Kulturoloq

Kulturologiya - ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir. 

Ən uzaq keçmişdə yaşamış insanlar öz həyat tərzi , məişət və davranış hərəkətləti ilə bağlı olaraq mədəni sərvətlər toplusu qoyub ketmişlər . Bu mədəni sərvətlər bizə mədəni irs şəkilində yazlı qaynaqlardan və tarixi-kulturoloji mənbələrdən gəlib çatmışdır. Həmin mədəni irsin öyrənilməsi, təbliği və gələcək nəsillərə düzgün çatdırmaq  missiyası kulturoloqlar üzərinə düşən vəzifələrdən biridir. 1.Kulturoloqların mühüm vəzifəsi isə ən uzaq keçmişdə yaşamış insanların mədəni həyatını və qloballaşan müasir dövrün sosial-mədəni tendensiya və proseslərini düzgün və hərtərəfli təhlil etməkdir. Kulturoloq ixtisasını şərti  olaraq tədqiqatçı kulturoloq , müəllim kulturoloq, növlərinə ayırmaq olar və bunların üzərinə konkret vəzifələr duşur. 2.Tədqiqatçı-kulturoloq cəmiyyət qarşısında problem qoymağı bacarmaqla bərabər, problemin  düzgün həllinin  effektiv texnologiyaları və yollarını da  tapmalıdır, böhran hallarının aradan qaldırılması  və tərəqqiyə nail olmağa, insan münasibətlərinin  sağlamlaşdırılmasına yardım edən  sosial terapiya metodları təqdim etməlidir. Kulturoloqların vəzifələri sırasında duran  ən başlıça məsələlər aşağıdakılardan ibarətdir: 3. Mədəniyyətin inkişafında  bu və ya digər şəxsiyyət, hadisə, təzahürün əhəmiyyətini düzgün qiymətləndirmək və araşdırmaq. 4. Mədəniyyətin idraki, dəyişdirici, normativ-idarəedici, və digər funksiyalarını  konkret sistemli təhlil etmək. 5. Mədəniyyətin gələcək inkişafını proqnozlaşdırmaq və  qoyulan məqsədlərə nail olmağın yollarını təmin edən  texnologiyaları işləyib hazırlamaq. 6. Mədəniyyətdə varislik prinsipinin  mədəni irsin qeydiyyata alınması və qorunması həmçinin onun öyrənilməsi və təbliği Mədəni dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi:Mədəni maarifləndirmə proqramlarının həyata keçirilməsi ,Mədəni asudə vaxtın təşkili Kulturoloqların əsas vəzifələrində biri də mədəniyyət siyasətin həyata keçirilməsidir. Mədəniyyət siyasəti - millətin mənəvi , iqtisadi  və sosial inkişafının , onun intelektual potensiallının artırılması xalqın mənəvi sağlamlığını və rifahının möhkəmləndirilməsini, habelə milli və klassik mədəniyyət nümunələrin təbliğini və birliyini təmin edən siyasətdir. Mədəniyyət siyasətini həyata keçirməklə, mədəni siyasətə və  dünya mədəniyyətinin inkişaf prosesinə  pozitiv təsir göstərmək olar.Tərəqqipərvər dünya birliyi mənəvi  mədəniyyəti  insan inkişafının universal  özəyi,  mədəniyyət  siyasəti isə - inkişaf və rifahın strateji  siyasəti  kimi nəzərdən keçirir.  Azərbaycanda mədəni siyasəti  həyata keçirən kollegial orqan kimi,  mədəniyyət üzrə Dövlət Şurasını tövsiyə etmək olar. Şura dövlət və qeyri-hökumət təşkilatlarının səriştəli nümayəndələri,  ekspert-kulturoloq, iqtisadiyyatçı və hüquqşünas, təhsil, elm və incəsənət xadimlərindən ibarət olmalıdır.    