Rvarud Kəndin Mədəniyyəti

Lerik rayonun inzibati mərkəzlərdən biri Rvarud kəndidir.Kəndlə rayon arasında məsafə təxminən 17 km-dir. Lerik rayonu özu bir neçə mahala bölunur ki, onlardan biri  də Pirandır.(Müəllif:A.Bəhmənov) Piran talış dilindədir, sözun etimoloji mənası  2 hissədən ibarətdir: pir və an. Mənası «türbələr» deməkdir. Pir-talışcadır azərbaycanca türbə an-talış dilində cəm şəkilçisidir azərbaycanca tərcümədə türbələr kimi tərcümə olunur.Mahalın Piran adlanmasının səbəbi burada olan olan çoxlu müqəddəs pirlərin olması ilə əlaqədərdir.

Lerikin Piran mahalın ən gözəl abad kəndlərindən biri də Rvarud (talışca-Rvaru) kəndidir.Rvarud sözunun etimoloji mənası ilə mənbələrdə çoxlu versiyalar vardır.Onlardan ağılabatan bir neçə versiyanı qeyd etməyimizi məqsədəuyğun hesab edirik.
  1. Kənd 4 tərəfdən hündur dağlarla əhatə olunmuşdur.Bu dağlar bir-biri ilə üz-üzə olduğu üçün kəndin adı talışca «Rubəru» (yəni üzbəüz) əmələ gələ bilər.Ehtimal edirlər ki, «rubəru» sözu müxtəlif mərhələlərdən sonra  dəyişilərək öz əvvəlki formasını itirərək, müasir dövrdə işlənən rvaru (Rvarud) şəklinə düşmüşdur.
  2.  Kənd ərazisində yaşamış qədim insanlardan gələn rəvayətə görə, kəndə az yağıntı düşdüyu üçün az yağıntılı olduğu üçün qədimdə bu kəndə talışca «Nıvoru» (az yağıntılı çay)  kimi adlandırılmışdır.
  3. N.M.Vəlixanlının 1974-cü ildə «Elm» nəşriyyatı tərəfindən buraxılmış " IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" kitabında səh.17-də haqqında danışılan  Dav-ər-rud və səh.25-də Dav-rud kəndi haqqındakı məlumat  Rvarud haqqında coğrafi baxımında uyğun gəlir.Kəndlə Ərbəbil şəhəri arasından məsafədən söhbət gedir bu da Rvarudun coğrafi koordinatlarına uyğundur.

Qeyd:Rvarudla  Ərdəbil şəhəri arasında 54 km  hava xəti məsafəsi var.

4.  Daha bir fakt: Rvarud kəndin ərazisində yerləşən toponim adı ilə bağlıdır.Bu barədə mərhum akademik Ziya Bünyadovun «Azərbaycan» əsərinin 242-ci səhifəsində də qeyd edilir Rvarud kəndi özu ərəb ölkələrinə xeyli uzaqdır.Cənubi Azərbaycana çox yaxın olan bir yerdir.

Babəkin ərəblərə qarşı mübarizəsi tarixdə hamıya məlumdur.Kəndə «Xəlifəçol» adlı bir toponim -yer var bura müdafiə məqsədi ilə strateji cəhətdən əlverişli mövqedir. Məhz Babəkə qarşı Azərbaycan ərazisində vuruşan Xəlifə  qoşunları həmin yerdə düşərgə salmış və həmin yer «Xəlifəçol» yəni  Xəlifənin gizləndiyi sığındığı yer, çala, çüxur, daldalanacaq adlanır.(A.B)

Qeyd:Lerik rayonu ərazisində  həmçinin talışca Xəlifədi-Xəlifənin kəndi, Xəlifəkujə-Xəlifənin küçəsi adda kənd adları mövcudur.

5.  Kənd adı ilə bağlı müasir etimoloji məna Rvaru-Rva və ru sözlərin birləşməsindən yaranmış Rva sözu ilə talışca ru (çay) mənası verir.

