Aşıq Əhməd Rüstəmov

Aşıq Əhməd Rüstəmov — Azərbaycan aşığı

Həyat və yaradıcılığı
Aşıq Əhməd Rüstəmov 1920-cü ildə Kürdəmir rayonunun Carlı kəndinda doğulub.
Daha balaca uşaqkən anasından bir sıra şerlər öyrənmişdir, öz dili ilə desək anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən Aşıq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində çalıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyirdi. «Seydi və Kərəm» dastanını da mən anamdan öyənmişəm. 1930-cu ildə ibtidai məktəbə qəbul edilib. 1936-cı ildən başlayaraq taxtadan bir saz qondarıb, qonumqonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb oxuyarmış. Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci ildə müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, arxa cəbhəyə qaytarıldım. Gələn gündən bəri Kürdəmir mədəniyyət şöbəsində aşıqlar ansanblına rəhbərlik etmişəm. Çoxlu şagirdim olub.

İlk şeirlər kitabım 1965-ci ildə Azərnəşr»də nəşr olunub – «Sazımın telləri». 1980-ci ildə «Əlləriniz yorulmasın » adlı kitabım «Yazıçı» nəşriyyatında işıq üzü görüb. Çap olunmamış yüzlərlə şeirim, 20-yə yaxın dastanım var. Dağlıq Qarabağ hadisəsindən bəri bütün cəbhə boyu səngərsəngər gəzmişəm. Cəbhədə döyüşənlərə yardımlar eləmişəm. İki nəvəm də, cəbhədədir(Samir və Mehman). Aşıq həm də son əlli ilin canlı mədəniyyət ensiklopediyası olmuşdur. Onun aşıq sənəti ilə bağlı zəngin məlumatları vardır ki, bu da bütövlükdə bu sənətin öyrənilməsi üçün az əhəmiyyət daşımır.

Aşığın ədəbi irsi 2000-dən çox müxtəlif janrlı şeiri və 20-dək dastanı əhatə edir. Yaradıcılıq nümunələrinin bir hissəsi aşıq şeirlərindən ibarət müxtəlif antologiyalarda (o cümlədən 30; 34; 127 və s.) və ayrıca aşığın şeirləri toplanmış «Sazımın telləri» (1965), «Əlləriniz yorulmasın» (1980), «İtən sazım »(1995), «Xoş gəlmisən Kürdəmirə, rəhbərim» (1998), «Dastanlar» (2004) kitablarında nəşr olunmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 3 noyabr 1989-cu il tarixli fərmanı ilə Əhməd Ədil oğlu Rüstəmova xalq yaradıcılığında xidmətlərinə görə «Azərbaycan SSR-in əməkdar Mədəniyyət İşçisi» fəxri adı verilmişdir. Azərbaycan Yazıçılar Birliyinin 14 aprel 1998-ci il tarixli qərarı ilə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. Azərbaycan aşıq sənətinin inkişafında görkəmli rol oynamış Aşıq Əhməd 2008-ci ilin avqust ayının 12-də ömrünün 88-ci ilində Kürdəmir rayonunda vəfat etmiş və rayonunun Fəxri Xiyabanında dəfn olunmuşdur.

Fərhad adında bır oğlu və Əntiqə adında bir qızı 7 nəvəsi (Mehman, Samir, Seymur, Həlimə, Vəfa, Aytən, Rəşad) var.

 

0 şərh