Feofan Qrek (1340-1410)

Feofan Qrek (1340-1410) – Bizansda və qədim Rus dövlətində işləmiş ikonaçı rəssam. Konstantinopol, Qalata, Xalkedon və Kafada (indiki Feodosiya, Krım) bir sıra kilsənin divar rəsmləri ona məxsusdur. Rusiyadakı işləri Novqoroddakı Spas-Preobrajeniye kilsəsi (1378), Moskva Kremlindəki Arxangel (1399, Semyon Çyornı ilə birgə), Blaqoveşşenie (1405, Andrey Rublyov və Qorodetsli Ptoxor ilə birgə) baş kilsənin divar rəsmləri və s. Blaqoveşşenie baş kilsəsindəki Spas, Müqəddəs Məryəm, Arxangel Qavriil, Apostol Pavel, İoann Zlatoust və s. ikonalar Feofan Qrekə aid edilir.

0 şərh