6.  B.Ə.Budaqov, N.G.Məmmədovun  müştərək müəllifi olduqları «Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti». 2007, 140 səh adlı kitabda da yuxarda qeyd etdiyimiz mülahizələrlə eyni məzmun daşıyır.Beləki Rvarud çayı. Lerik r. Hidronim Rovərud adından təhrifdir. Ro talış dilində «yol»,«kənar», rud "çay" mənasındadır (Yol kənarı çay). Kimi izah edilir.

Yuxarda Rvarud  kəndin adın etimoloji mənası ilə bağlı mülahizələrdən  görünur ki, kəndin adının son hecasında işlənən rud və ru sözləri talış və fars dillərində çay mənasını verir.

Qeyd: kəndin ortasında çay axır kəndi iki hissəyə ayırır.Kəndin adı ilə bağlı ehtimallar onun daha çox coğrafiyasına əsaslanır.Daha çox etimoloji mənalar coğrafi nöqteyi-nəzərdən şərh edilir.

Lerik rayonun Rvarud kəndin adının etimoloji mənasının daha dəqiq tədqiq edilməsi üçün daha sanballı mənbələrə istinad edilməlidir.Kəndin adını original halda qorumaq lazımdır.Original adı talışca «Rvaru»-dur.Rvaru ilə bağlı etimologiyalar fars dilli mənbələrdə daha üstunluk  təşkil edə bilər.Bu onunla bağlıdir ki ,kəndin özu qədimdə cənubi Azərbaycan (indiki İran) ərazisinin tərkibində  olmuşdur, daha doğrusu sərhəd ərazisinə  daxildir.Burada Azərbaycanlılarla yanaşı talışlar və fars dilli etnoslarda yaşamış və hazırda yaşayır.

«Rvaru» kəndin mədəniyyəti ilə bağlı ən başlıca problem kəndin adının dəqiq, izahı   verə  biləcək ayrıca ehtimallara, şübhələrə, ehtiyaclara son qoyacaq faktın tədqiq edilməsidir.Bununla bağlı müvafiq tədqiqatı aparmaq üçün müvafiq ədəbiyyatlara, mənbələrə istinad edilməlidir.Bu problemi aktuallaşdıran əsas məsələ kəndin adını həmin ərazinin pasportu olması ilə izah edilməlidir.

Bu işə sistemli kompleks, mərhələli yanaşmaqla bərabər, effektli, etibarlı mənbə sanballı ədəbiyyatlar tədqiq olunmalıdır.    Etibarlı ,dəqiq, təfsirli etimologiya aşkar edildikdən sonra müvafiq yerlərdə təsdiqini tapması üçün etibarlı əsasnaməsi ilə göstərməlidir.

Rvarud əhalisinin  etnik tərkibi

Kənd tarixi ilə bağlı mülahizələr bir az mübahisəlidir.Kənd tarixi ilə bağlı indiyə qədər kompleks tədqiqat işi aparılmamışdır.Kənd tarixi ilə bağlı elə başlıca problem bundan başlayır.Faktiki arxeoloji materiallara əsaslanıb demək olarki, kənd ərazisində insanlar qədim dövrdən məskunlaşmağa başlamışlar.Bunun sübutu olaraq  "Şahzadə Əbul qasim" türbəsinin (Türbə Rvaruddə yerləşir) yuxarısında keçən yol düzəldilərkən aşkar edilmiş qəfil tapıntılar faktiki material hesab edilə bilinər.

Tunc dövrunə aid tuncdən düzəldilən balta, nizə, nizə ucluqları,  ox, və qədim insanların məişəti ilə bağlı digər maddi mədəniyyət nümunlərini tapılmışdır. Çox təəssüflər olsunki, bu tapıntılar mütəxəsis arxeoloqlar tərəfindən tədqiq edilməyərək ayrı-ayrı şəxslər tərəfindən özəlləşdirilmişdir. Bu onunla əlaqadardır ki, kənd ərazisində yüksək savadlı etnoqraf ,  arxeoloq, tarixçi kadrlar yoxdur.