Respublikamızın  mədəni sisteminin  bütün səviyyələrində,  kulturoloji təhsil və maarifin inkişafı ,  kulturoloji tədqiqat və Xalqın  kulturoloji maariflənməsi bütüb bunlar kulturoloqlar tərəfindən aparılır. Bəzi  həyati tələblər  kulturoloqlar  qarşısında,  davamlı insan inkişafı prosesinin  elmi təminatının zəruriliyi ilə bağlı  mürəkkəb və məsuliyyətli vəzifələr qoyur. Belə vəzifələrdən biri,   inkişaf etmiş xalqlarının milli mədəniyyətlərinin nəzərdən keçirib, tənqidi qiymətləndirilməsi, onların  dünya sivilizasiyası kontekstində  müqayisəli kulturoloji təhlilinin aparılmasıdır. Bu məsələnin həlli milli mədəniyyətlərin  nailiyyətləri, uğursuzluqları və  böhran hadisələrini aşkar edib, obyektiv qiymətləndirməyə,  onların dünya mədəniyyəti inkişafının  tələbləri və tendensiyalarına uyğun  gələcək təkmilləşdirilməsinin yol və metodlarının   müəyyənləşdirilməsinə imkan verir.   Müasir kulturoloq yüksək ümumi və peşə biliklərinə, innovasiyalı təfəkkür, düzgün idarəetmə qərarları çıxarma qabiliyyətinə, insanlarla işlərkən mütəhərrikliyə,  sərt xarakterə  malik olmalıdır. Kulturoloq öz praktik fəaliyyətində bəşəriyyətin tarix boyu  yaratdığı həyat texnologiyaları və nailiyyətləri üzrə bütün biliklərə istinad etməlidir. Tədqiqatçı-kulturoloqla, müəllim kulturoloq  qarşısında ümumi məsələlərlə birgə, xüsusi vəzifələr də durur.  Belə ki, tədqiqatçı-kulturoloq müasir informasiya texnologiyaları və beynəlxalq informasiya  bazasında  istifadə etməklə,  zamanın tələblərinə cavab verən milli mədəniyyətin inkişafının idarəetmə metodlarına əsaslanan  yeni növ sosial-mədəni fəaliyyəti həyata keçirmək qabiliyyətinə malik olmalıdır.  Kulturoloqlarda  bu və ya digər xalqların  mədəni irs, ənənə, inkişaf təcrübəsi və ənənələrinin peşəkar tədqiqini, mədəniyyətlərin müqayisəli təhlilini keçirmək, , dünya mədəniyyətinin inkişaf tendensiyalarını  ekstrapolyasiya etmək  bacarığını  olmalıdır. Bizim  Kulturoloq kimi qarşımızda dünya mədəniyyəti kontekstində Azərbaycan mədəniyyətinin inkişaf vəziyyəti,mədəniyyət sahəsində qanunverici və nəzarətçi siyasət, mədəniyyət abidələrinin mühafizə və  vəziyyəti,  mədəniyyət müəssisələrinin innovasiyalı fəaliyyəti, mədəni  yeniliklərin tətbiq vəziyyəti, mədəniyyətin  dəyişilməsi prosesi, mədəni mübadilə, əməkdaşlıq və s. tədqiqat obyekti olmalıdır.    Müəllim-kulturoloq dünya və milli mədəniyyət tarixi və nəzəriyyəsini beynəlxalq təhsil standartlarına uyğun innovasiyalı metodların tətbiqi ilə tədris etməklə respublikada kulturoloji təhsilin  yüksək keyfiyyətini təmin etməlidir.   Kulturoloq -  müəllim müxtəlif ölkələrin sosial-mədəni fəaliyyət sahələri, idarəetmə və mədəni inkişafın milli texnologiyaları, eləcə də bu sahədə beynəlxalq təcrübə barədə dürüst və müfəssəl informasiyaya malik olmalıdır. Universal bilikli mütəxəssislər olan kulturoloqların praktiki iş sahəsi artbiznes, media, reklam və beynəlxalq əlaqələrlə məhdudlaşmamalıdır. Kulturoloqun praktiki işi dövlət və ictimai həyatın  geniş sosial-mədəni fəaliyyət sahəsini əhatə etməlidir. Universal kulturoloji biliklərə istinadən, kulturoloq tədqiqat, təhsil, maarif məsələlərini həll etməyi bacarmalı,  sosial-mədəni həyat fəaliyyətinin tərəqqipərvər texnologiyalarına istiqamətlənən inkişafın  innovasiyalı modellərini hazırlamalı,  investisiya siyasətini düzgün formalaşdırmalı, mədəniyyətin inkişafını idarə etməlidir. Dövlətin beynəlxalq nüfuzunun, onun sivil dünya birliyinə inteqrasiyasının möhkəmlənməsinə yardım edən, ölkənin xarici mədəni siyasəti də kulturoloqun diqqət mərkəzində olmalıdır. Beləliklə, Müasir kulturoloq - insan, cəmiyyət və dövlət haqqında elmi biliklərin qoruyucusudur

0 şərh