Girovdan necə istifadə etmək olar?

Hər hansı bir obyektin girov qoyularaq kredit əldə edilməsi geniş yayılmış kreditləşmə növlərindən biridir. Lakin kredit üçün girov təqdim edərkən bir faktı yaddan çıxarmaq lazım deyil ki, artıq bu girovdan tam səlahiyyətli olaraq istifadə edə bilməyəcəksiniz. Şərtlərin pozulması halında kredit təşkilatı cərimə sanksiyalarına müraciət edə bilər.

Girov obyekti əsas xarakteristikalarını qoruyub saxlamalı və yararlı vəziyyətdə qalmalıdır. Əks halda girovun vəziyyəti yararsız olaraq qiymətləndirilir.

Qanunvericiliyə əsasən borcalan girovdan istifadə edə, ipoteka krediti ilə əldə etdiyi evdə yaşaya, kreditə götürdüyü avtomobili idarə edə bilər. Bundan əlavə, kreditorlar girov qoyulmuş daşınmaz əmlak nümunəsində kiçik “kosmetik” təmir etməyə də razılaşırlar.

Borcalan girov obyektindən pul qazanmaq niyyətinə düşdükdə çətin vəziyyət yaranmış olur. Bir çox banklar bu zaman girovun yüksək risk ehtimalı altında olduğunu düşünərək borcalana belə bir imkan yaratmırlar. Bundan əlavə, girov qoyduğunuz obyektin üçüncü şəxsə satılması da qadağandır.
loading...

0 şərh