Рейтинг
+47.82

Kulturologiya (mədəniyyətşünaslıq)

51 üzv, 231 topik

Psixoloji yaşantılar

Çox-çox qədimlərdən Misirdə, Yunanıstan və Romada, Amerikada və Uzaq Şərqdə, o cümlədən də, Avropadageniş yayılmış qobelenin-şpalerin Azərbaycanda yalnız XX əsrdə peyda olması daha çox yerli əhalinin ona o qədər də mənəvi-bədii ehtiyacı olmamağından irəli gəlmişdi. Başqa sözlə desək, dünyanı, o cümlədən də, adları çəkilən uzaq-yaxın məmləkətlərin bazarlarını fəth edən xalça-palazlar hazırlamağa qadir olan xalq daha çox məşhur rəssamların tablolarının toxuculuq nümunəsi variantını ərsəyə gətirməklə məşğul olan qobelen estetikasını özünə yaxın buraxmamışdı. İyirmi yüzilliyin ikinci yarısında ölkəmizdəki orta və ali təhsil ocaqlarında toxuculuğun bizlərə qeyri-ənənəvi görünən növlərinin tədrisindən sonra bədii məkanda qobelenlər görünməyə başladı. Ötən əsrin yetmişinci illərində Azərbaycan sərgilərində görünməyə başlayan qobelenə maraq göstərən və bu sahədə fərdi yaradıcılıq potensialını sınaqdan keçirən gənclərdən biri də Adil Şıxəliyev idi.

Davamı →

Sadəliyin düşündürücü görüntüləri

Üslub və ifadə zənginliyi ilə diqqət çəkən müasir təsviri sənətimizdə çoxlarına tükənmiş kimi görünən realist-gerçəkçi cərəyanın bədii şərh «boxçası”na özünəməxsusluq qatmaqla, onun estetik xəritəsini duyulası dərəcədə genişləndirən az-az rəssamlardan biri də Məhəmməd Orucovdur. Onun bir-birindən kifayət qədər fərqli janrlarda yaratdığı əsərlərdə qabarıq görünən, amma ruhən yaxın olan bədii şərhlərin mövcudluğu qarşılığında, həyata bu cür yanaşmanın mayasında realizmin ifadə genişliyinin qərar tutmasına şahidlik edə bilərik…

Davamı →

Əsrlərin yadigarları Əfsanələr paytaxtında

XX əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü — dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Lakin muzeylərin əlavə status almaları və yenilərinin yaradılması prosesi də dayanmayıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyət göstərib. Tarix-diyarşünaslıq muzeyləri isə xüsusilə böyük əhəmiyyət kəsb edib.

Davamı →

Şuşa rayonu

Şuşa rayonu — Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 290 km2, əhalisi 29 700 nəfərdir (01.01.2011). Mərkəzi Şuşa şəhəridir. Rayon 8 may 1992-ci il tarixindən erməni işğalı altındadır.
Rayona Şuşa şəhəri, Turşsu qəsəbəsi və Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçular, Xəlfəli, Armudlu, Dükanlar, Həsənabad, Qarabulaq, Ağbulaq, Zamanpəyəsi, Şuşulu, Mirzələr, Qaybalı, Laçınlar, Şırlan, Çaykənd, Paşalar, Məmişlər, Xanalı, İmamqulular, Cəmillər, Səfixanlar, Xanlıqpəyə, Allahqulular, Həsənqulular, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Göytala, Onverest, Zarıslı, Nəbilər, Sarıbaba, Daşaltı, Nağılar, Xudaverdilər, İmanlar, Turabxan kəndləri daxildir.

Davamı →

Qarabağ – mədəniyyətimizin beşiyi

Vaxtilə «muzeylər şəhəri» adlandırılan Şuşa özü də səma altında nəqş olunmuş nəhəng bir muzey idi. Bu qədim şəhərin zəngin abidələri, memarlıq kompleksləri Şuşaya bir özgə gözəllik verirdi. Bu analoqu olmayan muzeyin eksponatlarını saydıqca bitməz. Bu abidələr Şuşaya ikinci bir həyat gətirmişdi. Xan qızı Natəvanın, Zöhrabbəyovların, Mehmandarovların, Hacıqulların malikanələri, müxtəlif məbədlər, bu sırada əzəmətlə dayanan Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Yusifcanlı, Hacı Mərcanlı, Dəmirçi, Mamayı məscidləri, Mir Möhsün Nəvvabın evi, hamamlar, bulaqlar, karvansaralar, qala divarlarıE Şuşanı məşhurlaşdıran onun memarlıq nümunələri idi. Şəhərin ərazisi abidələrlə çox zəngin idi.

Davamı →

Yaradıcılıq, yoxsa yozuculuq?