Həmin tapıntıların kulturoloji əhəmiyyətinin izah edilməməsi ,  tapıntının qorunmasının vacibliyinin, dünya əhəmiyyətli olması haqqında fikirlərin olmaması əlavə problemlərin yaranmasına yol açır.Kənd ərazisində aşkar edilən hər bir lap belə qədim dövrə aid olan bir saxsı qırıntı da əhəmiyyətli maddi mədəniyyət göstəricisidir.

Həmin tapıntıları mənimsəmək yox, onları muzeylərdə və arxivlərdə qoruyub gələcək nəsillərə  çatdırmaq lazımdır.Kənd tarixi ilə bağlı başlıca problemlərin ana səbəbi də kənd tarixinə biganəlik, unutqanlıq olmuşdur.Kənd ərazsində tapılmış istənilən hər şey zamanından asılı olmayaraq, qədim insanların həyat tərzi məişəti ilə bağlı  arxeoloji tapıntılar kənd camaatı tərəfindən qorunmalıdır.Əgər qorunmasa kənd tarixi itib gedər. Bu problemləri şərh etməkdə məqsəd kəndin mədəniyyətini qorumaqdır və bunun üçün kəndə savadlı kadrlar lazımdır ki,  onun   tarixini tədqiq etsinlər .

Mədəniyyət nədir? Mədəniyyət o deməkdir ki, bizdən əvvəlki nəslin bizə miras qoyduğu maddi, mənəvi irsi qoruyaraq və gələcək nəsillərə çatdırmaqdır.Əgər bunu biz etməsək, onda bizim tariximiz itib batar, öz  tariximizə mədəniyyətimizə sahib duraq. Kəndin tarixi ilə bağlı mülahizlər çoxdur, onlardan birində deyilir ki:  kəndin əsası VIII əsrin əvvəllərində qoyulmuşdur.

İmam Museyi Kazimin (ə) nəvəsi olan  Mir Cahangir Ağa bu kənddə gəlmiş və kəndin əsasını qoymuşdur.O dövrdən başlayaraq kənd böyumuş və inkişaf etməyə başlamışdır.Hətta Rvarud kəndin əhalisi qonşu ərazilərə köçərək orada məskunlaşmışdılar.İndiki qonşu Tikəband, Zardoni, Dico, Hücu, Təndul, Nıso, Davradibi, Zəiriküməco, Siyov, Veri, Hamarat və başqa kəndlərdə yaşayanların ulu əcdadları da məhz Rvaruddən həmin kəndə köçmuş və orada yurd salmşlar.

2000-ci ilin statistikasına görə (müəllif: A.B) Rvarudda 101 ailə 1000 nəfərə qədər əhali yaşayır.Rayon mərkəzində 14 ailə Lənkəranda 51 ailə, Bakı və Sumqayıtda 260 ailə Azərbaycanda kənarda xaricdə isə 32 ailə yaşayır ümumi 2000-dən artıq Rvarudlu vardır.(indiki dövrdə 2011-ci ildə Rvarud ilə bağlı rəsmi statistika məlum olmasada təxmini hesablamalara görə dünyada Rvarudluların sayı 3000-dən çoxdur) Bundan əlavə uçotsuz yaşayan, işləməyə gedən, ali və orta ixtisas məktəblərində oxuyan 200 nəfərə qədər Rvarudlu var (2000-ci il). Kənd etnik tərkibin 99.9 %-ni talışlar 0.1%-ni türklər təşkil edir.Dini mənsübiyyətinə görə müsəlmandırlar.Ənənəvi məşğuliyyətləri əkinçilik, maldarlıqdır.

