Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Kukla sənəti - Qaragöz kuklam

2500 ildən artıq yaşı olduğu deyilən kukla sənəti lap qədimdən mədəni irs nümunəsi kimi sənət növləri arasında məxsusi yer tutmaqdadır. Zamanın ələyindən ələnərək müəyyən dövrlərdə kukla sənəti ayin, oyun və daha sonra teatr alətinə, müasir dövrdə isə həm də bədii sənət əsərinə çevrilib.
...Atası ona kukla alanda gözlərinin qara olmasından çox təəccüblənən Solmaz xanım gəlinciklərin gözlərini qara qələmlə rəngləyər, istədiyi kimi alınmayanda isə “böyüyəndə özüm kukla düzəldəcəyəm” deyərdi. Kiçik qızın arzuları hələ uşaqlıqdan onun gələcəkdə yiyələnəcəyi peşəsinin qığılcımlarının işartısı idi.

Davamı →

İncəsənət - Keçmişdə və indi

İber rəssamlarının sərgisi, məyusluq doğuracağı ehtimal olunmasına baxmayaraq, əgər onlar müntəzəm surətdə təşkil edilsə, incəsənətimiz üçün son dərəcə mühüm qaydaya çevrilə bilər. Doğrudan da, mənə elə gəlir ki, gənclərin əsərlərini məzmunca dolğunlaşdıran kamil rəssamların sənətini nəzərə almasaq, indiki sərgi istedad və üslub sarıdan yoxsuldur. Lakin məhz elə ilk məhsulun azlığı yeni əsərlərin ekspozisiyalarının sistematik olaraq yeniləşməsini zəruri edir. Son zamanlara qədər “cəfəng” təsviri incəsənətin qisməti qapanmış dairədə yaradıcılıq axtarışları idi. Cəmiyyətdə tanınmamış yalqız rəssamların qarşısını ənənəvi incəsənət massivi kəsmişdi. Bugünkü sərgi onları birləşdirdi, artıq onlar öz işlərində uğur qazanacaqlarına böyük əminlik hiss edə bilərlər; bununla yanaşı onlardan hər biri bu bütünlüyün müqabilində öz baxışları ilə başqalarının təsəvvürünə, anlayışına müqavimət göstərir, ona görə də onlar öz incəsənətlərində ümumi yer tutacaqlarından şiddətli qorxu hiss edirlər və rəssamlıq təsərrüfatındakı alətlərini təkmilləşdirməyə can atırlar. O ki qaldı publikaya, vaxt keçdikcə o, yeni incəsənət fenomeninə uyğunlaşa biləcək və bunun sayəsində yaradıcılığın bulunduğu vəziyyətin dramatikliyini anlayacaq.

Davamı →

Bizdə niyə modern sənət yoxdur?

Bizdə həqiqi modern sənət görmək nadir hadisədir. Modern sənətlə məşğul olanlar çoxdur təbii ki, nə qədər desən, fotoqraf, rəssam, yazıçı və ya rejissor var, amma əksəriyyətinin işlərinə həvəskarlıq, hay-küyçülük, psevdoçuluq, duyğu istismarçılığı və sair hakimdir, sənətkarlıqdan isə əsər-əlamət yoxdur.
Azərbaycan 30 ilə yaxındır müstəqil dövlətdir, az deyil, 10 milyondan çox əhalisi var, amma bu müddət ərzində modern sənətkarlıq sahələrinin formalaşması bir tərəfə, ümumiyyətlə, adam arasına çıxarılası nümunələrin sayı da barmaqla sayılacaq qədər az olub. Sənətkarlığa dövlət dəstəyi əks effekt verir. Ayrılan pulların böyük qismi korrupsiya nəticəsində ciblərə axır. Beləcə, dövlətin dəstək verdiyi sənətkarların yaratdıqlarının bir qara qəpiklik dəyəri qalmır. Əksər vaxt tək-tük yaxşı sənət nümunələri dövlət dəstəyi almayan, fərdi təşəbbüslə ortaya çıxarılanlardır, amma onların da sayı o qədər azdır ki, gözə görünmədən, ümumi axında itib batırlar.

Davamı →

İnsan qüruru, gələcəyə inam - Vidadi Nərimanbəyov

Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov: «Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir».

