Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Sosial beyinə doğru

Son illər oxuduğum yaddaqalan kitablardan biri Dieter F. Braus-un “Beyinə bir baxış” (“EinBlick ins Gehirn”) əsəridir. Dili elmi-populyar ədəbiyyata yaxın olduğuna görə kitab çox rahat oxunur. Əhatə etdiyi mövzuların kifayət qədər zəngin və əhəmiyyətli olduğunu düşündüyüm üçün kitabdan seçdiyim hissələrin tərcüməsini oxucularla bölüşmək qərarına gəldim. ( Orxan Zamanlı )

Davamı →

Din və mədəniyyət

Sizin əvvəlki siniflərdən dinlər və onların mədəniyyətlərdə öz əksini tapan mərasimləri barədə məlumatınız var. Bilirsiniz ki, dinlərin ortaq və oxşar cəhətləri vardır. Dini dəyərlər əxlaqımızda və mədəniyyətimizdə öz izini qoyur. Bütün dinlərin ortaq cəhəti insanları əxlaqlı və dürüst olmağa səsləməkdir. Bu cəhətlər mədəniyyətlərin formalaşmasında və mədəniyyətlərarası münasibətlərin yaranmasında mühüm rol oynamışdır.

Davamı →

Möminə Xatun türbəsi

Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq…
Möminə Xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinin tərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir.
Davamı →

Şərqi sevdirən kitab

«Min bir gecə” nağılları bütün dövrlərin və xalqların ən yaxşı kitabları siyahısına düşən kitabdır. Onun süjetləri əsasında dəfələrlə müxtəlif pyeslər, baletlər, konofilmlər, cizgi filmləri və eləcə də tamaşalar  hazırlanıb. Ordakı nağıllardan heç olmasa bir neçəsini hər bir insan bilir. Şəhrizadın tarixşçəsi isə, ümuməyyətlə, hamıya məlumdur. Bu nağıllar toplusu ətrafına həmişə müəyyən söz-söhbətlər olsa da, XXI əsrdə artıq mübahisələr də yarandı. Məşhur alman şərqşünası Klaudiya Ott belə bir bəyanatla çıxış etdi ki, guya bizim bildiyimiz formada olan  „Min bir gecə” nağılları falsifikasiyadan (saxtalaşdırma) başqa bir şey deyil.

Davamı →

Əsərlərində Qarabağ həsrəti duyulan rəssam

Qarabağ hər bir azərbaycanlının həsrəti olduğu kimi, incəsənət xadimlərinin, xüsusilə  də rəssamların yaradıcılıqlarında yan keçə bilmədiyi mövzulardan biridir. Bu baxımdan rəssam Səyyar Əliyevin yaradıcılığını xüsusilə qeyd etmək olar. Biz onun müxtəlif təsvirləri vasitəsilə hətta bəzilərimizin görmədiyi Qarabağa qiyabi səyahət edə bilirik  desək, yanılmarıq. 17 mart 1949-cu ildə Ağcabədi rayonunun Xocavənd kəndində dünyaya göz açmış rəssam orta məktəb təhsilini Şuşa və Ağcabədidə almış, hələ kiçik yaşlarından rəssamlığa xüsusi marağı olmuşdur.

Davamı →

Teatr rəssamlığımızda zərif imza

Azərbaycan teatr rəssamlığı zəngin tarixə malikdir. İki yaradıcı istiqaməti özündə cəm edən sənətin bu sahəsi teatr tariximizin maraqlı səhifəsi hesab olunur.  Milli teatr rəssamlığı sənətimizin təməl daşlarını Əli bəy Hüseynzadə, Əzim Əzimzadə, Bəhruz Kəngərli qoymuşlar. Ə.Hüseynzadə 1908-ci ildə dahi Üzeyir Hacıbəylinin ilk operamız olan “Leyli və Məcnun”u səhnəyə qoyularkən onun bədii tərtibatını hazırlamışdı.
Tarixə nəzər salanda milli teatr rəssamlarımızla yanaşı, rus teatr rəssamlarının da adına rast gəlirik. Q.Yakulov, P.Uzunov, V.İvanov və başqaları.