Kəndin sərhədləri

Rvarud kəndi qonşu Çayrud kəndi tərəfindən Lildiqo deyilən yerlə sərhəddir. «Lildiqo» 2 sözun birləşməsindən əmələ gəlib. «Lili» (Ehtimal -Ləli-dir) ad deməkdir.Diqo talışca məkan kənd yeri deməkdir.Yəni Lilin (yaxud Lənin) kəndi.Həmin ərazi qədim kənd-yaşayış yeri olub.Qazıntı zamanı  saxsı məmulatlar evlərin qalıqları tapılmışdır.    Orada həm də kol halında nadir ağac növləri bitir.(onların qorunub saxlanması günün vacib məsələlərindən biridir).Rəvayətə görə Lilidiqda yerin (daşın) altında elə bir kaha var ki, hətta isti yay aylarında belə orada buz yaradır.

Şərqdən kəndi Cangəsə deyilən hündur dağ əhatə edir ki, bu da dəniz səviyyəsindən 1700 m yüksəkliksə yerləşir. Cangisə sözun mənası talışca «cang» döyuş, savaş, vuruşma «sə» isə baş və ya almaq deməkdir.Yəni a) döyüş və ya vuruşla alınan baş  b)  yaxud döyüşən, savaşan baş deməkdir.    Kənd cənub-şərqdən Veri kəndi ilə həmsərhəddir.Kəndin cənub-qərbində isə Kırdiquri adlı bir sahə vardır. «Kırdiquri» azərbaycanca mənası  «Kurdun goru, qəbri» deməkdir.

Bu sahənin belə adlanması ilə bağlı rəvayət mövcuddur.Burada daha ətraflı məlumat verilir.Kəndə rəvayətlə əlaqədər olaraq keçmişdən qalan yalnız Rvarud kəndində qeyd edilən bir adət-ənənə mövcuddur. «Kırdi zoə şəv» adlana bu adət yəni kürd oğlunun gecəsi kimi qeyd olunur.Kənddə elə bir ev tapılmzaki həmin gecəni böyuk təntənə ilə qeyd etməsinlər .Kürd gecəsində hər evdə şam yeməyi zamanı ən yaxşı xörəklər bişirilir. Kənd qərbdən Anzolu-Təngəbin kəndləri ilə sərhəddir.Kəndin şimalında «Hıriyəsə» dağı  yerləşir. «Hıryəsə» sözun 2 mənası var;

  1. Hıryəsə-hıryə (alınmış, satın alınmış) və  sə (baş) deməkdir.
  2. Hıryəsə-hır (duman) əsə ( o baş ) yəni dumanın o başı o tərəfi  deməkdir.

Rvarudun mədəni-dini abidələri

Kənd həmdə seyidlər kəndi ilə də tanınır.Kəndə bir neçə Pir, Ocaq vardır.

Mir Cahangir ağa ocağı.

Mir Cahangir  ağa ocağı təkcə Rvarudun deyil, bütün mahalın ümid yeridir. Xəstələnən, Allahdan öz rəvac istəyənlər bu ocağa bir inanc yeri kimi pənah gətirirlər.Ocağın içərisində qəbir var.Camaat buraya nəzir gətirir, qurbanlar kəsirlər. Fakt:Elə vaxtlar olub ki, il quraqlıq keçib Camaat yığışıb Mir Cahangir ağanın pirini ziyarət edib və qurbanlar kəsəndən sonra dağılıb evlərinə getməmiş yağış yağmağa başlamışdır.

Seyid Paşa türbəsi.

Seyid Paşa türbəsi (buna «Astədoji tıbə» də deyilir.) «Astədoji tıbə» Talışcadır azərbaycanca mənası astə-sümük, doj-ağrı, tıbə -pir yəne «Sümük ağrısı piri» deməkdir.Bədənində xüsüsəndə sümüklərində böyük ağrı olan xəstələr buraya pənah gətirir və sağalır.

Şahzadə Əbülqasim türbəsi.

