Cәmiyyәtin idarә olunmasında dövlәtin funksiyaları

Dövlәtin idarә olunmasında müxtәlif insanlar iştirak edirlər. Onlar dövlәtin idarә olunmasını dövlәt orqanları, müәssisә vә tәşkilatlar vasitәsilә hәyata keçirirlәr. Dövlətin məqsədi onun funksiyalarında əks olunur.
Dövlətin fəaliyyətinin istiqamətləri onun funksiyaları adlanır. Bu funksiyalar iki qrupa bölünür.
Siz bunların bir neçәsi ilә tanış olmusunuz. Bәzi funksiyalarla da tanış olaq.
  1. İqtisadi funksiya – Dövlәt ölkәdә iqtisadi proseslәri tәşkil edir vә tәnzimlәyir. Mәsәlәn, dövlәt büdcәsini müәyyәnlәşdirir, vergi siyasәtini hәyata keçirir, sahibkarlıq fәaliyyәtinin inkişafına şәrait yaradır vә s.Sosial funksiya – әmәkqabiliyyәtli insanların işlә tәmin olunmasına şәrait yaradır. Yeni iş yerlәri açılır, әmәkhaqları, tәqaüdlәr, pensiyalar artırılır vә s.
  2. Hüquqi funksiya – insanların hüquqlarını qoruyur, hüquq normalarını müәyyәn edir.
  3. Siyasi funksiya – әhalinin arzu vә istәklәrinә cavab verәn siyasi xәtti işlәyib hazırlayır.
  4. Tәhsil funksiyası – tәhsil almaq üçün şәrait yaradır.
  5. Mәdәni-tәrbiyә funksiyası – әhalinin mәdәni tәlәbatlarının ödәnilmәsi, dünya mәdәniyyәti ilә tanışlıq mәqsәdilә tәdbirlәr hәyata keçirir.
  6. Ekoloji funksiya – təbii ehtiyatlardan düzgün istifadә etmәnin müәyyәnlәşdirilmәsi vә insanların sağlam әtraf mühitdә yaşamalarının tәmin olunmasını hәyata keçirir.
  7. Digәr dövlәtlәrlә әlaqә – bir çox ölkәlәrlә mәdәni, siyasi vә iqtisadi әlaqәlәr qurur.
  8. Ölkәnin müdafiә funksiyası – ölkәnin әrazi bütövlüyünü qoruyur, müdafiә qüdrәtini artırır vә s.



Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova
Mənbə: Həyat Bilgisi 6 Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik

0 şərh