“Allah” sözündəki möcüzə

İordaniyanın “Yermuk” Universitetində Ərəb Dili və Ədəbiyyatı fakultəsi magistırı İspanyalı bir gənc qız "Allah" sözü üzərindən apardığı tədqiqatda heyrətamiz nəticəyə gəldi. İspanyalı qız "Allah" sözünün möcüzə olduğunu bildirdi.
Helen İspanyalı bir Xristian olsa da təmiz Ərəb dilində danışır. O belə deyir: "Ərəb dilində oxuduğum ən gözəl söz “Allah”dır". Bu sözdə heyrətamiz bir nəğmə var. Çünki bu sözdəki hərflərin düzülüşü digərlərindən çox fərqlənir. Tələffüzü dodaqdan deyil, qarın nahiyyəsindən gələrək bütün bədəni titrədir".
O sözlərinə belə davam edir: "“Allah” sözü Yaradanın isminin möcüzələrindən biridir. Bu sözün hərfləri nə qədər azaldılsa da, heç bir dəyişikliyə məruz qalmadan olduğu kimi qalır. Bilindiyi kimi "Allah" sözünün son hərfi dammə hərəkəsi ilə formalaşır (Allahu/ اللهُ)".
Xristian tələbə sözünü belə tamamladı: "Əgər ilk hərfi, yəni “əlif” hərfini götürsək, “lilləhi” olur. Eynilə bu ayədəki kimi: “və lilləhi-l əsmaul hüsna fəd'uhu bihə / 'ولله الأسماء الحسنى فادعوه بها'' (Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. “Əraf” surəsi, 180).
İlk “əlif” və “lam” hərflərini silsək, “ləhi” qalır. Quranın bu ayəsində Allah “ləhi” sözü ilə özünə işarə etməkdədir: “ləhi mə fis-səmavati vəl-ard / 'له ما في السموات والأرض'' (Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər. “Nisa” surəsi, 132). “Əlif”lə birlikdə ilk və ikinci “lam”ı götürəndə dammə hərəkəli “hə” hərfi qalır. Buna baxmayaraq söz hələ də Ona işarə edir. Bu ayədə olduğu kimi: ‘hu-vəlləzi lə iləhə illə hu / 'هو الذي لا اله إلا هو'' (O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. “Həşr” surəsi, 22)". Bu Yaradanın ucalığının dəlillərindən biridir. Çünki bu sözlər ərəb olmayan və xristiana məxsusdur.

TimeTurk
 

0 şərh