Şahzadə Əbulqasim kimdir? Şahzadə Əbulqasim «ariflərin sultanı, türbəti müqəddəs, taliblərin ən seçilmişi» kimi ad çıxarmış Nizaməddin Şahsəvar Gülani Kəsgərinin ( Seyyid Babagil ) sərkərdəsi, qoşun başısı olmuşdur.Baba Gilani (Babagil) vəfat edəndən sonra yerini və qoşununa başçılığı Şahzadə Əbulqasimə vəsiyyət edir. Şahzadə Əbulqasim bir müddətdən sonra «seyidlər ocağı» kimi tanınan Rvaruda gəlmiş, burada yaşamış, hörmət qazanmış və müqəddəs bir şəxs kimi dünyasını dəyişdirmişdir.Elə o vaxtdan onun qəbri müqəddəs bir ziyarətgah kimi məşhurlaşmışdır.Türbə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınaraq dini turizm marşutuna daxil edilmişdir.

Hz.Yaqub Peyğəmbərin Piri.

Bu pir kəndin ortasında yerləşir.Daha doğrusu, pir son illərdə  məşhurlaşmışdır.Onun ancaq olduğu yer məlumdur.Rəvayətdən gələn məlumatdan aydın olur ki, keçmişdə həmin pirin yerləşdiyi yerdə cümə axşamları çıraq yandırılarmış. Kəndin dini-tarixi abidələr təkcə bunlar bitmir kənd ərazisində 15-ə yaxın dini abidə mövcuddur.

Seyid Vəliağa türbəsi.

Seyid XX əsrdə yaşamışdır.Böyuk kəramət sahibi olmuşdur.Türbəsi indi ziyarətgaha çevrilmişdir.

Kəndin Görkəmli Şəxsiyyətləri və Ziyalıları

Hər hansı bir kəndin ziyalısı haqqında danışanda ilk növbədə həmin kədin məktəbi haqqında danışmaq gərək olur.Şəhid Səxavət Hacıyev adını indi daşıyan Rvarud kənd orta məktəbi 1951-ci ildə 7 illik məktəb üçün tikilmişdir.Sonralar 8 illik indi isə 50 ilə yaxındır ki orta məktəb kimi fəaliyyət göstərir. Kəndin görkəmli şəxsiyyəti və ziyalısı olan əksər insanları kəndin öz məktəbin yetirmələri olmuşdur. Kəndin görkəmli şəxsiyyətləri sırasında  aşağıdakı şəxlərin adını təqdim edirik  .

             

  1. Şamil İsgəndərov  — el ağsaqqalı, nüfüzlu şəxsiyyət
  2. Əyyub İsgəndərəov — kənd təsərrüfatı elmləri doktoru, professor.
  3. Aşıq Ələsgər Rzayev  — aşıq, tarzən.
  4. Mürvət Abbasov — kimya elmləri üzrə fəlsəfə doktoru, AMEA-nin Kimya Problemləri İnstutunun aparıcı elmi işçisi.
  5. Faiq Abbasov  — iqtisadiyyat üzrə fəlsəfə doktoru.
  6. Ağacəfər Həsənli  — şair, AYB-nin üzvu, prezident təqaudçusu, «MARS» ədəbi jurnalının baş redaktoru.
  7. Eldar İsgəndərzadə — ssenari müəllifi, şair-dramaturq.
  8. Sultanağa Ağayev — iqtisad elmləri doktoru, professor.
  9. Arzuman Muradlı  — iqtisadiyyat üzrə fəlsəfə doktoru, politoloq, iqtisadşı ekspert.
  10. Səxavət Hacıyev  — Rvarud şəhidi (Qarabağ müharibəsində şəhid olmuşdur).
  11. Etiqat Hacıyev  — Rvarud şəhidi (Qarabağ müharibəsində şəhid olmuşdur).
  12. Məzahir Ağazadə– Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi.
  13. Əlikram Ağayev– «Azərtünelmetrotikinti» ASC-nin vitse-prezidenti.
  14. Rövşən İsgəndərzadə–Azərbaycann Elmi İstehsalat Birliyi (AEİB)şirkətinin prezidenti,xeyriyyəçi.
  15. Zöhrab Salayev– S.Hacıyev adına Rvarud Kənd Tam Orta Məktəbin –in direktoru, “Tərəqqi” medalı ilə təltif olunub.