Bu sətirlərin müəllifi həmişə belə fikirləşmişdir ki, yaradıcılıq yozuculuqdan [şərhçilikdən, interpretatorluqdan] üstündür. Bu, təxminən o deməkdir ki, yazıçılıq ədəbi tənqidçilikdən, rejissorluq kinoşünaslıqdan, alim müəllimdən ötədir. Alman payızının tutqun, ancaq gözəl bir günündə mən bu səhvimi, haçansa xəbərim olmadan həqiqət kimi öyrəndiyim bu klişeni, bir gözqırpımında gördüm. O anda başa düşdüm ki, indi Azərbaycan kulturasına böyük yaradıcılardan qabaq böyük yozucular [şərhçilər] gərəkdir. Axı ta qədimlərdə də birbaşa yaradıcılıqla yox, yamsılayıcılıqla [təqlidlə] işə başlayardılar; məbədlərdə yetişən bilicilər qabaqca özlərindən qabaqkıları şərh edər, ancaq bundan sonra yaradıcılığa girişərdilər. Yaradıcılıq haqqı hamıya yox, ancaq şərhçiliyini sübut edənlərə verilərdi. Sonrakı inkarçılar da elə o şərhçilərin içindən çıxardı. Bu ənənə sonralar elmə keçdi. Elmdə də böyük, hətta inqilabi elmi kəşflər etməzdən qabaq, özündən qabaqkıları xülasə və şərh edib, alimlik dərəcəsi alırsan. “Məktəb [yolu] keçmək” budur.

Davamı →

Minnətdarlıq abidəsi

1941-1945-ci illər müharibəsi dünya tarixinin ən qanlı savaşı idi. Hitlerçilər ildırımsürətli «Barbarossa” planına görə cəmi 3 ay ərzində SSRİ-nin Avropa hissəsini tam tutmalı idi. Plan alınsaydı, tərəqqipərvər bəşəriyyət addım-addım faşizmin dəhşətli caynaqlarının əsarətinə düşəcəkdi. On minlərlə adam yalnız milli mənsubiyyətinə görə ölümə məhkum ediləcəkdi.
Aradan uzun illər keçəndən sonra bəzi məsələlərə baxış bucaqları dəyişir. Bu, təbiidir. Yeni rəylər, iddialar formalaşır. Bunu Hitler Almaniyasının SSRİ-yə hücumuna, faşizm üzərində qazanılmış qələbəyə, hətta Böyük Vətən müharibəsi adına münasibətdə də görürük. Kimin necə düşünməsindən asılı olmayaraq bu müharibə bəşəriyyətin aydın gələcəyini zülmətə boyamaq istəyindən irəli gəlmişdi. Sonda aydınlıq zülmətə, işıq qaranlığa qalib gəldi. Və bu qələbə həm də yüz minlərlə Azərbaycan övladının canı-qanı hesabına əldə edildi.

Davamı →

Azərbaycanda teatr memarlığı

XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin strukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirləşirik. Alimlər sübut edirlər ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə binanın texniki imkanları mühüm yer tutur. Teatr binasının arxitekturası müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir.

Davamı →

Hicran düşdü aralığa Ziyadxan Əliyev

Yaşasaydı bu il 70 yaşı tamam olacaqdı, amma 8 il əvvəl bu «günahlı dünya”ya əlvida dedi. İşıqlı əməlləri ilə qazandığı axirəti nə qədər özünə rahatlıq gətirsə də, yoxluğu ilə onu tanıyan dostlarına, əsərlərinə rəğbət bəsləyən sənət xiridarlarına əbədi „hicran”ın acısını yaşatdı. Aralığa düşən bu “hicran”ın işığında onun sənət dünyası ilə tanışlığımız doğrudan da onun bənzərsiz yaradıcı təfəkkürə malik olduğunu və elə bu səbəbdən də xatırlanmalı olduğunu sərgilədi. Bununla belə etiraf edək ki, istedadlı fırça ustasının yaradıcılığına indiki müraciətimizin kökündə rəssamın ömür-gün yoldaşı Xalidə Hicranın onun barəsində hazırladığı „Sənətin sənətkarı” kitabının işıq üzü görməsi durur. Söhbət heç bir fəxri ad daşıyıcısı olmasa da, çoxşaxəli və özünəməxsus  yaradıcılığı ilə Azərbaycan incəsənətində özünəməxsus iz qoymuş Hicran Şəmil oğlu Seyidovdan (1950-2012) gedir...

Davamı →

Bədii ümumiləşdirmələrin fəlsəfi yükü

Çağdaş Azərbaycan təsviri sənətinin mənəvi yükünü şərəflə daşıyan fırça ustalarından biri Əməkdar rəssam, professor Fikrət Haşımovdur. Özünəməxsus dünyagörüşü və dəst-xətti ilə seçilən rəssamın sənətə gəlişi ötən əsrin yetmişinci illərinə təsadüf edib. Azərbaycan təsviri sənətinin duyulası yüksəlişdə olduğu həmin dövrdə hər bir sənətkar, xüsusilə də gənclər üçün yaradıcı “mən”ini təsdiqləmək və həmkarlarının arasında mövqeyini möhkəmlətmək çox müşkül məsələ idi. Buna baxmayaraq rəssamlığın bədii-texniki sirlərinə əvvəlcə Bakıdakı məşhur “Əzimzadə məktəbi”ndə, daha sonra isə Sankt-Peterburqdakı İ.Y.Repin adına Rəssamlıq Akademiyasında yiyələnən Fikrət Haşımov onu uzaq Şahbuzdan respublikanın paytaxtına gətirən arzularını gerçəkləşdirməkdə israrlı idi.

Davamı →