Sən namaz qılmadın

Peyğəmbərimiz (s.a.v.), bir gün məsciddə səhabələriylə birlikdə oturarkən, adı Hallad olan, yeni öyrənmiş bir bədəvi şəxs içəri girdi. Rüku və səcdəsini tam etmədən bir namaz qıldı.
Sonra Peyğəmbərin (s.a.v) hüzura gələrək salam verdi. Rəsulullah (s.a.v) salamını aldı və.
- Dön namazını təkrar et, buyurdu.
O şəxs dönərək, əvvəlki etdiyi kimi namazını təkrar etdi. RəsulALLAH (s.a.v.),
- Dön təkrar et; çünki sən, namaz qılmadın!, buyurdu.
Bu hal üç dəfə təkrar edincə Hallad (r.a.) :
- Ya Rəsulullah! Səni haqq ilə göndərən ALLAHa and olsun ki, ancaq bu qədər bilirəm, doğrusunu mənə öyrədərsənmi? dedi.
Peyğəmbərimiz (s.a.v.):
- Namaz qılmaq istəyincə gözəlcə dəstəmaz al, qibləyə dön, iftitah təkbirini et, bacara bildiyin qədər Quran (surələrdən) oxu, sonra rükuya gedib lazımı qədər dayan. Sonra başın tamamilə dik olana qədər ayaqda qal, sonra səcdəyə gedib lazımı qədər səcdədə qal, başını qaldırıb hərəkətsiz qalana qədər otur. Bunları bütün namazlarda beləcə etsən namazın tam olar, bundan nəyi azaltsan namazı azaltmış olarsan, buyurdu."


P.S. Bəlkə də sırf hekayəylə bağlı olmasa belə bunları sizinlə bölüşmək istədim:

Şeytanın Peyğəmbərimiz (s.a.v) söhbətində belə bir cümlə də var ki, şeytan deyir:
Ya Peyğəmbər, sənin ümmətindən elə namaz qılanlar olacaq ki, namazda səcdəyə getdikləri zaman toyuq dən yeyən şəkildə (2 dəfə) səcdə edəcəklər..
Yəni tez-tez.. Bunu da bizə şeytan etdirir unutmayın.. ALLAHın bizə verdiyi zamanı elə ALLAH üçün dəyərləndirməyimiz daha düzgün olmazdımı..? Nəinki, namazı tez tez qılıb dünya işlərinə qaçmaq..

0 şərh