Turizm Mədəniyyətin Təzahüru Kimi

Turizm mədəniyyətin ayrılmaz təzahür forması olub, fəal istirahətin ən əlverişli və səmərəli keçirilməsində yeni forma və metodlar seçir. İnsanların fiziki cəhətdən kamil və hərtərəfli inkişafında, mədəni asudə vaxtının mənalı təşkilində ən effektli vasitə kimi turizm, mədəniyyətlə qarşılıqlı əlaqədə olmuşdur.
Turizmin ilk tarixin əsas istiqamətlərindən biri, təhsil məqsədi ilə edilən səyahətlər olmuşdur ki, turistlər öz səyahətləri zamanı görkəmli adamlarla, tarixi mədəniyyət abidələri, qədim şəhərlər, incəsənət əsərləri ilə tanış olurlar.

Turistlər öz mədəni asudə vaxtının təşkilində turizmdən əsas vasitə kimi faydalanırlar.Turizm insanın sağlamlığını möhkəmləndirir, iş qabiliyyətini dünyagörüşunu genişləndirir.Öz vətənini torpağını daha da yaxından milli turizm vasitəsi ilə tanımağa və sevməyə xidmət edir.Turizm mədəniyyətin təzahüru kimi, asudə vaxtın təşkili forması olub mədəniyyətin öyrənilməsində, təbiətlə yaxınlıq tarixin və müasir dövrun kulturoloji cəhətdən dərk edilməsində əsas vasitədir.Belə demək olar ki, mədəniyyətin tədqiqat vasitələrində biri turizmdir.Turizmə mədəniyyət konteksində yanaşdıqda o, asudə vaxt şəraitində sosial-mədəni fəaliyyətin bir növu kimi baxılır ki,o, da özundə tərbiyəvi əhəmiyyəti təzahür etdirir.Turizmin tərbiyəvi əhəmiyyəti səyahət və ekskursiyalar zamanı kütlələrin sosial-mədəni fəaliyyətin təşkilinin pedaqoji proqramın bir sıra prinsipial funkisayalarından asılıdır.

Asudə vaxtın səmərəli istifadə olunnası turizmin üzərinə düşən ən başlıca vəzifədir.Turistlərin mənəvi cəhətdən qidalandırılmasında və onların mənən zənginləşdirilməsində tuizmin vəzifəsi əvəzedilməzdir. Asudə vaxtın səmərəli keçirilməsində turizmin əhəmiyyəti böyükdur. Cəmiyyətimizdə baş verən mənfi hallar və qeyri-hüquqi xarakterli hərəkətlər və s. qarşısını turizm vasitəsi ilə almaq olar.

Bu gün Azərbaycanda turizm ,o cümlədən beynəlxalq turizm sahəsi diqqət mərkəzindədir. Turizm insan kütləsini özündə birləşdirən bir sahə olduğu üçün burada insanların mədəni ünsiyyətinin və onların maarifləndirilməsinin də böyük ictimai-siyasi və kulturoloji əhəmiyyəti vardır.Turizm təkcə insanların səyahatlərinin təşkilinə onların mənəvi həzzinə xidmət etmir, eyni zamanda turizm insanların müxtəlif bilgilərlə maarifləndirmək, onların dünyagörüşlərini inkişaf etdirmək funksiyalarını yerinə yetirir . Bu gün turizmin təşkili prosesini kulturoloji proseslərdən ayrı təsəvvür etmək düzgün deyildir.

Azərbaycanın turizm profilli ölkəyə çevirməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri , qədim tarixi və memarlıq abidələri özünəməxsus mentaliteti əlverişli ictimai coğrafi mövqeyi, tuzimin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu halda bizi belə bir sual düşündürə bilər. Bu qədər təbii sərvətləri olan ölkəni inkişaf etmiş turizm ölkəsinə çevirmək üçün nə çatmır?

İlk öncə Azərbaycanın bu sahədə düzgün siyasəti , strategiyası olmalıdır.Məlumdur ki , turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Turizm cəmiyyətdə gedən polyarizasiya-qütbləşmə və təbəqələşmə prosesinin də qarşısını alır. Bu sahə milli gəlirin əhali arasında bərabər bölünməsinədə müəyyən şərait yaradır.

Turizm fəaliyyəti ilə məşğul olan hər bir şəxs turizmin hüquqi bazası ilə BMT və ÜTT-nin sənədləri Milli Qanunlar turizmlə əlqəli sahələrin hüquqi sənədləri ilə yaxından tanış olmalı öz fəaliyyətində onların əməl etməyə borcludur.

Azərbaycanda turizmin təşkili kulturoloji cəhətdən nəzərə alınmalıdır.Mədəni fəaliyyətin təşkilatçısının qarşısnda konkret məqsəd və vəzifələri olmalıdır.Azərbaycanda mədəni fəaliyyətin təşkilatçısı turistlərlə keçirilən mədəni-kütləvi işin əsas sahələrini bilməli və onların tətbiqini böyük peşəkarlıqla bacarmalıdır.

Mədəni-kütləvi işin bir sıra forma və metodlar vardır onlara kütləvi-siyasi iş,mədəni həyat tərzin təbliği , estetik tərbiyə, bədii özfəaliyyətin təşkili, kitabxana işi, kino təchizatı işi təşkili daxildir.Bu forma və metodlardan turizm təşkilində istifadə olunur.Azərbaycanda da mədəni fəaliyyətin təşkilində bu metodların keyfiyyətindən bəhrələnməlidir.

Azərbaycanda turizmin pedaqoji proqramı inkişaf etmiş turizm ölkələrin pedaqoji proqramın təcrübəsində istifadə edərək yenidən daha universal şəkildə işlənməlidir.Turizmin mədəniyyətin inkişafında rolu əvəzedilməzdir.Turizm sayəsində milli mədəniyyətin inkişafına nail oluruq.Turizm milli mədəniyyətin beynəlxalq arenada tanıtdırırıq və o cümlədən dünya mədəniyyəti ilə yaxından tanış oluruq.Turizmin inkişafında tarixi mədəniyyət abidələrin roluda çoxdur.

Dünya təcrübəsində abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biri hesab olunur. Çünki istənilən ölkəyə səyahət edən turist ilk növbədə həmin ölkənin tarixini, yaşayış tərzini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Öz növbəsində hər bir ölkə də qədimliliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanmış olur. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin dünyaya tanıdılmasında vasitə rolu oynayır.

Beləliklə turizmin inkişafı mədəni irs nümunələrin olmadan təsəvvüru mümkun deyldir.
Müəllif;Camal Rzayev ADMİU
 

0 şərh