar. Özünün təsdiqini tapmış bu fikirlər linqvistik və antropoloji əlamətlərə əsaslandırılmaqdadır.
Avropalılar tərəfindən Amerika qitəsinin kəşfi və işğalı digər çoxsaylı xalqların həmin ərazidə məskunlaşması ilə nəticələndi. Bunların ümumi sayı təxminən 15-20 milyona bərabər idi. İlk dəniz səyyahlarının səhvən Hindistan torpağı kimi başa düşdükləri bu qitənin sakinləri XVI əsrdən «hindular» adlandırılmağa başladı.


Ardı →

Vyetnam mədəniyyəti

Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır. Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqalarıdır.
Vyetnam haqqında əksər təsəvvürlər eramızdan əvvəl 2000-ci ilə təsadüf edir. Qədim əfsanəyə görə ölkənin hökmdarı əcdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar. Əcdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əcdaha ata ilə düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar bir anadan olan qardaşların əcdadlarıdır.
Arxeoloji qazıntılar bir daha göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır. XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir.


Ardı →