Faustus Hüquqi Xidmətlər Mərkəzin fəaliyyət istiqamətləri

     “Faustus Hüquqi Xidmətlər Mərkəzi” məhdud məsuliyyətli cəmiyyəti 1 dekabr 2014-cü ildə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

          Öncəliklə bildirək ki, bütün hüquq sahələri  (mülki, cinayət, inzibati və iqtisadi) üzrə xidmət göstərən bu mərkəz bizə edilən çoxsaylı müraciətlər əsasında açılmışdır.İnsanların daha mükəmməl hüquqi müdafiə olunma zərurətindən təsis edilən mərkəz qarşısına peşəkar hüquqi müdafiə yolunu qoyaraq milli və beynəlxalq qanunvericiliyin imkan yaratdığı həddə insanların hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərir.

          Eyni zamanda bildirək ki, mərkəz fiziki və hüquqi şəxslərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə yanaşı hüquqi maarifləndirmə yolunu da seçərək cəmiyyətimizə öz töhfəsini verməkdədir. Belə ki, mərkəzə məxsus sayt yaradılaraq, sosial şəbəkələr səhifələri təsis edilərək və Faustus TV YouTube kanalı ərsəyə gətirilərək cəmiyyətimizi marağlandıran, aktual hüquqi informasiyalar haqqında mütəmadi məlumatlar yayımlayır.

         Xidmətlərimiz və yuxarıda qeyd olunan digər məlumatlar barədə daha ətraflı məlumat almaq üçün Mərkəzə məxsus sayta daxil ola bilərsiniz və sizi marağlandıran məsələlər barədə onlayn müraciət və sual-cavab bölümü vasitəsi ilə bizə müraciət edə bilərsiniz.

Faustus Hüquqi Xidmətlər Mərkəzi

Mülki işlər
  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, əlavə kassasiya şikayətlərinin, ərizələrin, vəsatətlərin, iddia ərizələrinə, apellyasiya şikayətlərinə, kassasiya şikayətlərinə etirazların hazırlanması;
  • Birinci instansiya, apellyasiya və kassasiya instansiyasında təmsilçilik;
  • İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
  • Konstitusiya Məhkəməsinə şikayətin hazırlanması və göndərilməsi;
  • Müştərilərin hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar müvafiq dövlət orqanlarında təmsilçilik.
  • Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) təsis edilməsi, dövlət qeydiyyatı, ləğvi, yenidən təşkili (birləşməsi, bölünməsi, ayrılması, qoşulması və çevrilmə) və gələcək fəaliyyətinin (işçilərin işə qəbulunun həyata keçirilməsi üzrə ərizə və əmrlərin hazırlanması, əmək müqavilələrinin hazırlanması, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatının təşkili, daxili qaydaların hazırlanması və s) hüquqi tənzimlənməsi;
  • Bütün növ hüquqi şəxslərin (kommersiya və qeyri-kommersiya) filial və nümayəndəliklərinin təsis edilməsi və qeydiyyatı;
  • Təsis sənədlərinə müvafiq dəyişikliklər və əlavələrin hazırlanması və dövlət qeydiyyatı;
  • Vergi orqanlarının çıxardığı qərarların və hərəkətlərinin hüquqi ekspertizası;
  • Vergi yoxlamaları olan zaman təşkilatların maraqlarının hüquqi təmsil edilməsi;
  • Vergi mübahisələrinin məhkəmə və ya məhkəmədən xaric qaydada həll edilməsi;
  • Vergi mübahisələrinin məhkəmədə həlli (vergi orqanların aktlarının qeyri-qanuni sayılması və ləğvi), artıq ödənilmiş vergi məbləğlərinin və tutulmaların qaytarılması;
  • Sahibkarların hüquqlarının müdafiəsi;
  • Müştərilərin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının, işgüzar nüfuzunun müdafiəsi;
  • Müqavilələrin bağlanması, icrası, müqaviləyə dəyişikliklər edilməsi və müqaviləyə xitam verilməsi ilə bağlı müqavilə münasibətlərinin tənzimlənməsi;
  • Müqavilə münasibətləri üzrə mübahisələrin həll edilməsi;
  • Müqavilələrin ingilis və rus dilində tərtib edilməsi;
  • Ailə hüququ üzrə məsləhətlərin verilməsi;
  • Alimentin alınması üçün məhkəməyə müraciət;
  • Nikahın ləğvi və əmlak bölgüsü ilə bağlı məhkəməyə müraciət;
  • Uşağın ata və ya anada qalması ilə bağlı məhkəməyə müraciət;
  • Uşağın valideynlərinin və yaxın qohumlarının uşağla münasibət saxlamaq üzrə mübahisələrin həlli;
  • Nikah müqaviləsinin tərtibi;
  • Daşınmazı əmlak (yaşayış və qeyri yaşayış) üzrə hüquqların dövlət qeydiyyatının həyata keçirilməsi;
  • Əcnəbilər üçün sənədlərin tərtib edilməsində kömək:
    – müvəqqəti yaşayış üçün icazə;
    – iş icazəsi;
    – vizanın uzadılması;
    – müvəqqəti yaşayış icazəsinin uzadılması;
    – yaşayış yeri üzrə qeydiyyat.
Cinayət işləri
  • Zərərçəkən və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi;
  • Apellyasiya və kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması;
  • Birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyasında təmsilçilik;
  • Mülki iddia ərizəsinin tərtib edilməsi və mülki iddia üzrə təmsilçilik.
  İnzibati mübahisələr
  • İnzibati mübahisələr üzrə şəxslərin hüquqlarının müdafisəsi;
  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
  • Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.
İqtisadi mübahisələr
  • İqtisadi mübahisələr üzrə hüquqi şəxslərin və sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi;
  • İddia ərizələrinin, apellyasiya şikayətlərinin, kassasiya şikayətlərinin, etirazların, vəsatətlərin hazırlanması və göndərilməsi;
  • Müvafiq İnzibati-İqtisadi məhkəmələrdə, Apellyasiya və Kassasiya instansiyasında təmsilçilik.
 www.faustus-consulting.com/
 

1 şərh

şərh silinmişdir