Davamı →

İran pişiklərindən heç kimin xəbəri yoxdur - Qərbdən qansız təcavüz

Bir zamanlar böyük müsəlman imperiyaları qərbə yönəlmiş istila yürüşlərini müqəddəs kitabın dünyadakı yeganəliyi motivilə əsaslandırırdılar. Şərqin mədəniyyətilə eyniləşmiş dini Qərbi udmalı, onu qərib ruhunda əridib Şərqin əkiz qardaşına çevirməli idi. Çox keçməmiş eyni səhvi mütləqlik azarına tutulmuş Qərb imperiyaları da səlib yürüşlərilə təkrarlayıb Qüdsə uzanan qızmar yollarda krallarını müqəddəs bildikləri amallarına qurban verdilər.

Davamı →

Norveç nəsri - Avropa modernizmi - Daq Sulstad

Görkəmli Norveç yazıçısı Daq Sulstad  “66-cı qrup”un mərkəzi fiqurlarından biridir. Sənədli eksperimental nəsrin estetikası istiqamətində yazdığı bir sıra realist əsərlər ona  öz vətənində, eləcə də Avropada xüsusi populyarlıq gətirdi.
Həmin dövrdə modernizm estetikasından qətiyyətlə uzaqlaşan Daq və onun “66-cı qrup”dan olan dostları real həqiqətləri bədii ümumiləşmələrlə əks etdirməyə başladılar. Daq Sulstadın yazdığı “Norveç nəsri — Avropa modernizmi” məqaləsi  “Profil qrupu”nun  proqram sənədi kimi qəbul edildi. Məqalədə Norveç ədəbiyyatının yeniləşdirilməsi və “burjua” romanının tənqidi ideyası demək olar ki, tam əksini tapmışdı.

Davamı →

Xromofobiya

Klod Mone
Rəng qorxusu mənasını verən bu ifadə Yunan dilindəki iki sözün yoldaşlığından törəyib; Xromos və Fobos. Rəng və qorxu. Hələ Antik zamanlarda bəzi insanların rənglərə həssaslığı dövrün intellektuallarını xeyli düşündürmüşdü. Bəşəriyyətin “leqo” fiqurları kimi rəngarəng uşaqlıq keçdiyi Antik aləmdə Aristotel rəngləri parlaqlığına görə sinifləndirmiş, Homer məşhur dastanlarında rənglərdəki poetikliyin sıxıb suyunu çıxarmışdı. “Bürünc səma”, “Şərbab kimi qaranlıq dəniz” və s. ifadələr hələ o zamanlarda rəng və poetik tərəfəkkürün incə və ehtiyatlı tellərlə düyünlənməsindən xəbər verir.

Davamı →

Azərbaycanlıların, ermənilərin, yəhudilərin birgə yaşadığı həyət

Bu da «Ağdamda nəyim qaldı» romanımda nəyi var, necə var təsvir elədiyim həyət — Dəyirman həyəti. Yeddi yaşdan on yeddiyədək yaşadığım məhəllə. Əslində, həyət yoxdur, ondan qalan kol-kos basmış xarabalıq, hər mənzildən bir-iki divar fraqmenti. Əgər müəllimlər evinin qalıqları olmasaydı, yaşadığım evin yerini belə tapmazdım.
İndi görürəm, deyəsən müəllimlər evinə bitişik divarın rəngi də tanışdır. Nənəmin hər öskürəndə qıravat dediyi cır-cır cırıldayan yaylı çarpayısı bu divarın dibində idi.
Davamı →

Teatr rəssamlığında zəngin irs qoymuş sənətkar

Xalq rəssamı Bədurə Əfqanlı (1912–2002) Azərbaycan təsviri sənətində, xüsusilə teatr rəssamlığında zəngin irs qoymuş sənətkardır. Onun adı eyni zamanda ilk azərbaycanlı qadın teatr rəssamı kimi incəsənət tariximizdə yaşayır.
Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 1912-ci ilin 25 oktyabrında Bakı şəhərində anadan olub. Atası Məlik Ağamalov dövrün geniş dünyagörüşlü və tanınmış ziyalılarından biri olub. Övladlarına kiçik yaşlarından ədəbiyyata və incəsənətə məhəbbət aşılayıb.

Davamı →

Ağacoymanın möcüzələri

Sənət aləmində bədii proseslərin duyulası dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar bədii qaynaq tapılır ki, özünün ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına sala bilir. Yaradıcılığı əsasən son qırx ili  əhatə edən Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) təxəyyülünün nəticəsi olan ağacoyma işləri məhz belə sənət nümunələrindəndir. Özündə ağacoyma ilə xəttatlığı birləşdirən bu nümunələr zaman çərçivəsinə sığışmayan və məşhur “El sənəti el şöhrətidir” deyimini təsdiqləyən sənət möcüzələridir, desək, yanılmarıq.

Davamı →