Davamı →

Yaradıcı ömrün solmaz rəngləri

Yaratdığı əsərlərlə təsviri sənət xəzinəmizin zənginləşməsinə töhfələr verən görkəmli fırça ustalarımızdan biri də Əməkdar incəsənət xadimi Lətif Feyzullayev olub. Sənətkarın əsərləri dünyanın tanınmış muzey və şəxsi kolleksiyalarının daimi eksponatına çevrilib.
Lətif Mirəbdülbaqi oğlu Feyzullayev 13 oktyabr 1918-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən çağlardan təsviri sənətə maraq göstərib. Orta məktəbi başa vurduqdan sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna qəbul olunur. Texnikumu başa vurduqdan sonra təhsilini Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsində davam etdirir. Bu məşhur təhsil ocağında təsviri sənət ustaları Moçalski, Pokarjevski və Qrabardan rəssamlığın sirlərini öyrənir. Hələ tələbə ikən yaratdığı “Qaçaq Nəbi” və “Qatır Məmməd” kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edir.

Davamı →

Gerçəkliyə romantik baxış

Azərbaycan təsviri sənətinin müstəqilliyimizi əhatə edən inkişaf mərhələsinin  yeni adlarla zənginləşməsi danılmazdır. Bu yaradıcıların mövzu, üslub və ifadə axtarışlarında həm illərlə formalaşan bədii ənənələri qorumağa çalışanlar da var, az qala kanon şəklini almış müxtəlif bədii cərəyanlara fərqli-özünəməxsus münasibət göstərənlər də… Tanınmış fırça ustası Namidar Əliyev onların arasında ənənəyə sadiqliyi ilə seçilir...
Rəssamın bir qərinəni əhatə edən yaradıcılığı ilə tanışlıq göstərir ki, onun bir rəngkar kimi sərgilədiyi bu sadiqlik heç də olub-keçənlərin «soyuq-quru” təkrarı olmayıb, daha etibarlı hesab etdiyi realist-gerçəkçi bədii bünövrənin üzərində özünəməxsusluğu danılmaz olan  estetik keyfiyyətlər nümayiş etdirməkdən ibarətdir.

Davamı →

Şəhərləri bəzəyən abidələr

Azərbaycan musiqisinin şöhrətini dünyaya yayan dahi bəstəkar Üzeyir Hacıbəylinin surəti incəsənətin bütün sahələrində əbədiləşmişdir. Bəstəkara neçə-neçə bədii nümunələr, rəsm əsərləri, onun həyat və yaradıcılığını əks etdirən bədii və sənədli filmlər həsr edilmişdir. Respublikamızda neçə-neçə elm, təhsil, mədəniyyət ocağına onun adı verilmişdir.
«Üzeyir Hacıbəylinin obrazı heykəltəraşlıqda» mövzusu da maraq doğuran, diqqətçəkən mövzudur. Bu yazıda dahi musiqiçinin daşlarda əbədiləşən obrazından söz açacağıq.

Davamı →

El sənəti – el şöhrəti

Baş Qafqaz silsiləsinin cənub ətəklərində yerləşən Şəkinin əsrarəngiz təbiəti və təbii xammal mənbələri ilə zənginliyi burada sənətkarlığın müxtəlif sahələrinin inkişaf etməsini şərtləndirmişdir. Elə bu zənginlik Azərbaycanın dilbər guşələrindən olan Şəkidə lap əski dövrlərdən çoxsaylı sənət növlərinin, o cümlədən silahsazlıq, misgərlik, zərgərlik, dulusçuluq, şəbəkəçilik,  təkəlduz, ipəkçilik və onun kəlağayı kimi növlərinin yaranmasına və inkişafına şərait yaratmışdır. Zamanın axarında yerli sənətkarlar tərəfindən bu özünəməxsus el sənəti növlərinin, sözün əsl mənasında, el şöhrətinə çevrilməsi və dünyanın müxtəlif guşələrinə yayılması da burada ərsəyə gətirilən məmulatların yüksək bədii-estetik dəyərə malik olduğunu təsdiqləyir. Buradakı müxtəlif sənətkarlıq sahələrinin ibtidaidən aliyə doğru baş tutan təşəkkülü tədricən  onların hər birinin Azərbaycanın başqa bölgələrindən fərqli kompozisiya biçiminə, naxış örtüyünə və rənglərinə görə seçilməsinə və "Şəki məktəbi” kimi tanınmasını şərtləndirmişdir...

Davamı →