Rvarud kəndi eyni zamanda üzunömurlulər kəndi kimi də tanınır.Kənddə son dövrlər yaşı 100-dən artıq yaşamış adamlar olmuşdur.Kənd təkcə öz elmləri doktoru professorları ilə fəxr etməməlidir eyni zamanda kənddən II dünya müharibəsi zamanı 60 nəfərdən çox adam müharibə iştirakçısı olmuşdur.Və onlar vətən uğrundan öz canından belə keçməyə qorxmamışdılar.Və onların yolunu davam etirən Qarabağ müharibəsində vətən uğrundə kənd 2 şəhid vermişdir .Səxavət, Etiqat kimi oğulların qanı heç vaxt yerdə qalmayacaqdır!!!

Kəndlə bağlı qısa məlumatlardan sonra bizə məlum olurki, kənd tarixi zəngin və şərəfli bir yolu özundə ehtiva edir.O yol məhz ərənlərin mərdlərin igidlərin yoludur ki, bu ərənləri igidləri də  məhz Rvarud kəndi zaman-zaman  yetişdirmişdir.Artıq kəndin isbatına heç bir dəlilə ehtiyac qalmır.Kəndin adını tarixlərə yazdıran məzh ounun şəxsiyyətləri, ziyalıları, qəhrəmanları olumuşdur.

Mövzunun adından məlum olduğu kimi kənd mədəniyyətinin düzgün tədqiq etmək,  və gələcək nəsillərə çatdırmaq üçün  aşağıdakı problemlərin həlli vacib hesab edilməlidir:

1. Kənd tarixi ciddi şəkildə tədqiq edilməlidir.Bunu üçün kəndə humanitar və texniki  sahə üzrə kadırlar lazımdır.Və gələcək Rvarudşünasları indidən yetişdirmək lazımdır.

2. Kənd coğrafiyası ilə bağlı tədqiqatlar aparılmalıdır onun flora və faunası tam öyrənilməlidir.

3. Kəndin mədəni mərkəzləri haqqında məlumatlar toplanılıb nəşr edilməlidir.

4. Kəndin şəxsiyyətləri, görkəmli ziyalıları haqqında sanballı kitablar nəşr edilməlidir.

5. Kənd  haqqında istənilən məlumat həmişə vacibdir və onun gələcək nəsillərə öturmək üçün dövrun vasitələrindən  maksimum faydalanmaq lazımdır.

Yuxardakı problemlərin həll edə biləcək mərkəz Rvarud kənd orta məktəbin hesab edilir.Məktəbin yetişdirdiyi və yetişdirməkdə olan nəsillər yalnız öz kəndlərin problemlərini həll edə bilər.

Qeyd:Mövzu əsasən Rvarud ictimaiyyəti üçün nəzərdə tutulmuşdur, maraqlananlar üçün inanırıq faydalı mənbə rolu oynaya bilər.

İstifadə olunan ədəbiyyat siyahısı:

1. Rvarud Kəndi Haqqında Məlumat, A.Bəhmənov, Lerik-2000

2. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında, N.M.Vəlixanlı, «Elm» nəşiriyyatı, Bakı-1974

3. Azərbaycan Z.Bünyadov,

4. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti,  B.Ə.Budaqov, N.G.Məmmədov, Bakı-2007, səh 140

5. travelingluck.com/Asia/Azerbaijan/Lerik/_147293_Rvarud.html#local_map

6. www.zaytonah.com/Rvarud

Müəllif:Kulturoloq Camal Rzayev

0 şərh